Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə53/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   49   50   51   52   53   54   55   56   ...   113
26.11.2014, saat18:00
Deyirəm
Hər hansı qadına yalvararsansa,

Meymuna bənzəri mələyə dönər.

Könlünü bəxş edib, qul olarsansa,

Səni zəif bilib, həm aciz görər.



26.11.2014, saat 19:20

Ürəyimi didirsən
Baş götürüb sən hayana gedirsən?

Getdiyinlə ürəyimi didirsəm.

Səniydin ki, məni duztək yalayan,

Belə nədən oldu, bu dəm demirsən.



27.11.2014, saat 16:45.

* * *
Gözəlliyə bax sən, ey !

Xanım özünüzsünüz?

Bəs hara baxırmış ki,

Bizim bu kor gözümüz?



28.11.2014, saat 23:10
* * *
Hər şey özünün olsun,

Dodaqdakı xal mənim.

Bədən özünün olsun,

Dadındakl bal mənim.



28.11.2014, saat 23:25

Özünsən?
Gözüm kəlləmə çıxdı,

Şəkildəki özünsən?

Belə bir xanım görüb,

Madəm necə dözüm mən?



02.12.2014, saat 17:45

Mələkdir
Gözəl dəyərlidir,

Mələkdir, sanki mələk,

Baxışı duyan adam,

Tərif eyləsin gərək.



* * *

Davay, doqovorimsya,

Ya prilecu k tebya.

Lyubimaya Santa,

Umirayu na tebya.

Səndən başqası
Ömrümə-günümə səni bilirəm,

Partlasın bu dünya, onu neynirəm.

Min gözəl bir yana, səni sevirəm,

Gözəlim, varmı ki, səndən başqası?



05.12.2014, saat 20:50


Baxanda
Ətrindən, rəngindən doymaq olmayır,

Baxanda gözlərim səndən doymayır,

Könlüm tərk etməyə hərgah qoymayır,

Gözlərim qamaşdı sənə baxanda.



05.12.2014, saat 20:25

Həyat gözəllərindir
Ey həyat, gözəllər yetiribsən sən,

Özünü gözəllə bitiribsən sən.

Verib əllərinə öz taleyini,

Ömrünü onlara bəxş eylədin sən.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin