Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə48/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   44   45   46   47   48   49   50   51   ...   113
29.05.2014, saat 21:35

İlk sevgi
İlk sevginin öz izi,

Ölüncə yaddaşdadır.

Silinməzdir o izlər,

Həm qəlbdə, həm başdadır.



06.08.2014, saat 14:40
* * *

Yanımda olaydın.

Dedim, xanım, günaydın,

Sən yanımda olaydın.

Ətirindən həzz alıb.

Buza dönüb, donaydım.



17.08.2014, saat 19:30

Qəlbimi
Gəl canımı al, apar,

Qəlbimi dibdən qopar.

Apar mənim könlümü,

Könlünü mənə qaytar.



20.08.2014, saat 02:25

Biləydim
Dedim, ay yar, səninlə

Mən görüşə biləydim.

Saf məhəbbət naminə,

Bir öpüşə biləydim.



21.08.2014, saat 23:45

İnsaf eylə
Sabahın xeyir, ay ürək,

İnsaf eylə, səni görək.

Bir busə ver, bircə dəfə,

Qıyma, biz yıxılıb ölək.


Belə dəhşət, xoşum gəldi,

Dodaqların mənə ləldi.

Aşiq oldum sənə, inan,

Sevgimizə ilk təməldi.


Sabir Binnət olub heyran,

Saf qəlbinə qonub, ceyran.

Tutarsa da bu sevdası,

Yazıq, bəlkə, sürə dövran.



22.08.2014, saat 13:10


Oda yaxma
Xumarlanıb elə baxma,

Bu könlümü oda yaxma.

Bəd nəzərlər olsun uzaq,

Ürəyimə nizə taxma.


Hərgah bizə
Fələk, xeyirdirmi, nə istəyirsən?

Hərgah bizə, tez-tez gəlib-gedirsən.

Məqsədin könlümə, bəlli, məlumdur,

Gəlib şirin-şirin söhbət edirsən.


De, qoy Əzrailin aparsın məni,

Unudum kədəri, qəmi, qüssəni.

Bitirsin qəlbimdən gəlib-kecəni,

Sən ki, öz işinə hörmət edirsən.


Sabir Binnət taleyindən kəm-kəsir,

Bitən ömür, qəlbi dünyanı gəzir.

Deyən, vallah, axirətə tələsir,

Əlavə zamandır, möhlət edirsən.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin