Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə54/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   50   51   52   53   54   55   56   57   ...   113
05.12.2014, saat 20:20
Bəlkə
Tez-tez qıcıqlanıram,

Bəlkə, qeybdən gəlir?

Vidalaşmaq anıram,

Dərd ürəyimi dəlir.



06.12.2014, saat 21:45
***

Özünü siləsən ki,

Məni silə biləsən.

06.12.2014, saat 21:40
***

O mənə su içimi,

Hər kim olursa-olsun.

Verərəm öz cikimi,

Onun kasası dolsun.
***

Qəşəngdir, qəşəng dedim,

Gözəl, səni vəsf edim.

Gözlərinə baxarkən,

Doymayıb, hara gedim?
***
Nə itirmək istəmə,

Nə də kimi çox sevmək.

Yetər ki, həzin-həzin

Sevgi qədrini bilmək.



Güllər içi
Girdim güllər bağçasına,

Güllər içi bircə gülün.

Qəlbim qondu yaxasına,

Qara gəldi qalan günüm.

***

Vseqo xoroşeqo.



Jelayu vam udaçi.

Liçno ostavşeqosya,

Dayte nam peredaçi.

***


Hünər etmək lazımdır,

Zəng eyləyəsən ona.

Eşidərkən səsini,

Qəlbi qəlbinə qona.


***

İlahə Həsənovaya
O baxışın, o canın,

Ürəkləri ağrıdır.

Baxışların canını,

Yeyilməyə çağırır.



22.12.2014, saat20:50
***
Privet, milaya Lena,

Skajite, koqo işem?

Xotite qovorimsya,

Mojet pryomo ya nujen?



Milyon dəfə
Ən eybəcər qadının,

Məmələri ən gözəl.

Qadının üzlərindən.

Milyon dəfə gözəldir.



23.12.2014, saat 19: 10


Şairə tərif
Şairin bir qəlbi var,

Şair bir qəlbli olar.

Şair öz qəlbi ilə,

Könülləri dolanar.



25.12.2014, saat 17:20
***
Şəklinizə baxdıqca,

Yandım, ay Nigar xanım.

Bu ağlımı çaşdırdı,

Yeməli dodaqların.



28.12.2014, saat 03:10
***

Xoşum gəldi dodaqlardan,

Dadlı olar bal-qaymaqdan.

Sabir Binnət doymaz belə,

Alma kimi yanaqlardan.

29.12.2014, saat 22:50
Ay qız, gəl
Ay qız, ay qız, gəl yanıma,

Qadan-bəlan bu canıma.

Sənsiz ömrüm nəyə gərək,

And olsun öz vicdanıma.



25.12.2014, saat 17:45.

***


İstədim vəsf eyləyəm gözəlliyi,

Dedim, ucuz tutaram mənəmliyi.

***

Baxışlar nəyi deyir, mən duyuram,



Baxarkən baxışlara mən uyyuram.

***
Это уже не честно,

Я горячий кровно.

Не люблю так холодность,

Не получится ровно.

01.01.2014, время 21: 55
***
Məhəbbət mərkəzi doğma vətəndir,

Olmasa vətənin, sevgi yalandır.



10.01.2015, saat 17:10

***


Baxışların
Könlümdə sevgi oyadan,

Xal dolusu naxışların.

Gözəl, qəlbimi yandıran,

Oğrun-oğrun baxışların.


Deyir, qəlbimə gəl mənim,

Gəl, sən ol mənim həmdəmim.

Sənlə olsun bütün dəmim,

Ötər yorğun baxışların.


Sabir Binnət o qəmdədir,

Könül versən, səninlədir

Sən yar olsan, dəminlədir,

Deyər, yorğun baxışların.



28.12.2014, saat 19:10

GÖZƏLİ
Gözəl görüb gözlərim,

Tükənib səbirlərim.

Çəmənlikdən gül kimi,

İstərəm özüm dərim.


20.11.2014, saat19:20
Kişilər
Xeyli köhnə zamanlar,

Mənəm deyən kişilər.

İki, üç, dörd arvadlı,

Mənəm ki, deyərdilər.


Hanı onlar, hardadır?

Əsl kişi dardadır.

Hünər indi vardadır,

Əyilib nər kişilər.


Sabir Binnət, əsəri,

Gəl bitir müxtəsəri.

Sözünü de kəsəri,

Hanı o ər kişilər?



17.04.2014, saaat 15:30


Yoxdur dünyada
Qənirsiz bir gözəl gördüm ay aman,

Səmirsiz qəlbimi böldüm ay aman.

Dəmirsiz-dəmirə döndüm ay aman,

Vallah o gözəldən, yoxdur dünyada.


18.08.2014, saat17:05.
Bu cahanda
Deyərdin, kaş sənin olum,

Bu həyatda, bu cahanda.

Canım olsun canın üstə,

İstər səmit, istər yanda.


Özün bir vaxt oldun mail,

Gəl əqlimi etmə zail.

Olacağıq əhdə nail,

Hər bir zaman, hər bir anda.


Gözəl, gəl bir hə de mənə,

Heyran oldum həm dəminə.

Sabir Binnət aşiq sənə,

Baxacaqlar bu cahanda.



02.12.2013, saat 02:41

Əlindəcə

Bu rəssamın, fırcası mən olaydım,

Əlindəcə quruyaydım, donaydım.

Hərgah könlü istəsəydi o zaman,

Sinəsinə kəpənəktək qonaydım.
08.07.2014. saat 01:38


Yar ücün
Könül oxşar, göz baxar.

Yandırıb oda yaxar.

Bir alagöz yar ücün,

Ürək ildırım caxar.



Yanımda olaydın
Dedim xanım, günaydın,

Sən yanımda olaydın.

Ətirindən həzz alıb.

Buza dönüb,donaydım.



17.08.2014, saat19:30


Yenə bax
Dözübsə bir ömür bu cür pəstaha,

Yenə bax, yenə gör, yenə bir daha.

Hec nəyi taledən, sən tutma baha,

İkinci ömrə bax unutmaq ücün.


21.11.2014, saat 20:40
Sən istəyəni
Desəm, bitməyəcək, ay Solmaz xanım,

Boşalmış ürəyim qalıbdı dolu.

Mən də istəmişdim sən istəyəni,

Təəssüf, gəlmədi, uzandı yolu.



15.12.2014, saat 19:10





MƏNTİQLİ VƏ HİKMƏTLİ DEYİMLƏR


Mən xəstəyəm, haqq-ədalət xəstəsi,

Ədalətə haqq, dəlalət xəstəsi.

Əməlimlə doğru-dürüst məshəbin

Xəstəsiyəm, haqq-qiyamət xəstəsi.



15.04.2014, saat 23:15

***


Min sözə bir sözü demək istədim,

Bir sözü min sözə bölmək istədim.

Alınmaz min kərə söz deməyimdən,

Min sözü bir sözə kömək istədim.



15.04.2014, saat 00:02

***


Dürüstlük odur ki, səhvə yanasan.

Saflıq odur ki, yalan satmayasan.

Halal odur ki, haram qatmayasan.

İnsanlıq odur ki, təmiz qalasan.



13.04.2104, saat 00:40

Dinə saxtaçılıq
Görürsən, hicablı, başı çərşablı,

Bəzəyi-düzəyi əcəb maraqlı.

Olubmu o dövr belə ədalar?

Peyğəmbər Adəmin dövrü zamanı.



17.04.2014, saat 15:04

Atadan xeyir görməyən,

Allahdan o, xeyir görməz.

Ata dadına
Atasına kəm baxan bir övladın,

Heç bir işi bu dünyada düz aşmaz.

Dadsa da həyatın ən şirin dadın,

Tək ata dadına o dad heç çatmaz.



29.05.2013

Baxaq, camaat
Bu an şairliyin də növləri varıymış.

Baxaq, bu camaat hara, necə baxarmış?

Bəziləri bir üzü yaltaq şairləri,

Bəziləri sözü düz olan şairləri,

Bəziləri də fitnələrə yarıyırmış.

18.04.2014, saat 11:49

Hər adam
Hamı adam cilddə olur,

Hər adam insan olamaz.

Elə-belə canlı olur,

İnsanlığa o yaramaz.



20.04.2014

Sözü üzümə desin
Təmiz qadın, təmiz kişi odur ki,

Sözü varsa, sözü üzümə desin.

Çalxalanıb, ümumi söz atmaqdan,

Üzü varsa, sözü düzünə desin.


Odur doğru, odur dürüst, o adam,

Alnıaçıq yaradıbdır Yaradan.

Pislik edib, qoy olmasın o nadan,

Sözü varsa, sözü üzümə desin.


Düz şairə paxıllığın adı nə,

Qurdlu-qurdlu yazıların dadı nə,

Onu duyan hər kimsənin yadı nə?

Özü varsa, sözü üzümə desin.


Sabir Binnət sözü deyər aşkara,

Dedi-qodu salıb onu zinhara.

Millət, vallah, qeybət hara, mən hara,

Sözü varsa, sözü üzümə desin.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin