Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə50/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   46   47   48   49   50   51   52   53   ...   113
02.10.2014, saat17:55

Dillənsənə
Qurban sənin dillərinə,

Bir sən mənə dillənsənə.

Qulaq asım səslərinə,

Bir səsimə səs versənə.



02.10.2014, saat 17: 35
QALDI
De, mən sənə niyə baxdım?

Əndamında gözüm qaldı.

Bu məqamla döndü taxtım,

Ürəyimdə sözüm qaldı.


Gülüşündən doymaq olmaz,

Nədir belə bu qədər naz.

Busə alan, vallah, doymaz,

Dözməsəm də, dözüm qaldı.


Sabir Binnət dünyasında,

Səmasında, dəryasında.

Sən heç belə duymasan da,

Sənliyində özü qaldı.



11.10.2014, saat 22:00

Sahil olaydım
Sən bir dəniz olaydın,

Mən bir sahil olaydım.

Dalğalanıb, çırpılıb,

Ürəyimə dolaydın.



12.10.2014, saat 00:25
Sevgi
Sevgi azaddır, quş kimi,

Heç kim onu tuta bilməz.

Düz ovçunun tüfəngindən,

Yana qaçıb, uça bilməz.



12.10.2014, saat 20:20

Ünvanladım
Salamlar, ay Gülşən xanım,

Sizə şeir ünvanladım.

Əyri etdim, düz etdim,

Özüm də anlamadım.



13.10.2014, saat15:15

Nə edim?
Nə hə dedin, nə yox dedin,

Bəs bu zaman mən nə edim?

Ürəyimdə sevda yatır,

Baş götürüb ha gedim?



13.10.2014, saat 17:30

Namə atdım
Aşiq olub bir gözələ,

Sevda verib, namə atdım.

Sən demə, ondan əzələ,

Öz könlümə böhtan atdım.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin