30.04.2014, saat 15:53
***
De, kimə lazımdır?
Kimə görə çox dadlı,
Mənə görə fəryadlı,
De, kimə lazımdır ki?
Fəna dünya, bu adlı.
26.02.2014
***
Tumluğundan becərdiyim limon fidanı uzandıqca uzanır.
01.03.2014
Deyil o saç teli
Halım oldu gərgin, içmişəm araq,
Beynimdə yarandı müxtəlif maraq.
İstədim rəm atam bir məhəbbətə,
Deyil o saç teli, daraya daraq.
24.02.2014
GÜNƏŞ
Parla, günəş, həyat sənə səbəb var,
Sən yoxsansa, həyat sənlə məhv olar.
03.05.2014
O gözləri
Çətin deyil o gözləri oxumaq.
Çətin odur şeir, dastan toxumaq.
03.05.2014
Ulduzum
Həyat, dünya qara gəlib dəmimə,
Ulduzum da gəlib minmir gəmimə.
Yan-dolayı gəlib keçir önümdən,
Taleyimin qara gələn qəminə.
04.05.2014, saat 22:23
* * *
Bu kəsik dəstələr qəlbimi üzdü,
Kəsilmiş qəlbləri qəlbimə düzdü.
07.05.2014, saat 22:20
* * *
O divar yıxılmaz dibindən belə,
Olmasa içindən ona bir əməl.
* * *
Təməl də oturmaz doğru yerində.
Min əmma tapılsa bir əməlində.
* * *
Xeyr, düz deməyib Şirvani onu.
Mən iki sənəti xalis bilirəm.
Birisi sevgili olmaqla sevilmək,
Digəri şeirlə şairlik etmək.
Dostları ilə paylaş: |