Konstitusiyası və hüquq əsasları fənninin test sualları


Deputatlıqdan çıxanların yerinə seçkilər keçirilmir



Yüklə 0,81 Mb.
səhifə8/9
tarix30.06.2018
ölçüsü0,81 Mb.
#55297
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

422. Deputatlıqdan çıxanların yerinə seçkilər keçirilmir:

  1. Səlahiyyət müddətinə 120 gündən az qaldıqda

  2. Səlahiyyət müddətinə bir ildən az qaldıqda

  3. Səlahiyyət müddətinə 300 gündən az qaldıqda

  4. Səlahiyyət müddətinə 200 gündən az qaldıqda

  5. Səlahiyyət müddətinə 100 gündən az qaldıqda

423. Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, ilk iclasın keçirilmə vaxtı:

  1. Konstitusiya Məhkəməsi Müəyyənləşdirir

  2. Prezident müəyyənləşdirir

  3. Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir;

  4. Prezident Adminstrasiyası müəyyənləşdirir

  5. Ali Məhkəmə Müəyyənləşdirir

424. Milli Məclisin növbədənkənar sessiyaları çağırılır:

  1. 41 deputatın tələbi ilə

  2. Konstitusiya Məhkəməsinin tələbi ilə

  3. Ali Məhkəmə sədrinin tələbi ilə

  4. Prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi ilə

  5. Mərkəzi Seçki Komissiyası sədrinin və 35 deputatın tələbi ilə

425. İcra hakimiyyəti mənsubdur:

  1. Azərbaycan Respublikasının Prezidentinə

  2. Azərbaycan Respublikasının Baş Nazirinə

  3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

  4. Mərkəzi İcra hakimiyyəti Orqanlarına

  5. Yerli İcra Hakimiyyəti Orqanlarına

426. Azərbaycan Respublikasının Prezidenti seçilir:

  1. Səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə

  2. Mütləq səs çoxluğu ilə

  3. Əhalinin sadə səs çoxluğu ilə

  4. Səsvermədə iştirak edənlərin yarısından az olmayan hissəsinin səs çoxluğu ilə

  5. Səsvermə hüququ olanların üçdə bir hissəsinin səs çoxluğu ilə

427. Müharibə şəraitində hərbi əməliyyatlarla əlaqədar Prezidentin səlahiyyət müddətinin uzadılması barədə qərar qəbul edilir:

  1. Konstitusiya Məhkəməsi tərəfindən

  2. Ali Məhkəmə tərəfindən

  3. Nazirlər Kabineti tərəfindən

  4. Məhkəmə-Hüquq şurası tərəfindən

  5. Milli Məclis tərəfindən

428. Prezident seçilmiş şəxs and içir:

    1. Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə

    2. Konstitusiya Məhkəməsi sədrinin iştirakı ilə

    3. Konstitusiya Məhkəməsi sədrinin və müavinlərinin iştirakı ilə

    4. Ali Məhkəmə sədrinin iştirakı ilə

    5. Milli Məclis deputatlarının iştirakı ilə

429. Prezident istefa verdikdə onun istefa ərizəsi təqdim olunur:

  1. Konstitusiya Məhkəməsinə

  2. Milli Məclisin sədrinə

  3. Baş nazirə

  4. Konstitusiya Məhkəməsinin sədrinə

  5. Ali Məhkəmənin sədrinə

430. Cinayət məhkəmə icraatında iştirak edir:

  1. Prokurorluq və müdafiə tərəfi

  2. Prokurorluq

  3. Müdafiə tərəfi

  4. Ekspert

  5. Mütəxəssis

431. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə yaradılması qadağandır:

  1. Yoldaşlıq məhkəmələrinin

  2. Regional məhkəmələrin

  3. Şəhərlərarası məhkəmələrin

  4. Fövqəladə məhkəmələrin

  5. Az əhəmiyyətli işlər üzrə məhkəmələrin

432. Məhkəmə icraatı təmin etməlidir:

  1. Haqq-ədaləti

  2. Pozulmuş hüquqların bərpasını

  3. Məsuliyyətə cəlb edilmənin düzgünlüyünü

  4. Cinayətə uyğun cəza verilməsini

  5. Həqiqətin müəyyən edilməsini

433. Məhkəmənin qəbul etdiyi qərar çıxarılır:

  1. Dövlətin adından

  2. Məhkəmənin adından

  3. Məhkəmə sədrinin adından

  4. Məhkəmə icraçılarının adından

  5. Ali Məhkəmənin adından

434. Konstitusiya Məhkəməsinin hakimlərini təyin edir:

  1. Azərbaycan Respublikasının Milli Məclisi

  2. Azərbaycan Respublikasının Prezidenti

  3. Azərbyacan Respublikasının Ali Məhkəməsi

  4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri

  5. Azərbaycan Respublikasının Məhkəmə-Hüquq şurası

435. Ərazi və ixtisaslaşdırılmış prokurorları vəzifəyə təyin və vəzifədən azad edir:

  1. Prezidentin razılığı ilə Baş Prokuror

  2. Prezident

  3. Baş Prokuror

  4. Baş Prokurorun razılığı ilə Prezident

  5. Konstitusiya Məhkəməsinin razılığı ilə Milli Məclis

436. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi:

  1. 45 üzvdən ibarətdir

  2. 32 üzvdən ibarətdir

  3. 40 üzvdən ibarətdir

  4. 55 üzvdən ibarətdir

  5. 62 üzvdən ibarətdir

437. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təşkil edir:

  1. Daimi və digər komissiyaları

  2. Daimi komissiyaları

  3. Daimi və müvəqqəti komissiyaları

  4. Digər komissiyaları

  5. Zərurət yarandıqda istənilən hər hansı komissiyanı

438. Naxçıvan Muxtar Respublikasının Baş Nazirini təyin edir:

  1. Prezidentin təqdimatı əsasında Ali Məclis

  2. Azərbaycan Respublikasının Baş naziri

  3. Azərbaycan Respublikasının Prezidenti

  4. Azərbaycan Respublikasının Nazirlər Kabineti

  5. Ali Məclisin sədri

439. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi aktlar:

  1. Qərar və sərəncamlar

  2. Qərarlar

  3. Sərəncamlar

  4. Normativ aktlar

  5. Normativ akt və fərmanlar

440. Bələdiyyələrə seçkilərin qaydaları müəyyən edilir:

  1. Qanunla

  2. Normativ aktla

  3. Normativ-hüquqi aktla

  4. Fərmanla

  5. Konstitusiya ilə

441. Bələdiyyələrin müdafiəsinə təminat verilir:

  1. Məhkəmə tərəfindən

  2. Ümumi məhkəmə tərəfindən

  3. Ali Məhkəmə tərəfindən

  4. Konstitusiya məhkəməsi tərəfindən

  5. Apellyasiya məhkəməsi tərəfindən

442. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan aktlar:

  1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

  2. Beynəlxalq müqavilələr

  3. Beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

  4. Dünya ölkələri tərəfindən qəbul edilən aktlar

  5. İnsanların hüquq və azadlıqlarına xidmət edən beynəlxalq müqavilələr

443. Qanunlar Konstitusiyaya:

  1. Zidd olmamalıdır

  2. Uyğun olmalıdır

  3. Anlaşılmazlıq yaratmamalıdır

  4. Konstitusiyadan irəli gəlməlidir

  5. Xalqın iradəsini təmsil etməlidir

444. Konstitusiyanın mətnində dəyişikliklərin aparılması Milli Məclis və ya prezident tərəfindən təklif edildikdə, dəyişikliklərə dair rəyi alınır:

  1. Konstitusiya Məhkəməsinin

  2. Milli Məclisin

  3. Prezidentin

  4. Milli Məclisin və Prezidentin

  5. Milli Məclisin, Prezidentin və deputatların üçdə iki hissəsinin

445. Hüquq haqqında ifadə olunmuş fikirlərdən yanlış olanı müəyyən et:

  1. Hüquq başlanğıcını dövlətdən götürən sosial normalar sistemidir

  2. Hüquq, hüquq normalarından ibarətdir

  3. Hüquq norması-hüququn ilkin hüceyrəsidir

  4. Hüquq norması dövlət tərəfindən müəyyən edilən tipik ictimai münasibətlərin modelidir

  5. Hüquq insanların mümkün və lazımi davranışının sərhədlərini müəyyən edir

446. Hüquq haqqında ifadə olunmuş fikirlərdən doğru olanı müəyyən et:

  1. Hüquq insanların konkret qarşılıqlı münasibətlərdə onların daxili və zahiri azadlıqlarının dərəcəsini müəyyən edir

  2. Hüquq başlanğıcını dövlətdən götürən ictimai normalar sistemidir

  3. Hüquq, sosial normalardan ibarətdir

  4. Hüquq norması cəmiyyət tərəfindən müəyyən edilən tipik ictimai münasibətlərin nümunəsidir

  5. Hüquq başlanğıcını cəmiyyətdən götürən sosial normalar sistemidir

447. Hüquq normasının səciyyəvi əlamətlərinə daxildir:

  1. Hamısı

  2. Hüquq norması dövlət tərəfindən müəyyən olunur və ya sanksiyalaşdırılır

  3. Hüquq norması ixtiyarverici-məcburedici xarakter daşıyır

  4. Hüquq normasının realizsəi zəruri hallarda dövlət məcburiyyət tədbirləri vasitəsilə təmin edilir

  5. Hüquq normaları tipik ictimai münasibətlərin dövlət tənzimçisi kimi çıxış edir

448. Hüquq normasının ünsürlərini müəyyən et:

I-ehtimal, II-şərh, III-sərəncam, IV-fərman, V-tənbeh.



  1. I, III, V

  2. I, II, III

  3. III, IV, V

  4. II, III, IV

  5. I, III, IV

449. Hipoteza, Dispozisiya, Sanksiya ...

  1. Hüquq normasının ünsürləridir

  2. Hüququn prinsipləridir

  3. Hüququn mənbələridir

  4. Hüququn ifadə üsullarıdır

  5. Normativ-hüquqi aktların növləridir

450. Normativ-hüquqi aktların maddələrində hüquq normalarının hansı ifadə üsulları mövcuddur?

  1. Hamısı

  2. Birbaşa ifadə üsulu

  3. Göndərici ifadə üsulu

  4. Blanket ifadə üsulu

  5. Heç biri

451. Normativ-hüquqi aktların maddələrində hüquq norması ünsürlərinin ifadəsinin müəyyənlik dərəcəsinə görə hüquq normaları bölünür:

  1. Mütləq müəyyən, nisbi müəyyən və alternativ normalara

  2. Tənzimləyici və qoruyucu normalara

  3. Məcburedici, qadağanedici və səlahiyyətverici normalara

  4. Ümumi və xüsusi normalara

  5. Təsbitedici, definitiv və prinsip normalara

452. Dövlət və hüququn ümumnəzəri tədqiqinin mühüm prinsiplərindən hesab oluna bilməz.

  1. Mücərrədlik

  2. Tarixilik

  3. Obyektivlik

  4. Konkretlik

  5. Pluralizm

453. Dövlət və hüquq haqqında elmi anlayışlar işlənib hazırlanarkən istifadə olunan məntiqi üsullardan hesab olunur:

  1. Hamısı

  2. Analiz-sintez

  3. İnduksiya-deduksiya

  4. Analogiya-hipoteza

  5. Heç biri

454. Dövlət hakimiyyət orqanlarının icraedici-sərəncamverici fəaliyyətinin hüquqi formalarını öyrənir:

  1. İnzibati hüquq

  2. Prosessual hüquq

  3. Konstitusiya hüququ

  4. Əmək hüququ

  5. Cinayət hüququ

455. Aşağıdakı ünsür-əlamətlərdən biri cəmiyyət anlayışına daxil ola bilməz:

  1. Daimi və obyektiv xarakter daşıyan fərdi mənafe

  2. Şüur və iradəyə malik fərdlərin məcmusu

  3. Cəmiyyətdə daxili qaydanı və xarici təhlükəsizliyi təmin etməyə qadir olan mütəşəkkil qüvvənin (hakimiyyətin) varlığı

  4. Yeniləşmə və təkmilləşmə üçün qabiliyyətin və real imkanın mövcudluğu

  5. Ümumi mənafelərin ümumməcburi davranış qaydaları vasitəsilə tənzimlənməsi

456. Dövlət haqqındakı fikirlərdən yanlış olanı müəyyən et:

  1. Dövlət öz hakimiyyətini ölkənin bütün hissəsinə və əhalisinin müəyyən hissəsinə şamil edir

  2. Dövlət bütün ölkə miqyasında siyasi hakimiyyətin vahid ərazi təşkilatıdır

  3. Dövlət ictimai həyatı hüquqi əsaslarla təşkil edir

  4. Dövlət hakimiyyətin suveren təşkilatıdır

  5. Dövlət cəmiyyətin normal həyat fəaliyyətini təşkil etmək üçün xüsusi mexanizmə malikdir

457. Dövlətin əsas əlamətlərinə daxildir:

1.ərazi 2. paytaxt 3. əhali 4. bayraq 5. hakimiyyət 6. milli valyuta



  1. 1, 3, 5

  2. 2, 4, 6

  3. 1, 2, 3

  4. 4, 5, 6

  5. 3, 4, 5

458. Hüquqi dövlətin əsas əlamətlərinə aid deyil:

  1. Psevdodemokratik cəmiyyətin təşkil edilməsi

  2. İctimai həyatın bütün sahələrində qanunun aliliyi

  3. Şəxsiyyət hüquqlarının reallığı

  4. Şəxsiyyətin azad inkişafının təmin edilməsi

  5. Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti

459. Formasiya tipologiyasına daxil olmayan dövlət tipini müəyyən et:

  1. Keçid dövlət tipi

  2. Quldarlıq dövlət tipi

  3. Feodal dövlət tipi

  4. Burjua dövlət tipi

  5. Sosialist dövlət tipi

460. Formasiya...?

  1. Müəyyən istehsal üsuluna əsaslanan cəmiyyətin tarixi tipidir

  2. Müəyyən istahlak üsuluna əsaslanmış cəmiyyətin tarixi tipidir

  3. Heç bir istehsal üsuluna əsaslanmayan cəmiyyətin tarixi tipidir

  4. Müəyyən istehlak üsuluna əsaslanan cəmiyyətin müasir tipidir

  5. Heç bir istehlak üsuluna əsaslanmayan cəmiyyətin müasir tipidir

461. Klassik monarxiya idarəçilik formasının əsas əlaməti deyil:

  1. Hakimiyyətlər bölgüsü prinsipinin mövcudluğu

  2. Öz hakimiyyətini ömürlük istifadə edən təkbaşına dövlət başçısının mövcudluğu

  3. Ali hakimiyyətin siyasi varisliyinin irsi qaydası

  4. Monarx tərəfindən dövlətin öz mülahizəsinə görə təmsil edilməsi

  5. Monarxın hüquq məsuliyyətsizliyi

462. Dövlət formasına təsir göstərən amilləri müəyyən et:

  1. Hamısı

  2. Xalqın mədəni səviyyəsi

  3. Xalqın etnik xüsusiyyətləri

  4. Xalqın tarixi ənənələri

  5. Heç biri

463. Dövlət formasının təşkili üçün əsas ola bilər:

  1. Hamısı

  2. Xalqın dini görüşləri

  3. Məskunlaşmanın təbii şəraiti

  4. Xalqın milli xüsusiyyətləri

  5. Heç biri

464. Nümayəndəli monarxiya nümunəsini müəyyən et:

  1. Silki monarxiya

  2. İlk feodal monarxiyası

  3. Mütləq monarxiya

  4. Konstitusiyalı monarxiya

  5. Parlamentli monarxiya

465. İkili xarakter daşıyan monarxiya tipini müəyyən et:

  1. Dualist monarxiya

  2. İlk feodal monarxiyası

  3. Silki monarxiya

  4. Mütləq monarxiya

  5. Konstitusiyalı monarxiya

466. Demokratik rejimlər haqqındakı fikirlərdən doğru olanları müəyyən et:

        1. Cəmiyyətin maddi rifahının əsasını təşkil edən, iqtisadi fəaliyyət sahəsində şəxsiyyətə azadlıq verir

        2. Bütün ictimai təşkilatlar (həmkarlar ittifaqları, gənclər, qadınlar və yaradıcı birliklər, texniki, idman və digər cəmiyyətlərin) dövlətləşdirilir

        3. Vətəndaşın şəxsi hüquq və azadlıqlarının, real təmini, onun dövlətin siyasəti haqqında öz fikirini ifadə etmək, müxtəlif mədəni, elmi peşə və s. ictimai təşkilatlarda fəal iştirakı imkanı dövlətə yüksək əxlaqilik verir

        4. Özbaşınalığın, qanunçuluğun, pozulmasının ictimai həyatda hüquqi əsasların ləğvinin nəticəsi kimi hüquq üzərində dövlətin üstünlüyü real olaraq fəaliyyət göstərir

        5. Şəxsiyyət özbaşınalıqdan, qanunsuzluqdan müdafiə olunur, belə ki, onun hüquqları ədalət mühakiməsi orqanlarının daimi mühafizəsindədir

        6. Ictimai həyatın bütünlüklə hərbiləşdirilməsi hərbi-demokratik aparatın, dünya iqtisadiyyatına hakim kəsilən hərbi-sənaye kompleksinin mövcudluğu

  1. 1 3 5

  2. 2 4 6

  3. 1 2 3

  4. 2 5 6

  5. 3 4 5

467. Dövlət mexanizminin xarakterik əlamətlərindən deyil:

  1. Dövlət mexanizmi, onun funksiyaları icraedici-sərəncamverici hakimiyyətin ali vəzifəli şəxsi tərəfindən qurulur və tam nəzarət əsasında fəaliyyət göstərir

  2. Dövlət mexanizmi idarəetmə ilə (qanun yaradıcılığı, qanunların icrası, onların pozulmaqdan mühafizəsi) xüsusi məşğul olan adamlardan ibarətdir

  3. Dövlət mexanizmi bilavasitə öz hakimiyyət funksiyalarını həyata keçirərkən sıx qarşılıqlı əlaqədə olan orqan və təsisatların mürəkkəb sistemini təcəssüm etdirir

  4. Dövlət aparatının bütün vəsilələrinin funksiyaları təşkilati və maliyyə vəsaitləri ilə, zəruri hallarda həm də məcburi təsirlə təmin edilir

  5. Dövlət mexanizmi öz vətəndaşlarının qanuni hüquq və mənafelərinin etibarlı təmininə xidmət edir

468. Uyğun bəndi müəyyən et:

  1. Hüquq dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının məcmusudur

  2. Hüquq cəmiyyətin müəyyənləşdirdiyi, dövlətin sanksiyalaşdırdığı, onun gücü ilə qorunan ümumməcburi davranış qaydalarının məcmusudur

  3. Hüquq xalqın müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlətin gücü ilə qorunan hamı üçün qeyri-məcburi davranış qaydalarının ölçüsüdür

  4. Hüquq dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, beynəlxalq hüququn gücü ilə qorunan normativ-hüquqi aktların məcmusudur

  5. Hüquq dövlətin müəyyənləşdirdiyi, beynəlxalq təşkilatların sanksiyalaşdırdığı, xalqın gücü ilə qorunan hamı üçün ümumməcburi hüquq normalarının məcmusudur

469. Uyğunluğun pozulduğu bəndi müəyyən et:

  1. Hüquq cəmiyyətin ayrı-ayrı siniflərinin və ya sosial qruplarının mənafeyinə xidmət etməlidir

  2. Hüquq sosial hadisədir, onsuz sivilizasiyalı cəmiyyətin mövcudluğu qeyri mümkündür

  3. Hüquq normativ formada ümumbəşəri ədalətin tələblərini əks etdirməlidir

  4. Xüsusi müəlkiyyət hüququ bütün insan hüquqlarının əsasıdır

  5. Hüquq dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan davranış ölçüsüdür

470. Göstərilənlərdən biri hüquq nəzəriyyəsi deyil:

  1. Üzvi nəzəriyyə

  2. Materialist nəzəriyyə

  3. Təbii hüquq nəzəriyyəsi

  4. Psixoloji nəzəriyyə

  5. Realist məktəb

471. Göstərilənlərdən biri hüququn formal əlaməti hesab oluna bilməz:

  1. Hüquq yalnız dövlət tərəfindən müəyyənləşdirilən –hüquqi adət, hüquq və din, məhkəmə presidenti şəklində rəsmi dövlət aktlarında təsbit olunur

  2. Hüquq normaları dövlət tərəfindən rəsmi aktlarda müəyyən olunur

  3. Hüquq normaları zəruri hallarda dövlət aparatının məcburetmə qüvvəsi ilə mühafizə olunur

  4. Hüquq müəyyən dövlətin ərazisində yaşayan əhalinin hamısı üçün məcburi olan normaların vahid sistemini özündə təcəssüm etdirir

  5. Hüquq dövlət vətəndaşlarının ümumi və fərdi iradəsini onların ahəngdar qarşılıqlı münasibətlərində ifadə edir

472. Hüququn formaları dedikdə başa düşülür:

  1. Hüquq normalarının təsbiti

  2. Hüququn prinsipləri

  3. Hüquq normalarının ifadə üsulları

  4. Hüquq normalarının realizəsi

  5. Hüquq normalarının təfsiri

473. Uyğunluğu müəyyən et:

  1. Sosial normalar insanların davranışını və təşkilatların fəaliyyətini onların ikitərəfli münasibətlərində tənzimləyən qaydalardır

  2. Sosial normalar dövlətlərin və təşkilatların fəaliyyətini onların ikitərəfli münasibətlərində tənzimləyən qaydalardır

  3. Sosial normalar insanların davranışını və qeyri-hökumət təşkilatlarının fəaliyyətini onların qarşılıqlı münasibətlərində tənzimləyən qaydalardır

  4. Sosial normalar dövlətlərin beynəlxalq təşkilatlarla fəaliyyətini onların qarşılıqlı fəaliyyətində tənzimləyən normalardır

  5. Sosial normalar insanların davranışını və yerli özünüidarəetmələrlə fəaliyyətini onların iki tərəfli münasibətlərində tənzimləyən qaydalardır

474. Sosial normaların növlərindən deyil:

  1. Hərbi texniki normalar

  2. Hüquq normaları

  3. Əxlaq normaları

  4. İctimai təşkilatların normaları

  5. Adət-ənənə və mərasim normaları

475. Sosial normaların bölgüsü aparılır:

  1. Məzmununa və pozulmaqdan mühafizə üsuluna görə

  2. Hüquqi qüvvəsinə görə

  3. Həcmi və xarakterinə görə

  4. Dövlət hüquqyaratmasının əsas subyektlərinə görə

  5. Detallaşdırma dərəcəsinə görə

476. Sosial normaların bölgüsü aparıla bilməz:

  1. Detallaşdırma dərəcəsinə görə

  2. Məzmununa görə

  3. Müəyyən olunmasına görə

  4. Pozulmaqdan mühafizə üsuluna görə

  5. Mənşəyinə görə

477. Texniki normalar...?

  1. İnsanların təbiət predmetləri, əmək alətləri, müxtəlif texniki vasitələrlə daha məqsədəuyğun davranması qaydalarıdır

  2. Insanların fövqəladə vəziyyətlərdə təbiət predmetləri, əmək alətləri və müxtəlif texniki vasitələrlə daha təkmil davranması qaydalarıdır

  3. Məhbusların islah əmək düşərgələrində təbiət predmetləri, əmək alətləri, müxtəlif texniki vasitələrlə daha məqsədə uyğun davranması qaydalarıdır

  4. Dövlətin müxtəlif hərbi-texniki vasitələrlə daha məqsədəuyğun davranılması üçün tətbiq etdiyi qaydaların məcmusudur

  5. Hərbi qulluqçuların təbiət predmetləri, silah və sursatlarla, müxtəlif texniki vasitələrlə daha məqsədəuyğun davranması qaydalarıdır

478. Hüquqi ideologiya...?

  1. İctimai həyatın hüquqi hadisələrini nəzəri formada əks etdirən görüş və təsəvvürlər sistemidir

  2. İctimai həyatın sosial hadisələrini praktik formada əks etdirən görüş və təsəvvürlər sistemidir

  3. İctimai həyatın bütün hadisələrini hüquqi formada əks etdirən əxlaqi təsvvürlər sitemidir

  4. İctimai həyatın hüquqi hadisələrini hüquqi adətlərdə əks etdirən görüş və təsəvvürlər sistemidir

  5. İctimai həyatın sosial tərəflərini siyasi ideologiyada əks etdirən görüş və təsəvvürlər sistemidir

479. Hüquqi psixologiya...?

  1. Hüquq, qanunçuluğa cəmiyyətdə fəaliyyət göstərən hüquqi təsisatlar sisteminə müxtəlif sosial qrupların, peşə kollektivlərinin, ayrı-ayrı fərdlərin münasibəti ifadə olunan hisslərin, vərdişlərin, əhval-ruhiyyənin, ənənələrin məcmusudur

  2. Hüquq, qanunçuluğa cəmiyyətdə fəaliyyət göstərən hüquqi təsisatlar sisteminə dövlətin münasibətinin ifadə olunmasıdır

  3. Hüquq, qanunçuluğa, cəmiyyətdə fəaliyyət göstərən hüquqi təsisatlar sisteminə beynəlxalq təşkilatların münasibətinin ifadə olunmasıdır

  4. Hüquq, qanunçuluğa cəmiyyətdə fəaliyyət göstərən hüquqi təsisatlar sisteminə hüquq-mühafizə orqanlarının münasibətinin ifadə olmasıdır

  5. Hüquq, qanunçuluğa, dövlətin fəaliyyət göstərən orqanlarına cəmiyyətin münasibətinin ifadə olunmasıdır

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin