09.04.2014, saat 10:20
Aybəniz Əliyarın şəklinə baxdım,...
Könül bağla iyisinə,
Tənha qalma, min bir sinə.
Qəlbini ver dürüst adlı,
Kişi olan birisinə.
14.02.2014
Deyiləm
Mənə naz edən gözəl,
Dedi, sənlik deyiləm.
Get, özünə yar axtar,
Pulpərəstə meyiləm.
Sən lütün birisisən,
Ölünün dirisisən.
Bicliyi bilməyirsən,
Ac-gicə yar deyiləm.
Səndən xərclik istərəm,
Xərcsiz səni neynərəm.
Şeir, sənət bilmərəm,
Hələ dəli deyiləm.
Boş-boş çənə çalırsan,
Sabir Binnət, yazırsan.
De, sən nəyi qanırsan?
Elə sənlik deyiləm.
16.05.2014, saat 20:50
Bu gözələ
Bax, bu gözələ nə deyək?
Könlümüzü ona verək.
14.02.2014
Diriikən
Kim alacaq məni məndən, biləydim,
Diriikən o günümü görəydim.
Dürüst sevgi, saf məhəbbət yolunda
Razı qalıb, dərhal bu gün öləydim.
23.04.2014, saat 15:55
Tutub qəlbə
Qaçar, qaçıb tutarıq,
Tutub, qəlbə yaxarıq.
Yad kimsənin əlinə,
Düşməyə buraxmarıq.
Gözəldir
Baxıram gözəllərə,
Bir-birindən gözəldir.
Könlünü hansı versə,
O, onlardan əzəldir.
15.05.2014, saat 19:40
Gec deyil hələ
Onsuz da sən məni tanıyacaqsan.
Getsə də vaxtımız hədər bir yerə.
Demə ki, məhəbbət cəfası çəkmək
Uçarmış havaya, gedərmiş yelə
Könlümü bir daha sınayacaqsan,
Günahkar biləcəksən belə.
Sonunda özünü qınayacaqsan,
Əlimi çəkəndə o siyah telə.
Sabirəm, ürəyim ipək, qumaşdır,
Səninsə ürəyin kəsəkdir, daşdır.
Gözə bəzək verən kiprikdir, qaşdır,
Geri dön bəxtinə,gec deyil hələ.
07.02.2014
Sevda atdım
Sevda atdım bir marala,
Qaldım yalvara-yalvara.
Dedi, şair, sən kasıbsan,
Bax sən hara, de, mən hara?
15.05.2014 19:30
Sənlə alışam
İstədim bir azcıq sənlə danışam,
O sənli gecəni sənlə alışam.
Baxdım dörd bir yana, dörd divar ilə
Tək mənim özüməm, təkcə qalmışam.
Dostları ilə paylaş: |