Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə40/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   36   37   38   39   40   41   42   43   ...   113
10.06.2014, saat 17:45

Bilmirəm
Təbiət qoynuna çağırır səni,

Bilmirəm bəs niyə incidir məni?

Çatdıra bilmirəm fikrimi bu an,

Könlümdən keçəni, qəlbim deyəni.



15.06.2014, saat 23:43
Dünyada (Deyirəm EEE…)
Ha çevirdim mən “Tarixi-Nadiri”,

Hiss etdim hər dövrün olub qadiri.

İnsanlar yaşayıb ölü, ya diri.

Ömrünə dürüst ol, yaşa dünyada.


Bacar həyatını mənalı yaşa,

Qoy səsin yayılsın, sorağın başa.

Bərabər yetişək, səninlə qoşa,

Olmasın biədəb, haşa dünyada.


Zaman da sözünü deyir, bax, indi,

Gec deyil, gəl yanaş, sən yanaş indi.

Madəm tuta bilsən, Sabir sənindi,

Səninlə fəxr edib, coşa dünyada.


Kim necə anlasa, anlasın məni,

İstəsə ya diri ağlasın məni,

Könlüm isbat etdi gələn nəğməni,

Bir daha duymuram coşa dünyada.


Sabir Binnət, könlün eldən yaralı,

Qoy hiss etsin onun sevən maralı.

Düşməsinlər bu zamandan aralı,

Zaman gəlib, gedir boşa dünyada.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin