edilməsi deməkdir. Burada dövlət xidmətlərinin vətəndaşa ən asan və ən
təsirli yolu ilə keyfiyyətli, sürətli, fasiləsiz və etibarlı bir şəkildə çatdırılması nəzərdə tutulur. Bürokratik və klassik dövlət anlayışlarının yerini almağa başlayan “E-hökumət” anlayışı ilə hər təşkilatın və hər fərdin məlumat və kommunikasiya texnologiyaları ilə dövlət təşkilatlarına və təşkilatlar tərəfindən təqdim edilən xidmətlərə asanlıqla çatması nəzərdə tutulur.
“E-hökumət” portalı nədir?
“E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin edən bir portaldır. Portalın məqsədi ictimai
xidmətlərini vətəndaşlara,
müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. Portal vasitəsilə istifadəçilər ehtiyacları istiqamətindəki məlumat və xidmətlərdən asanlıqla istifadə edə bilərlər.
“E-hökumət” portalından istifadə etmək üçün necə qeydiyyatdan keçmək lazımdır?
“Elektron hökumət” portalından istifadə etmək üçün 3 üsul ilə autentifikasiyadan keçmək mümkündür:
“Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq və qeydiyyatdan keçmək;
RİTN tərəfindən verilmiş elektron imza kartı ilə daxil olmaq;
Smartfon və planşetlər üçün mobil autentifikasiya sertifikatı ilə daxil olmaq.
“Elektron hökumət” portalının gətirdiyi asanlıqlar nədir?
Qurumlar tərəfindən təqdim olunan xidmətlərə tək bir internet saytı üzərindən daxil olma imkanının təqdim edilməsidir. Həmçinin qurumların xidmətləri ilə əlaqədar doğru və aktual məlumatlara çatma imkanı təmin etməkdədir. “Elektron hökumət” portalında yerləşdirilən bəzi elektron xidmətlər üçün (vergi, rüsum və s.)
ödəniş edilməsi, lazım gəldikdə bu əməliyyatların Portal üzərindən təhlükəsiz şəkildə aparılmasının mümkünlüyü.