Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə51/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   47   48   49   50   51   52   53   54   ...   113
13.10.2014, saat 18:10

Yarın qoynuna
İlahi, ya məni sən öldür qurtar,

Yada ki, o yarın qoynuna apar.

Kam alıb doymasam hüsni-camaldan,

Məni öz yerimə, torpağa qaytar.



13.10.2014, saat 21:10

Baxarıq
Deyirəm bir az yatım,

Sonrasına baxarıq.

Kimlər nəyi söyləsə,

Axtarıb arayarıq.



16.10.2014, saat 20:35

YAZIŞMA
Validə Vəliyeva:

-Mirzə Sabir, nəyin varsa, de gəlsin,

Facebook da şeriyyətlə bəzənsin....

Sabir Binnətoglu:

-Əla, halaldı, ay Validə xanım,

Əyri desəm, ərisin yanan canım.

Siz ki, vallah, məndən gözəl dediniz,

Cuşa gəlir yavaş-yavaş əhvalım.



13.10.2014, saat 23:10
* * *

Könülü kim bu hala salmışdır?

Çox-çox qəddarcasına baxışdır.

Heyf o cürə badamı gözlərə,

Bal dodaq, alma yanaq üzlərə.

Fəridə Əliyevanın salamına cavab
Gözəl Fəridə xanım,

Əleykümə salamlar.

Bu dost olmağımıza

Təşəkkürlərimiz var.


Sevirəm deməyimə
Vallah, daha diksindim,

Sevirəm deməyimə.

İndi heyifim gəlir,

Özümü əyməyimə.


Sevgi tamam yox imiş,

Millət əyri, tox imiş.

Saxta sevgi çox imiş,

Dəyməzmiş sevməyimə.


Sabir Binnətdir adım,

Sevgidən heç doymadım.

Eşqi yerə qoymadım,

Çox heyif əməyimə.



15.10.2014, saat 22:00

Dodaqlar
Əvəzi də olmayan.

Ax dodaqlar, dodaqlar.

Dünyada duyulmayan.

Bircə sizdə o dad var.


Bir az utancaqlı olması üçün əvvəlcədən üzr istəyirəm. Bu, bir həqiqət məzmunudur.

05.05.2014, saat 18:55

Bir gözəllə
Gözəl gördüm, gözüm düşdü gözələ,

Dedim, gözəl, gəl könlümü təzələ.

Dedi, sən get, zavallı yetim-yesir,

Başım yoxdu gedə şerə-qəzələ.


Dedim, xanım, bağrımı qan eyləmə,

Səni gördüm, qan sıçradı beynimə.

Dedi, sən get, səfeh-səfeh söyləmə,

Səni sevmək gəlməyir heç eynimə.


Dedim, Sabir Binnətəm, eşq yolunda,

Doymaram nazlı sənəm qoynunda.

Dedi, mən vərdişəm öz kefim ilə,

Dözmərəm bir sadiq sevda oynunda.




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin