DNS(Domain NameSystem) – işarə domen adlar sistemi
IPünvan. İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüter unikal ünvana malikdir. İnternetdə verilənlərin ötürülməsi üçün rəqəm və ad tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində paketlər IP ünvanlar vasitəsi ilə ötürülür. Bu ünvanlar oktet adlanan dörd hissədən ibarət olurlar. IP ünvan yaddaşda 32 bit = 4 bayt yer tutur. Məsələn, 104.24.74.190 . Belə yazı IP-ünvan adlanır. IP ünvanlar administrator tərəfindən təyin edilir. Ünvanın 1-ci hissəsi şəbəkənin, 2- ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi xüsusi İnternet mərkəzinin (InternetNetworkInformationCenter–InterNIC) zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutizatora kompüterin hansı şəbəkəyə aid olduğunu göstərir. IP ünvanlar soldan sağa oxunur. IP ünvanlar ilk oktetinə görə aşağıdakı siniflərə ayrılır:
IPünvanınsinifləri
A
0-127
B
128-191
C
192-223
D
224-239
E
240-255
Rəqəm ünvanı kompüterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar arasında çox zaman ad ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə kompüterlərə adlar verilir. İnternetdə kompüterlərin ünvanı DomainNameSystem(DNS) adlanan – domen adlar sistemindən istifadə olunur. DNS İnternetdə işləmə prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman kompüterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir.
Ümumdünya hörümçək torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. Dünya üzrə 1-ci səviyyəli domenlərin verilməsini və idarə olunmasını ICANN (Internet Corporation for Assigned NamesandNumbers) adlı təşkilat həyata keçirir.
DNS ünvanı üç hissəyə (necə ki, ev ünvanlarında küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb, coğrafi zona və ya sahə üzrə təsnif olunur.