Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə45/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   41   42   43   44   45   46   47   48   ...   113
28.07.2012, sааt 10:30


Eybəcərin biriyəm
Mən heç gözəl deyiləm,

Eybəcərin biriyəm.

Kimin gözü gözəldir,

O gözlərdən biriyəm.



05.07.2014, saat 19:20


Laləni
Göz oxşayır təbiətdən laləni,

Üzsən onu, çəkəcək ah-naləni.

Olaydı tək öz əlində o çiçək,

Könül təkcə görəydi o Laləni.



05.07.2014, saat 19:15
* * *

Düz-yamacı gəzər lalə,

Sinələri bəzər lalə.

Könülləri sevindirib,

Qəlbə sevgi düzər LALƏ.

05.07.2014, saat 19:40
* * *

Lalə geniş qəlbi tutar,

Özü qəlbdir, qəlbə vüqar.

Min bir könül yerləşsə də,

Sevən könül onun olar.

05.07.2014, saat 19:54.


Bu gülləri
Oldu, xanım, minnətdaram.

Çox sevirəm bu gülləri.

Rəmzi tutur məhəbbətin,

Ancaq bu növ, bu rəngləri.



07.07.2014, saat 01:30

Nə edərdim
Xəncər düşməz yalvarmaqla,

Sən olmasan nə edərdim.

Çiçək taxıb yanaqlara,

Dodağından ətir dərdim.


Gözlərim heyran özüdür,

Gözləri ceyran gözüdür.

Gəlişi könlüm düzüdür,

Dilbər, sənsiz nə edərdim.


Axır ki, sənin özünsən,

Sabir Binnəti üzürsən.

De, bəs necə sən dözürsən,

Sənsiz de, mən nə edərdim?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin