Konstitusiyası və hüquq əsasları fənninin test sualları


Mülkiyyət hüququ nədən ibarətdir?



Yüklə 0,81 Mb.
səhifə5/9
tarix30.06.2018
ölçüsü0,81 Mb.
#55297
növüQaydalar
1   2   3   4   5   6   7   8   9

279. Mülkiyyət hüququ nədən ibarətdir?

  1. Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

  2. Mülkiyyətçinin yalnız müştərək əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

  3. Mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifdə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

  4. Mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlak barəsində sərəncam vermək hüquqlarından

  5. Hec birindən

280. Mülkiyyət sahibi mülkiyyətdən hansı yolla məhrum edilə bilər?

  1. Məhkəmənin qərarı

  2. Milli Məclisin qərarı

  3. Prezidentin sərəncamı

  4. Nazirlər Kabinetinin qərarı

  5. İcra hakimiyyətinin qərarı ilə

281. Əmlakın tam müsadirəsinə hansı halda yol verilir?

  1. Yol verilmir

  2. Əmlak sahibi cinayət törətdikdə

  3. Müharibə baş verdikdə

  4. Hərbi və ya fövqəladə hallarda

  5. Bütün hallarda

282. Hansı məqsədlər üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilir?

  1. Xalq ehtiyacları

  2. İctimai ehtiyaclar

  3. Milli ehtiyaclar

  4. Dövlət ehtiyacları

  5. Heç bir ehtiyacı

283. Dövlət ehtiyacları üçün mülkiyyətin özününkiləşdirilməsi hansı yolla həyata

keçirilir?

  1. Yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə

  2. Yalnız sonradan onun dəyərini ədalətli ödəmək şərti ilə

  3. Yalniz qabaqcadan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə

  4. Yalniz sonradan onun dəyərini ədalətli əvəzləşdirmək şərti ilə

  5. Heç bir yolla

284. Vərəsəlik hüququna kim təminat verir?

  1. Dövlət

  2. Prezident

  3. Baş Nazir

  4. Millət vəkilləri

  5. Məhkəmə

285. Kimin əqli mülkiyyət hüququ vardır?

  1. Heç kimin

  2. Vətəndaşlığı olmayan şəxslərin

  3. Əcnəbilərin

  4. Hər kəsin

  5. Yalnız Alimlərin

286. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri

nə ilə qorunur?

  1. Qərar

  2. Fərman

  3. Qanun

  4. Sərəncam

  5. Göstəriş

287. Kimin təhlükəsiz yaşamaq hüququ vardır?

  1. Hər kəsin

  2. Valideynlərin

  3. Uşaqların

  4. Yaşlıların

  5. Heç kimin

288. Kimlərin şəxsi toxunulmazlıq hüququ vardır?

  1. Hər kəsin

  2. Valideynlərin

  3. Hərbçilərin

  4. Əcnəbilərin

  5. Heç kəsin

289. Hansı halda şəxsi və ailə həyatına müdaxilə etmək mümkündür?

  1. Heç bir halda

  2. Milli Məclisin qərarı

  3. Prezidentin fərmanı ilə

  4. Qanunla nəzərdə tutulan hallarda

  5. Bütün hallarda

290. Aşağıdakılardan hansı düzgündür?

  1. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır

  2. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən şikayət etmək hüququ vardir

  3. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən qorunmaq hüququ vardır

  4. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilə ilə bağlı informasiya vermək hüququ vardır

  5. Heç biri

291. Kimlərə şəxsi həyat haqqinda məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilir?

  1. Heç kimə

  2. Millət vəkillərinə

  3. Hakimlərə

  4. Hərbçilərə

  5. Hər kəsə

292. Aşağıdakilardan hansı düzgündür?

  1. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir

  2. Milli Məclisin qərarı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir

  3. Nazirlər Kabinetinin sərəncamı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir

  4. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, çap olunmasına, istifadəsinə və yerləşdirilməsinə yol verilmir

  5. Heç biri

293. Şəxsin izləməyə, video və foto çəkilişə, səs yazısına və digər bu cür hərəkətlərə

məruz qalması hansı halda mümkündür?

  1. Qanunla müəyyən edilmiş hallarda və şəxsin öz razılığı ilə

  2. Milli məclisin qərarı ilə

  3. Baş prokurorun göstərişi ilə

  4. Daxili işlər nazirinin əmri ilə

  5. Heç bir halda

294. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna kim təminat verir?

A) Dövlət

B) Rabitə və informasiya texnologiyaları naziri

C) Beynəlxalq təşkilatlar

D) Baş nazir

E) Hər kəs verə bilər



295. Yanlış variantı müəyyən edin.

  1. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

  2. Azərbaycan dövlətçiliyinin varisliyini Azərbaycan Respublikasının Prezidenti təmin edir.

  3. Azərbaycan Respublikasında mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

  4. Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

  5. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

296. Verilmiş müddəalardan hansı Konstitusiyanın “Sosial inkişaf və dövlət” maddəsinə aiddir?

  1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

  2. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

  3. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.

  4. Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir.

  5. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

297. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasındakı “Din və dövlət” maddəsinə aid deyil?

  1. Azərbaycan Respublikasında dövlət dini islam dinidir.

  2. dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

  3. bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

  4. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.

  5. Azərbaycan ərazisində insan ləyaqətini alçaldan və ya (dini cərəyanların) yayılması və təbliği qadağandır.

298.Azərbaycan Respublikasının Konstitusiyasında xalqımızın təntənəli surətdə bəyan etdiyi niyyətlərə aiddir:

  1. vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq

  2. millətçilik və böyük dövlətçilik ideyaları ruhunda tərbiyə olunmuş yeni nəsil yetişdirmək

  3. xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən demokratik, hüquqi, dünyəvi dövlət qurmaq

  4. hakimiyyətin irsiliyinin təmin edilməsinə nail olmaq

  5. Konstitusiya çərçivəsində teokratik quruluşa təminat vermək

  6. ədadlətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək

  1. 1, 3, 6

  2. 2, 4, 5

  3. 1, 2, 4

  4. 3, 4, 6

  5. 2, 5, 6

299. Konstitusiyaya görə Azərbaycan Respublikası rədd edir:

  1. başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni

  2. xalqın suverenliyini və dövlətin ərazi bütövlüyünü qorumaq üçün Silahlı Qüvvələrdən istifadəni

  3. insan və vətəndaşın əsas hüquqları və azadlıqları üçün real təhlükə yarandıqda silah tətbiq edilməsini

  4. ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı

  5. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda və ya Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda hərbi vəziyyətin tətbiqini

300. Konstitusiyaya görə Azərbaycan dövləti öz iqtisadiyyatını inkişaf etdirir:

  1. bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaqla

  2. iqtisadi münasibətlərdə inhisarçılığı möhkəmləndirməklə

  3. infilyasiyanı artırmaqla

  4. haqsız rəqabətə yol verilməməklə

  5. azad sahibkarlığı təmin etməklə

  1. 1, 4, 5

  2. 2, 3, 4

  3. 1, 3, 5

  4. 2, 3, 5

  5. 1, 2, 4

301. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?

  1. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

  2. Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş Komandanıdır.

  3. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, federativ respublikadır.

  4. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyini təcəssüm etdirir.

  5. Azərbaycan Respublikasında icra hakimiyyətinə nazirlər kabineti rəhbərlik edir.

302. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?

  1. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz

  2. sərbəst və müstəqil surətdə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının vəzifəsidir

  3. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan Respublikasının Prezidentidir

  4. Azərbaycan Respublikasında yaşayan hər kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ vardır

  5. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur

303. Konstitusiyaya görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə məhdudlaşır:

  1. yalnız hüquqla

  2. yalnız Prezidentin əmr və fərmanları ilə

  3. yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla

  4. yalnız Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə

  5. yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarla

304. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?

  1. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər

  2. Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir

  3. Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir

  4. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz

  5. Azərbaycanın dövlət sərhədləri yalnız Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə, Azərbaycan xalqının iradəsi əsasında dəyişdirilə bilər

305. 18 mart 2009-cu il referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavəyə görə:

  1. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.

  2. dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

  3. Dövlət büdcəsi ilə əlaqədar referendum keçirilə bilməz.

  4. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.

  5. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

306. Düzgün variantı seçin.

Azərbaycan Respublikasının Konstitusiyasına görə:

  1. insan və vətəndaş hüquqlarını və azadlqılarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

  2. yalnız on səkkiz yaşına çatmış əmək qabiliyyətli uşaqların toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

  3. hər kəsin istənilən üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

  4. mülkiyyət toxunulmazdır və heç bir halda onun müsadirəsinə yol verilmir.

  5. hərbi qulluqçuların, din xadimlərinin və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

307. Azərbaycan Respublikasının Konstitusiyasına görə qadağandır:

  1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qulluğuna qəbul edilməsi

  2. hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının və din xadimlərinin seçkilərdə iştirak etməsi

  3. hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışıb mitinqlər, nümayişlər, küçə yürüşləri keçirməsi

  4. kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının tətbiq edilməsi

  5. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətini tənqid etməsi

308. Vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlarına aiddir:

  1. dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsini tələb etmək

  2. vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək

  3. vətənə sədaqətli olmaq

  4. vətəni müdafiə etmək

  5. dövlət rəmzlərinə hörmət etmək

309. Azərbaycan Respublikasının Konstitusiyası ilə qadağan edilməmişdir:

  1. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği

  2. Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilməsi

  3. Cəmiyyətin əsas özəyi kimi dövlətin ailəni xüsusi himayə etməsi

  4. Manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi

  5. Azərbaycan dilindən başqa əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi

    1. 3, 5

    2. 2, 4

    3. 1, 3

    4. 2, 5

    5. 1, 4

310. Azərbaycan Respublikasının Konstitusiyasına görə:

  1. vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.

  2. hər kəs qanunda göstərilmiş həcmdən əlavə vergilər və dövlət ödənişləri ödəməyə məcbur edilə bilər.

  3. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqlarının həyata keçirilməsi heç bir halda məhdudlaşdırıla bilməz.

  4. qanunu bilməmək vətəndaşların məsuliyyətdən azad edilməsi üçün əsas ola bilər.

  5. şəxsin təqsirli olduğuna görə əsaslı şübhələr varsa, qanunla onun təqsirli bilinməsinə yol verilir.

311. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmamışdır?

  1. əmək müqavilələrinin bağlanması məcburidir və heç kəs əmək müqaviləsi bağlamadan işlədilə bilməz

  2. hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır

  3. valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur

  4. hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır

  5. heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz

312. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyətdən istifadə edilə bilməz:

  1. iqtisadi münasibətlərdə inhisarçılıq əleyhinə

  2. təbii ehtiyyatların mənimsənilməsi üçün

  3. cəmiyyətin və dövlətin mənafeləri əleyhinə

  4. insan ləyaqətini alçaldan dinlərin (dini cərəyanların) yayılması və təbliği əleyhinə

  5. vətəndaş hüquqları və azadlıqlarının təmin olunması üçün

313. Azərbaycan Respublikasının Konstitusiyasına görə vətəndaşların azadlıqlarına aiddir:

  1. istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq, yaymaq

  2. tarix və mədəniyyət abidələrini qorumaq

  3. vətəni müdafiə etmək

  4. vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək

  5. ətraf mühiti qorumaq

314. Müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur?

  1. heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

  2. Vətənə sədaqət hər bir vətəndaşın hüququdur.

  3. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasında heç kim tərəfindən və heç bir halda məhdudlaşdırıla bilməz.

  4. şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilir.

  5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.

315. “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” – müddəsasının Azərbaycan Respublikası Konstitusiyasına əsasən aid olduğu maddə:

  1. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı”

  2. “Təqsirsizlik prezumpsiyası”

  3. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”

  4. “Şəxsi toxunulmazlıq hüququ”

  5. “Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”

316. Azərbaycan Respublikası vətəndaşını müəyyən edən əlamətlər sırasına aid deyillər:

  1. Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, doğulduğu ölkənin qanunlarına tabe sayılan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  2. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  3. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan vətəndaşlarından döğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  4. Cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşayan və Azərbaycan dövləti qarşısında beynəlxalq öhdəlikləri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  5. Azərbaycan Respublikasının ərazisində yaşayan, hüquq və azadlıqlarının qorunmasına dövlət tərəfindən təminat verilən hər bir şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  6. Valideynlərindən biri Azərbaycan vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.

  1. 1, 4, 5

  2. 1, 2, 3

  3. 2, 3, 6

  4. 4, 5, 6

  5. 1, 3, 6

317. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən əsas götürdüyü prinsiplər:

  1. “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplər;

  2. Hüquqi dövlət prinsipləri;

  3. Qarşılıqlı anlaşma və güzəştə getmə prinsipləri;

  4. Azərbaycan Respublikasının Konstitusiyasında “Əsas hüquqlar, azadlıqlar və vəzifələr”də təsbit olunmuş prinsiplər;

  5. Xalqın və dövlətin mənafeyini qorumaq prinsipləri.

318. Azərbaycan xalqı niyyətlərini bəyan edərkən istəyir:

  1. Ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini;

  2. Ədalətin və azadlığın bərqərar olmasını;

  3. Ədalətin və təhlükəsizliyin bərqərar edilməsini;

  4. Ədadlətin, firavanlığın və təhlükəsizliyin, haqq-ədalətin bərqərar olmasını;

  5. Xalqın azad, xoşbəxt və firavan olmasını

319. Azərbaycan xalqı təntənəli surətdə aşağıdakı niyyətini bəyan edir:

  1. Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

  2. Hüquqi dövlət çərçivəsində demokratiyaya təminat vermək;

  3. İnsanların hüquq və azadlıqlarına təminat vermək;

  4. İnsanların əmək fəaliyyətinə təminat vermək;

  5. İnsanların pensiya hüququna təminat vermək.

320. Müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkün etmədikdə seçkilərin keçirilmə qaydası

  1. Hərbi əməliyyatların sonunadək uzadılır;

  2. Seçkilər keçirilmir;

  3. Seçkilərin keçirilməsi imkanı yarananadək bir il müddətinə uzadılır;

  4. Atəşkəs imkanı yaranması ilə seçki keçirilir;

  5. Milli Məclisin səlahiyyətləri icra hökumətinə həvalə olunur.

321. Hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin uzadılması barədə qərarı qəbul edir:

  1. Konstitusiya Məhkəməsi

  2. Milli Məclis

  3. Prezident Adminstrasiyası;

  4. Ali Məhkəmə;

  5. İcra hakimiyyəti

322. Deputatlıqdan çıxanların yerinə seçkilər keçirilmir:

  1. Səlahiyyət müddətinə 120 gündən az qaldıqda;

  2. Səlahiyyət müddətinə bir ildən az qaldıqda;

  3. Səlahiyyət müddətinə 300 gündən az qaldıqda;

  4. Səlahiyyət müddətinə 200 gündən az qaldıqda;

  5. Səlahiyyət müddətinə 100 gündən az qaldıqda.

323. Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, ilk iclasın keçirilmə vaxtı:

  1. Konstitusiya Məhkəməsi Müəyyənləşdirir;

  2. Prezident müəyyənləşdirir;

  3. Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir;

  4. Prezident Adminstrasiyası müəyyənləşdirir;

  5. Ali Məhkəmə Müəyyənləşdirir.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin