07.05.2014, saat 22:05
Ey həyat
Dağılıb-talanır dünyanın üzü,
Qananlar səhv salır əyrini, düzü.
Nadanlar qatlayır milyonu, yüzü,
Bilirsənmi nə gündəsən, ey həyat?
18.02.2014
* * *
Çox baxma üzünə, xeyiri yoxdur,
Ümidə baxmağın cəfası çoxdur.
10.05.2014, saat 00:25
* * *
Lətafətli suyun da lilli palçığı, ərpi var.
Hər kəlmənin bir-birindən işlək yerdə fərqi var.
11.05.2014, saat 21:50
* * *
Bostandan uzaqda gülcü gəzəmməz.
Gəzsə də, o gülçü gülü dərəmməz.
* * *
O əsəri mənəm sizə yaratdım,
Növbəti istəyən canımdan alsın.
07.05.2014, saat 19:30
Baş açmıram
Baş açmıram bu dünyanın kələyindən,
Baş açmıram bu dünyanın fələyindən.
Görən, bu dəm hankı yana gəlib keçir?
Zəmanənin süzgəc tutan ələyindən.
Dostları ilə paylaş: |