Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti



Yüklə 1,2 Mb.
səhifə53/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   49   50   51   52   53   54   55   56   ...   65
Kompüter Texnologiyaları

FTP (File Transfer Protocol – faylların ötürülməsi protokolu) – faylların bir kompüterdən digər kompüterə ötürülməsinə xidmət edir.
SMTP (Simple Mail Transfer Protocol – elektron poçtla mübadilənin sadə protokolu). Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə olunur.
Məktubların qəbulu üçün isə poçt müştərisi POP3 (Post Office Protocol Version 3) və ya IMAP (Internet Message Access Protocol) protokollarından istifadə etməlidir. Poçt müştərisi (poçt proqramı) – elektron poçtla işləmək üçün istifadəçinin kompüterində quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsoft Outlook, Outlook Express, Mozilla Thunderbird, The Bat!, Kmail və s.
ICMP (Internet Control Message Protocol) – IP-marşrutizatorlara və şəbəkənin əsas kompüterlərinə səhvlər haqqında məlumatların, idarəedici informasiyanın göndərilməsinə xidmət edir.
HTTP (Hyper Text Transfer Protocol – hipermətnlərin ötürülməsi protokolu) – veb sənədlərə əlyetərliyi təmin edir.


İnternetdə resursların ünvanlanması. Domen adlar sistemi (DNS)
Əgər şəbəkədə ayrı-ayrı kompüterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud olmasaydı, milyonlarla qovşaq kompüteri və milyonlarla istifadəçi arasında xaos baş verərdi. İnternetdə hər bir qovşaq kompüteri və istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların funksiyası analoji olaraq ənənəvi ünvanlara uyğundur. Onların əsas təyinatı insanlara informasiyanın bir nöqtədən digərinə müvəffəqiyyətlə ötürülməsidir. İnternetdə xəbərlərin ötürülməsi paketlərin kommutasiyası vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan hissələrə bölünür. Hər bir paketdə 4 Kbaytdan artıq olmayan informasiya ötürülür. İnternetin ayrı-ayrı hissələri marşrutizatorlarla bir- biri ilə əlaqələndirilir. Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar qəbul edirlər. Şəbəkələrarası IP (Internet Protocol) protokolu ünvanlaşdırmaya cavabdehdir və şəbəkədə paketlərin hərəkətini təyin edir. Şəbəkədə IP protokolundan əlavə TCP (Transmission Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən protokol) istifadə edilir. IP protokolu verilənlərin yalnız ötürülməsini təyin edir. Bütün prosesi isə TCP protokolu idarə edir. Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı paketi toplayaraq onu düzgün ardıcıllıqla yerləşdirir. Əgər xəbər qısadırsa TCP protokolundan əlavə UDP (User Datagram Protocol) protokolundan istifadə edilir.
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin