351. Konstitusiya qanunlarının, qanunların və qərarların qəbul edilmə qaydası:
Konstitusiya ilə nəzərdə tutulmuş qaydada;
Milli Məclisin müəyyən etdiyi qaydada;
Prezidentin müəyyən etdiyi qaydada;
Konstitusiya məhkəməsinin nəzərdə tutduğu qaydada;
Ali Məhkəmənin nəzərdə tutduğu qaydada.
352. Məhkəmə quruluşuna və hakimlərin statusuna dair ümumi qaydaları müəyyən edir:
Milli Məclis;
Prezident;
Konstitusiya Məhkəməsi;
İcra hakimiyyəti;
Məhkəmə hakimiyyəti.
353. Milli Məclis Prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsinə dair, Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, qərar qəbul edir:
63 səs çoxluğu ilə.
85 səs çoxluğu ilə;
87 səs çoxluğu ilə;
83 səs çoxluğu ilə;
75 səs çoxluğu ilə;
354. Mərkəzi Bankın idarə heyyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsinin həlli aiddir:
Prezidentin təqdimatına əsasən Milli məclisə;
Azərbaycan Respublikasının Prezidentinə;
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə;
Mərkəzi Bankın idarə heyyətinin rəhbərliyinə;
Maliyyə nazirliyinə.
355. Prezident seçkilərinin yekunları haqqında məlumat rəsmən elan edilir:
Konstitusiya Məhkəməsi tərəfindən.
Ali Məhkəmə tərəfindən;
Mərkəzi Seçki Komissiyası tərəfindən;
Milli Məclis tərəfindən;
Qalib namizədin özü tərəfindən;
356. Prezident vəzifədən getmiş sayılır:
İstefanın qəbul olunması haqqında qərar qəbul edildiyi andan;
Vəzifələrini icra edə bilmədiyi andan;
Istefa ərizəsini təsdiq etdiyi andan;
İstefa barədə qərar qəbul edilməsindən sonra üç gün keçdikdə;
Istefa barədə qərar qəbul edilməsindən sonra beş gün keçdikdə.
357. Baş nazir istefa verdikdə, habelə qanunla müəyyən olunmuş qaydada səlahiyyətlərini Milli Məclisin sədrinin icra etməsindən sonra sonuncunun öz səlahiyyətlərini icra etməsi mümükün olmadıqda, prezident səlahiyyətləri verilir:
Başqa vəzifəli şəxsə.
Konstitusiya Məhkəməsinin sədrinə;
Ali Məhkəmənin sədrinə;
Yeni Baş nazirə;
Yeni Milli Məclisin sədrinə;
358. Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılmasının əsası:
Ağır cinayət törətməsi.
Dövlətin mənafeyi ziddinə əməllər törətməsi;
Vəzifəsinin yerinə yetirilməsinə laqeyd yanaşması;
Öz şəxsi mənafeyini güdməsi;
Ölkənin idarə edilməsində səhvlərə yol verməsi;
359. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları müəyyən edilir:
360. Hakimin vəzifədən kənarlaşdırılmasına verilən rəy sorğudan sonra prezidentə təqdim edilir:
30 gün müddətinə;
10 gün müddətinə;
15 gün müddətinə;
20 gün müddətinə;
45 gün müddətinə.
361. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin işdən kənarlaşdırılması haqqında qərarı qəbul edir:
Milli Məclis;
Prezident;
Prezident Adminstrasiyasının rəhbəri;
Baş nazir;
Konstitusiya Məhkəməsi.
362. Azərbaycan Respublikasının Apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar qəbul edilir:
83 səs çoxluğu ilə;
63 səs çoxluğu ilə;
82 səs çoxluğu ilə;
92 səs çoxluğu ilə;
95 səs çoxluğu ilə.
363. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Prezidentin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında həll edir:
Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Konstitusiyaya və qanunlara uyğunluğu məsələsini;
Hökumətlərarası olmayan müqavilələrin qanunlara uyğunluğu məsələsini;
Hökumətlərarası olmayan və olan müqavilələrin qanunlara uyğunluğu məsələsini;
365. Bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qəbul edilir:
Qərar;
Qanun;
Akt;
Normativ akt;
Akt və normativ hüquqi akt.
366. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilir:
Üçdə iki;
Sadə;
Dörddə üç;
Beşdə dörd;
Mütləq.
367. Bələdiyyə üzvlərinin səalhiyyətlərinə xitam verilməsi halları və qaydası:
Qanunla müəyyən edilir;
Konstitusiya qanunu ilə müəyyən edilir;
Normativ-hüquqi aktla müəyyən edilir;
Normativ aktla müəyyən edilir;
Fərmanla müəyyən edilir.
368. Yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində qəbul edə bilərlər:
qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktları;
qanunvericilik sisteminə daxil olan aktları;
reallıqla uzlaşan, lakin qanunvericilik sisteminə daxil olmayan aktları;
Qanunvericilik sisteminə daxil olmasa da insanların hüquq və azadlıqlarını müdafiə edən aktları;
Mövcud aktlara zidd olmayan normativ xarakterli aktları.
369. Normativ-hüquqi aktların dərc edilməsi qaydası müəyyənləşdirilir:
Qanunla;
Konstitusiya ilə;
Konstitusiya qanunu ilə;
Fərmanla;
Konstitusiya qanunu və qanun.
370. Yanlış variantı müəyyən edin.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan dövlətçiliyinin varisliyini Azərbaycan Respublikasının Prezidenti təmin edir.
Azərbaycan Respublikasında mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
371. Verilmiş müddəalardan hansı Konstitusiyanın “Sosial inkişaf və dövlət” maddəsinə aiddir?
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
372. Verilmiş müddəalardan hansı Azərbaycan Respublikasının Konstitusiyasındakı “Din və dövlət” maddəsinə aid deyil?
Azərbaycan Respublikasında dövlət dini islam dinidir.
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Azərbaycan ərazisində insan ləyaqətini alçaldan və ya (dini cərəyanların) yayılması və təbliği qadağandır.
373. Azərbaycan Respublikasının Konstitusiyasında xalqımızın təntənəli surətdə bəyan etdiyi niyyətlərə aiddir:
Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq
Millətçilik və böyük dövlətçilik ideyaları ruhunda tərbiyə olunmuş yeni nəsil yetişdirmək
Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən demokratik, hüquqi, dünyəvi dövlət qurmaq
hakimiyyətin irsiliyinin təmin edilməsinə nail olmaq
Konstitusiya çərçivəsində teokratik quruluşa təminat vermək
374. Konstitusiyaya görə Azərbaycan Respublikası rədd edir:
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni
xalqın suverenliyini və dövlətin ərazi bütövlüyünü qorumaq üçün Silahlı Qüvvələrdən istifadəni
insan və vətəndaşın əsas hüquqları və azadlıqları üçün real təhlükə yarandıqda silah tətbiq edilməsini
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı
Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda və ya Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda hərbi vəziyyətin tətbiqini
375. Konstitusiyaya görə Azərbaycan dövləti öz iqtisadiyyatını inkişaf etdirir:
Bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaqla
İqtisadi münasibətlərdə inhisarçılığı möhkəmləndirməklə
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz
Azərbaycanın dövlət sərhədləri yalnız Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə, Azərbaycan xalqının iradəsi əsasında dəyişdirilə bilər
380.18 mart 2009-cu il referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavəyə görə:
15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Dövlət büdcəsi ilə əlaqədar referendum keçirilə bilməz.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.