02.06.2014, saat 21:55
İnan, vermərəm
Gözümü dibindən oyub verərəm,
Yad ələ mən səni inan, vermərəm.
Qəlbimdə qəlbinin dərya diyarı,
Başqa birisini, inan, neynərəm?
15.04.2014
Bir günlük
Ömrümün sonuna görməsəm yenə,
Bir günlük xatirə bəs etdi mənə.
Hər necə duysan da, könül sənindir,
Qıymadın meyl edə sənli qəlbimə.
14.06.2014, saat 23:45
Heç duymadım
Ağlım caşdı bir çiçəyin ətrinə,
Heç duymadım, tezcə dəyər xətrimə.
Fikirləşdim, mən də onu yazaydım,
Ürəyimin bir məhəbbət sətrinə.
27.02.2014
Dedi ki,…
Dedim, ey könül, gəl mənimlə gedək,
Dedi ki, bu zaman bilmirəm hara.
Dedim, o dünyanı birgə seyr edək,
Dedi, mən getmirəm, özün get ora.
Deyin, mən kimlərə etibar edim?
Necə bu dünyadan mən rahat gedim?
Sirr bilən könlümə dərdimi dedim,
Mənə söylədi ki, bilmirəm hara?
Təzə dərd yüklədim köhnə dərd üstə,
Eşqinə səmimi olan dərd üstə,
Sabir Binnət qurub sevda qəlb üstə,
Öz qəlbim dedi ki, özün get ora.
Dostları ilə paylaş: |