Nəqliyyat səviyyəsi (Transport layer) – yuxarı tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Nəqliyyat səviyyəli protokollar kimi TCP/IP stekinin TCP protokolu, Novell stekinin SPX protokolunu misal göstərmək olar.
Seans səviyyəsi (Session layer) – dialoqun idarə edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir, sinxronlaşdırma vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası tətbiqi səviyyə ilə birləşmişdir. Buna görə də seans səviyyəsində yalnız ona məxsus olan protokollar yoxdur.
Nümayiş(təqdimetmə)səviyyəsi (Presentation layer) – informasiyanın məzmununu dəyişdirmədən onun təsvir olunma formasını təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə informasiyanın təqdim edilməsi aydın formada olur. Beləliklə, təqdimetmə səviyyəsi verilənlərin mübadiləsi üçün eyni sintaksis seçir. Secure Socker Layer (SSL) protokolunu təqdimetmə səviyyəsinin protokolu kimi misal göstərmək olar. Bu protokol TCP/IP tətbiqi səviyyəsinin protokolu üçün xəbərlər mübadiləsinin məxfiliyini təmin edir.
Tətbiqi səviyyə (Application Layer) – istifadəçinin fayllara, printerlərə, hipermətnli Web səhifələrə və s.müraciəti təmin edən protokollar aiddir.Ötürülən informasiyanın sintaksisini təyin edir. Əlaqə qurmaq istəyən proseslərin hazır olmalarının təyini, səhvlərin aşkar olunmasını, verilənlərin tamlığının idarə olunması, bu prosedurların cavabdehliyinin uyğunlaşması xidmətlərini təqdim edir. OSI modelinin ən yuxarı səviyyəsi – Tətbiqi səviyyədir Qlobal şəbəkələr (WAN – Wide Area Networks) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən, məsafəyə görə paylanmış kompüterləri birləşdirirlər. Qlobal şəbəkələr onlardan çox əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi qəbul edib. Qlobal şəbəkələr məsafədən asılı olaraq şəhər, regional, milli, transmilli olur.
Qlobal kompüter şəbəkələrinin ənənəvi abunəçiləri müxtəlif şəhər və ölkələrdə yerləşən müəssisələrin lokal və qlobal şəbəkələridir. Qlobal şəbəkələrin xidmətlərindən ayrı-ayrı fərdi kompüterlərdə istifadə edirlər. Adətən qlobal kompüter şəbəkələri iri telekommunikasiya şirkətləri tərəfindən abunəçilərə pullu xidmətin göstərilməsi üçün yaradılır. Belə şəbəkələri ictimaişəbəkələr adlandırırlar. Şəbəkənin normal işini dəstəkləyən şirkət şəbəkənin operatoru adlanır. Xidməti təklif edən kompaniyaya provayder deyilir. Azərbaycanda əsas provayderlər DeltaTelecom, AzEuroTel, AzTelecom, Bakİnternet, İntrans, Azerin, Azeronline, Connect, AiləTV,SuperOnline, Sazzvəs.-dir.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal ötürülməsi sürətidir. Əsasən ucuz qiymətə başa gəldiyi üçün telefon xətlərindən istifadə edilir.
Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya modem (modulyator – demodulyator) deyilir. Modem informasiyanı kompüterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər funksiyaları da yerinə yetirir.
Modemlər tipinə görə analoq (telefon xətləri), ISDN (rəqəmli telefon xətləri), ADSL (adi telefon xətlərindən istifadə edərək ayrılmış əlaqə), peyk və s. ola bilər.
Modemin əsas xarakteristikası onun buraxılış qabiliyyətidir, bps-lə ölçülür (bps=bod*bit). Məsələn, Əgər modemin sürəti 1200 bod olarsa, analoq siqnalları isə 6 bitlik informasiyaya malik olarsa, onda modemin buraxma qabiliyyəti 7200 bps olacaqdır. Yəni, 1200bod*6bit= 7200bps. Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 milyon kitaba bərabərdir.
İnformasiyanı əlaqə kanalı ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün kompüterə xüsusi qurğu – şəbəkəadapteri qoşulur. Adapter ana platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə digər kompüterin adapteri ilə əlaqələndirilir.
Son illər İnternet şəbəkəsində peyk radioəlaqədən də istifadə olunur.