12.09.2014, saat 20:40
Mənə şair deməyin
Düşür hərdən, bir züm-zümə edirəm,
Xəyalımla o dünyaya gedirəm.
Ədalətdən ətir, çiçək dərirəm,
Bu dünyada mənə şair deməyin.
İndi, vallah, çox şairlər yaranıb,
Kəlmə düzmək uc-ucuna yol alıb,
Heç bilirmi şair bəs nədən yanıb?
Bu cahanda mənə şair deməyin.
Sabir Binnət, şeir kökdə yarandı,
Anlamsıza yalan olub hər andı.
Söz qanmazlar onu yabançı sandı,
Bu zamanda mənə şair deməyin.
22.02.2014
Sözləri olar qalan
Mənim yazılarımda,
Olmayıb zərrə yalan.
İstəyirsən əyri tut,
İstəyirsən də inan.
Tale bir ömür verər,
Alınsa olmaz hədər
Alınmasa vay-qəhər,
Sökülüb olur talan.
Dünya belə gəlibdir,
Belə də gedəcəkdir.
Nəyi istəsə belə,
Elə də edəcəkdir.
Zaman qəlbə hökm edər,
Sabir Binnət də gedər.
Ömür də bitər hədər,
Sözləri olar qalan.
01.06.2014, saa 23:40
* * *
Mənim kimi qəmgin baxır həyata,
İnanmıram gecəni qəmsiz yata.
Gün üzündən yoxdur ona bir əhval,
Taleyini tutub bir qəmli xəta.
Dostları ilə paylaş: |