Konstitusiyası və hüquq əsasları fənninin test sualları


Hüququn ümumi prinsiplərinə aid edilə bilməz



Yüklə 0,81 Mb.
səhifə9/9
tarix30.06.2018
ölçüsü0,81 Mb.
#55297
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

480. Hüququn ümumi prinsiplərinə aid edilə bilməz:

  1. Xalqların müqəddəratını təyinetmə prinsipi

  2. Təqsirə görə məsuliyyət prinsipi

  3. Hüquq və vəzifələrin vəhdəti prinsipi

  4. Hamının qanun qarşısında bərabərliyi prinsipi

  5. Hüququn humanistliy prinsipi

481. Hüququn funksiyalarını müəyyən et:

1. Nizamasalma

2. Səlahiyyətvermə

3. Mühafizəetmə

4. Qadağanetmə


  1. 1 3

  2. 1, 2

  3. 3,4

  4. 2,4

  5. 2,3

482. Hüquq normasının səciyyəvi əlamətlərini müəyyən et:

  1. Hüquq normaları cəmiyyət tərəfindən müəyyən olunur, konkret fərdlər tərəfindən sanksiyalaşdırılır

  2. Hüquq norması dövlət tərəfindən müəyyən olunur və ya sanksiyalaşdırılır

  3. Hüquq norması ixtiyarverici-məcburedici xarakter daşıyır

  4. Hüquq normalarının realizəsi zəruri hallarda dövlət məcburiyyət tədbirləri vasitəsilə həyata keçirilir

  5. Hüquq normaları tipik ictimai münasibətlərin dövlət tənzimçisi kimi çıxış edir

483. Aşağıda verilmiş AR Cinayət Məcəlləsinin 30.5 ci maddəsində hüquq normasının hansı ifadə üsulu öz əksini tapmışdır?

Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər



  1. Göndərici ifadə üsulu

  2. Birbaşa ifadə üsulu

  3. Blanket ifadə üsulu

  4. Hamısı

  5. Heç biri

484. Hüquq-normalarının ifadə üsullarını müəyyən et:

1. Birbaşa ifadə üsulu

2. Hüquqi ifadə üsulu

3. Göndərici ifadə üsulu

4. İfşaedici ifadə üsulu

5. Blanket ifadə üsulu



6. Analoji ifadə üsulu

  1. 1.3.5

  2. 2.4.6

  3. 1.2.3

  4. 4.5.6

  5. 2.3.4

485. Yerinə yetirdikləri funksiyaya görə hüquq normaları bölünür:

  1. Tənzimləyici

  2. Qoruyucu

  3. Qadağanedici

  4. Səlahiyyətverici

  5. Məcburedici

  1. 1,2

  2. 2,3

  3. 4,5

  4. 3,5

  5. 2,4

486. Təsbitedici, definitiv və prinsip normalar hüquq normalarının hansı növünə daxildir?

  1. Xüsusiləşdirilmiş hüquq normalarına

  2. Sahəvi (dövlət, inzibati, əmək, mülki, cinayət hüquq normalarına

  3. Davranış qaydalarının xarakteri əks olunmuş hüquq normalarına

  4. Şəxsləşdirilmiş hüquq normalarına

  5. Funksiyalaşdırılmış hüquq normalarına

487. Mütləq müəyyən, nisbi müəyyən və alternativ normalar daxildir:

  1. Normativ hüquqi aktların maddələrində ifadəsinin müəyyənlik dərəcəsinə görə bölünən hüquq normalarına

  2. Sahəvi (dövlət, inzibati, əmək, mülki, cinayət hüquq normalarına

  3. Yerinə yetirdikləri funksiyaya görə bölünən hüquq normalarına

  4. Şəxslərin əhatəsinə görə hüquq normalarına

  5. Xüsusiləşdirilmiş hüquq normalarına

488. Ümumi və xüsusi normalar daxildir:

  1. Şəxslərin əhatəsinə görə hüquq normalarına

  2. Normativ hüquqi aktların maddələrində ifadəsinin müəyyənlik dərəcəsinə görə bölünən hüquq normalarına

  3. Sahəvi (dövlət, inzibati, əmək, mülki, cinayət hüquq normalarına

  4. Yerinə yetirdikləri funksiyaya görə bölünən hüquq normalarına

  5. Xüsusiləşdirilmiş hüquq normalarına

489. Normativ-hüquqi akt...?

  1. dövlətin səlahiyyətli orqanlarının hüquqyaratma fəaliyyəti və ya ümumxalq səsverməsi (referendum) nəticəsində yaranır

  2. dövlətin sərəncamverici hakimiyyətinin fəaliyyəti və ya ümumxalq səsverməsi (referendum) nəticəsində yaranır

  3. cəmiyyətin hüquqi düşüncəsinin inkişafı nəticəsində və ya ümumxalq səsverməsi (referendum) nəticəsində yaranır

  4. dövlətin səlahiyyətli şəxslərinin hüquqyaratma fəaliyyəti nəticəsində yaranır

  5. dövlət orqanlarının təşviqi ilə ümumxalq səsverməsi (referendum) nəticəsində yaranır

490. Yanlış bəndi müəyyən et:

  1. Normativ-hüquqi akt özündə heç bir hüquq norması əks etdirməyən formal hüquqyaratma aktıdır

  2. Normativ-hüquqi aktların məzmunu yalnız hüquq normalarından, yəni məcburi qüvvəyə malik ümumi xarakterli qaydalardan ibarətdir

  3. Hüquq mənbəyi olan normativ hüquqi aktlardan hüquqşünaslıq mənbələrini və ya başqa sözlə bizim hüquq haqqındakı biliklərimizin mənbələrini fərqləndirmək lazımdır

  4. Normativ-hüquqi akt zəruri aktın adı (qanun, fərman, qərar) aktı qəbul edən orqanın adı (parlament, prezident, hökumət, yerli hakimiyyət orqanı) olan rəsmi dövlət sənədi şəklində tərtib olunur

  5. Normativ aktlarda hüquq normaları müəyyən hissələrə: bölmələrə, fəsillərə, maddələrə görə qruplaşdırılır

491. Normativ hüquqi aktların təsnifat qrupuna daxil deyildir:

  1. Müstəsna (fövqəladə) qüvvəli aktlar

  2. Hüquqi qüvvəsinə görə normativ–hüquqi aktlar

  3. Məzmununa görə normativ hüquqi aktlar

  4. Qüvvəsinin həcmi və xarakterinə görə normativ-hüquqi aktlar

  5. Dövlət hüquqyaratmasının əsas subyektlərinə görə normativ-hüquqi aktlar

492. Qanunqüvvəli normativ-hüquqi aktlara daxil deyil:

  1. Konstitusiyalar

  2. Prezidentin normativ fərmanları, sərəncamları

  3. Hökümətin qərarları

  4. əmrlər, təlimatlar

  5. Təşkilatdaxili qanunqüvvəli aktlar

493. Qanunvericilik üzrə məlumat xidmətinə daxildir:

  1. Hamısı

  2. Jurnal uçotu

  3. Kartoteka uçotu

  4. Kompüter uçotu

  5. Heç biri

494. Demokratik cəmiyyətə xas olan rejim formasını müəyyən et:

  1. Vətəndaş cəmiyyəti

  2. Avtoritar cəmiyyət

  3. Totalitar cəmiyyət

  4. Faşist diktaturası

  5. Psevdodemokratik cəmiyyət

495. Kimlərin mənzil toxunulazlığı hüququ vardır?

  1. Hər kəsin

  2. Əcnəbilərin

  3. Vətəndaşlıgı olmayan şəxslərin

  4. Heç kimin

  5. Ancaq kişilərin

496. Nikah və ailə kimin himayəsindədir?

  1. Dövlətin

  2. Beynəlxalq təşkilatların

  3. Qeyri-hökumət təşkilatlarının

  4. Prezidentin

  5. Heç kəsin

497. Azərbaycanda ümumxalq səsverməsi (referendum) nəticəsində qəbul oluna və ya əlavə və dəyişikliklər edilə bilər:

  1. Konstitusiya

  2. Qanunverici hakimiyyət aktları

  3. İcraedici hakimiyyət aktları

  4. Məhkəmə hakimiyyəti aktları

  5. Fərdi-hüquqi aktlar

498. Ər ilə arvadın hüquqları necedir?

  1. Bərabərdir

  2. Fərqlidir

  3. Ərin hüquqları daha çoxdur

  4. Arvadın hüquqları daha çoxdur

  5. Ayrıdır

499. Nə fərdi və ictimai rifahın əsasıdır?

  1. Əmak

  2. İdman

  3. Yuxu

  4. Heç biri

  5. Qabiliyyət

500. Hər kəs nəyin əsasında özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququna malikdir?

  1. Əməyə olan qabiliyyəti əsasında

  2. İşə olan münasibəti əsasında

  3. Cəmiyyətə olan münasibəti əsasında

  4. Heç biri

  5. İxtisası əsasında




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin