Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə57/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   53   54   55   56   57   58   59   60   ...   113
16.04.2014, saat: 21-35

***
Sadəlik insani keyfiyyətin ən yüksək də­yə­ridir.



31.10.2014, saat: 00-02

Uşaq olardım
Deyirəm, ay camaat,

Yüz əlli beş yaşım var.

Atam-anam dursaydı,

Yenə uşaq olardım.



29.04.2014, saat 10:15

Deyişmə
Sabir Binnətoğlu:

-Nə çapardım o atı.

Münasib Cəfərov:

-O,hər görənin çapası ata oxşamır, şair.

Sabir Binnətoğlu :

-Hər kimsə o çapan, məndən artiq olam­maz. Çaparam, hələ at belində düşmən canı da alarım..

Münasib Cəfərov:

-Çapmağı örgənmək lazımdır, gərək hələ kursa gedəsiniz.

Sabir Binnətoğlu:

-Mən o kursu Göyçədə keçmişəm. Sizin məndən öyrənməniz lazım­dır.

Münasib Cəfərov:

-Bəlkə də kəndinizdə at olub. Amma ta qə­dimdən, elə bu gün də, bi­zim qapıda atımız var, höcətləşməyin.


Sabir Binnətoğlu :
Höcətsəm də, fərqi yox,

Bu mənə dəyməz bir ox.

Mən ki ona qadirəm,

Cəsarətə qorxu yox.


Münasib Cəfərov :

O at kişnər, sən üşərsən,

Vurar təpik bürüşərsən.

Tutub quyruğun ucundan

Arxasınca sürüşərsən.
Sabir Binnətoğlu :
O atdırsa, bir heyvandır,

Sən bildiyin söylə mənə.

Uçurtduğun bu cahandır,

Sən də onun birisən, hə.


Münasib Cəfərov:
-Sən məsələni uzatma, öz adını başqa­sı­na demə. Şəmkirnən Gəncənin arası çox deyil...

Sabir Binnətoğlu :


Olsun belə, mən hazıram,

Heç də mənə xox gəlmə sən.

Söz dünyası mənim olub,

Şəmkirlisən, bərk getmə sən.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin