Kür çökəkliyi göl sistemlərinin formalaşma Xüsusiyyətləri və onların ekohidroloji



Yüklə 1,22 Mb.
səhifə14/16
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#109396
1   ...   8   9   10   11   12   13   14   15   16
3.4.şəkil.4





3.4.şəkil5

İlk öncə 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyinin təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilmiş, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılmışdır. 2003-cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğununsahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar siyahısı"na daxil edilib.Həmçinin, Ağ Göl Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na və quşların məskunlaşması ilə bağlı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilib .Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Milli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır. Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin