27.04.2014, saat 17:15
Qərarsızam
Bir yerdə dayanıb, əyləşəmmirəm,
Hökmünə zamanın birləşəmmirəm.
Üzülüb taqətim, əyilir belim,
Tapdalanır haqqım, dikləşəmmirəm.
12.04.2014, saat 18: 30
QALIB
Yazammıram, qələmim də korlanıb,
Görəmmirəm, gözlərimi tor alıb.
Eşitmirəm, bezdim saxta vədlərdən,
Saqqız sözdən qulaqlarım kar qalıb.
Dövr-zaman vüsətindən var alar,
Hicran gözlər həsrətindən bar alar.
Vüsalına yetişməyən zar alar,
Düz həqiqət, saf məhəbbət yan qalıb.
Zəmanəni sevən Zaman aldanır,
Sabir Binnət zaman oduna yanır.
Sinəsində "Vətən", "millət" odlanır,
Təmiz vicdan, doğru şəfqət yan qalıb.
Dostları ilə paylaş: |