Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə74/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   70   71   72   73   74   75   76   77   ...   113
15.03.2014
Olub hədər
İçim yanır dünya qədər,

Sevinc hər dəm olur kədər.

Demə bu gün, bu çağacan,

Dünyam mənim olub hədər.


Bir sevincim olmadı dəm,

Ya da ki zil, ya da ki bəm.

Bundan sonra parlaq günü,

İşıq saçsa, neyləyirəm.


Heç gülmədi bəxtim belə,

Sevinmədim, axdım selə.

O dünyada sevinərsən,

Sabir Binnət, tezdir hələ.



23.06.2013.

Kimin qızıdır?
Vid-fasonu nə gündədir,

Bu, görən kimin qızıdır?

Əndam, libas tən bərabər,

Hamısı qıpqırmızıdır.


Bu dəbdirmi, yoxsa nədir?

Çılpaq geyim dəmdəmədir.

Lümbəlütlər zümzümədir,

Bu gələn kimin qızıdır?


Bir eynəyi var başında,

Bir eynəyi göz-qaşında.

Həddi-büluq yaşamında,

Bu gələn kimin qızıdır?


Sabir Binnət dərd çəkməsin,

Qəlbinə heç dağ əkməsin.

Millətin dərdini kim çəksin?

Bu görən kimin qızıdır?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin