Kür çökəkliyi göl sistemlərinin formalaşma Xüsusiyyətləri və onların ekohidroloji



Yüklə 1,22 Mb.
səhifə5/16
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#109396
1   2   3   4   5   6   7   8   9   ...   16
Problemləri. Vilayətdə quraqlıq olduğundan ərazi suvarılır. Nəticədə qrunt sularının səviyyəsi yüksəlir və şoranlıqlar yaranır. Torpaqları yumaq və kollektor-drenaj şəbəkəsi çəkməklə bu şoranlıqlara qarşı mübarizə aparılır.
Kür vilayətində 6 fiziki-coğrafi rayonlar vardır:
1. Küdrü Şirvan. 
2. Qazax-Qarabağ. 
3. Arazboyu.
4. Mərkəzi Aran. 
5. Qanıx-Əyriçay. Rayonda gətirmə konusları yayılıb. Yeraltı sularla zəngindir. Düzən meşələri inkişaf edib
6. Acınohur-Ceyrançöl. Rayonda arid-denudasion relyef yayılıb. Neft-qazla zəngindir. Çayları palçıqlı-sellidir. Rayonda Eldar şamı, Ardıc və Saqqız ağaclarının qorunduğu Ellər oyuğu və Türyançay qoruqları yerləşib.
Vilayətin Mərkəzi Aran və Arazboyu rayonları Iranla; Qazax Qarabağ rayonu Ermənistanla; Qanıx-Əyriçay, Acınohur-Ceyrançöl rayonları Gürcüstanla həmsərhəddir. 

Fəsil.1.Kür çökəkliyi hövzəsinin təbii şəraiti və ekocoğrafi xüsusiyyətləriv.
1.1.Kür çökəkliyinin geoloji qurluşu

Kür çökməsi –Kür meqasinkilnoriumu Zaqafqaziya depressiya zonasının ən böyük struktur elementi olmaqla yanaşı , Alp-Himalay orogen qurşağının Qafqaz-Asiya bölməsində ən böyük dağ arası əyilmə sahəsidir.Kür depressiyasının geoloji inkişaf tarixinin və tektonikasının öyrənilməsində azərbaycan geoloqlarından V.Y.Xainin , A.N.Şardanovun, M.H.Ağabəyovun , Ə.V. Məmmədovun, Gürcüstanın məşhur geoloqlarından A.N.Canelidzenin , D.A.Buleyşvilinin və b., Rusiya geoloqlarından N.B.Vasoyeviçin , V.P.Markeviçin və başqalarının əməyi xüsusi qeyd edilməlidir. Kür dağarası əyilməsi qərbdə suram massivi ilə sərhədlənir, şərqdə isə o cənubi Xəzər əyilməsinə qovuşur. Bu böyük dağ arası əyilmə zonası mürəkkəb struktura malikdir. Onun böyük və kiçik Qafqaz qalxmaları ilə sərhədi hər yerdə aydın struktur hüdudlara uyğun gəlmir.


Əyilmə sahəsində müxtəlif mənşəli və tərkibli çox qalın Kaynazoy çöküntüləri toplanmışdır. Kür dağarası əyilməsi öz struktur xüsusiyyətlərinə görə bir-birindən fərqlənən üç ikinci dərəcəli əyilmə sahəsinə-Yuxarı Kür, Orta Kür və Aşağı Kür çökmələrinə bölünür.
Yuxarı Kür çökməsi Suram massivindən Araqvi dərəsinə qədər sahəni əhatə etməklə, bütövlüklə qonşu Gürcüstan Respublikası ərazisində yerləşir. Aşağı Araqvi dərəsindən Girdimançay dərəsinə qədər Orta Kür çökməsi , buradan şərqdə isə Aşağı Kür əyiməsi uzanır.
Orta Kür çökməsi bu göstərilən hissələrdən ən mürəkkəbidir. Qərbdə bu əyilmə sahəsinə Tirialet qalxması, Kaxetya antiklinoriumu gömülür və Orta Kür əyilməsinin strukturunu xeyli mürəkkəbləşdirir. Bununla yanaşı Pliosenin sonu və Peystosendə Orta Kür əyilmə ərazisində intensiv qırışıqlıq hərəkətləri baş verir və yaranmaqda olan strukturların uzanması istiqamətinə uyğun qırırlmalar əmələ gəlir. Orta Kür əyilməsinin əsas struktur elementləri qanıx-Əyriçay sinklinoriumu , Kaxetya- Acınohur qırışıqlıq zonası , Çatma antiklinoriumu , Ceyrançöl sinklinoriumu , Kiçik Qafqaz ətəyi əyilmə , Aşağı Araz yanı əyilmə və Yevlax-Ağcabədi əyilməsindən ibarətdir.
Qanıx-Əyriçay sinklinoriumu Pilosen – Pleystosen çöküntülərinin strukturuna görə tipik tabağa oxşar sinklinar strukturdur. Bu struktur qərbdən- şərqə Kaxetya dağlarından Girdimançaya qədər 350 km uzanır.Sinklinoriumun maksimal eni 30-35 km-ə çatır. Qanıx- əyriçay əyilməsində toplanmış, əsasən kontinental mənşəli poliosen-pleystosen çöküntüləri qatları mezazoyun və paliogenin intensiv qırışıqlıqda yığılmış və tektonik örtüklər əmələ gətirən çöküntüləri üzərində uyğunsuz yatır. Bu, intensiv qırışıqlıq komplekslə sadə qruluşlu pliosen-pleystosen çöküntü kompleksi strukturu disharmoniya əmələ gətirir. Qanıx-Əyriçay sinklinoriumunun cənub sərhədi tektonik sərhəd sayılır, şimal sərhəd isə sanki “inqresiyon” xarakter daşıyır. Bu sərhəd Baş Qafqaz meqantiklinoriumunun cənub qanadı strukturlarının neogen- dördüncü dövürdə qeyri-bərabər tektonik hərəkətlərə məruz qalması şəraitində təşəkkül tapmışdır.
Acınohur qrışıqlıq sahəsi Qanıx-Əyriçay sinklinoriumu ilə Kür əyilmə zonası arasında yerləşir. Bu zonada , əsas iki antiklinar qalxma onların arasında yerləşən bir geniş sinklinal əyilmə zonası mövcuddur. Antiklinal zonalar Acınohurun şimal kənarı boyu ümumi Qafqaz istiqamətində uzanan Daşüz-Əmirvan və cənub kənarı ilə uzanan Xocaşen- Göyçay qalxmalarından ibarətdir. Hər iki zonada uzununa qırılmalarla müşayət olunan bir sıra antiklinar srukturlar ayrılır. Bu qırılmalar boyu antiklinar strukturların şimal qanadı cənub qanadı üzərinə aşmış və beləliklə kəskin assimetrik qruluşda strukturlar əmələ gəlmişdir. Göstərilən antiklinar zonalar arsında geniş daxili sinkilinal zona uzanır. Bu zona bir-birinin davamında yerləşən Acınohur, Ərəş, İvanovka sinklinallarından əmələ gəlmişdir. Zona daxilində yerləşən qısa antiklinar strukturlar bir qədər onun strukturunu mürəkkəbləşdirir. Acınohur tektonik zonası ən cavan qrışıq strukturları ilə seçilir. Girdiman çayın aşağı axınında pleystosendə əmələ gəlmiş Qaraməryəm qırışığı bunlardan ən cavanıdır.
Ceyrançöl qrışıqlıq zonası Orta Kür əyilməsinin mühüm steruktur elementlərindən biridir. Burada , əsasən oliqosen və miosen dəniz çöküntülərindən ibarət olan Çatma antiklinoriumu və miosen-pliosen çöküntülərindən yaranmış Ceyrançöl sinklinoriumu yerləşir. Hər iki tektonik zonanin strukturları uzununa tektonik qrılmalarla pozulmuş və burada tipik tektonik üstəgəlmələr, Ağtaxta təpə antiklinar sahəsində isə peystosen yaşlı tektonik örtük əmələ gəlmişdir. Elə buna görədə bütün Ceyrançöl qrışıqlığı sahəsinin strukturları kəskin assimmetrik qurluşdadır.
Çatma antiklinoriumu Qabrrı çayının sağ sahili ilə yaylacıqdan Eldar ovuğu antiklinarına qədər uzanır və onun şərqdə davamı Xocaşen qalxmasına keçir. Buna görədə , bu struktur zonanı V.Y.Xain və A.N. Şardanov Çatma –Göyçay sinklinoriumu adlandırmışlar.
Ceyrançöl sinklinoriumunda şimaldan cənuba Kür çayının dərin və geniş dərəsi istiqamətində strukturların və onları təşkil edən çöküntülərin yaşı cavanlaşır. Kür antiklinarı və ondan şimalda yerləşən Quyruqençi antiklinar zonalarında Ağcagil və Abşeron çöküntülərindən qədim çöküntülərə rast gəlmək mümkün deyil. Belə bir hal Acınohur qrışıqlığı sahəsində də müşahidə edilir və hər iki qrışıqlıq sahəsində , yəni istər Acınohurda, istərsədə Ceyrançöldə qərbdən şərqə getdikcədə strukturların və onları təşkil edən çöküntülərin cavanlaşmasını görürük. Orta Kür əyilməsinin geniş cənub- şərq hissəsi olduqca zəif tektonik diferensasiyaya uğramış müasir dövürdədə davam edən əyilmə sahəsidir. Bu əyilmə sahəsi şimalda Xocaşen-Göyçay antikilinal zonasından böyük amplitudlu üstəgəlmə ilə ayrılır, cənub –qərbdə tədricən Kiçik Qafqaz ətəyi əyilməyə qovuşur, şərqdə isə kristallik bünövrənin güman edilən, lakin hələlik dərin Saatlı quyusunun belə aşkar etmədiyi Kürdəmir- Saatlı qalxması ilə sərhədlənir. Burada yerləşən Yevlax- Ağcabədi və Mingəçevir- Ucar zonalarında əyilmə daha intensiv olmuşdur. Seyismik və geofiziki tədqiqatlarla kristallik bünövrənin qrılmalarla ayrı-ayrı tektonik qaymalara bölünməsi güman edilir . Əyilməni dolduran kaynazoy çöküntü örtüyü qatları olduqca zəif qırışıqlığa məruz qamışdır. Lakin ayrı-ayrı tədqiqat üsulları ilə ərazidə bir sıra gömülmüş strukturlar müəyyən edilmişdir.
Aşağı Kür əyilməsi Kürdəmir qalxasından şərqdə yerləşir. Əvvəlki tektonik sahədən fərqli olaraq , burada bir sıra sinklinal və antiklinal zonalar yerləşir. Bundan əlavə, bu ərazi palçıq vulkanları ilə Rion-Kür depresiyasının qalan sahələrindən fərqlənir .Aşağı Kür əyilməsi əsasən neogenin dəniz çöküntüləri ilə dolmuşdur. Yuxarı pliosen və peystosen çöküntü kompleksini qalınlığı Acınohur və Ceyrançöldə 1000-2000 m , Orta Kür əyilməsinin cənub şərqində 1000-4000 m arasında, Xəzərin şelf zonasından şərqdə 3000-6000 m arsındadır. Bu istiqamətdədə struktur diferensasiya və strukturların istiqaməti dəyişir . Aşağı Kür əyilməsi və Cənub- Şərqi Şirvanın antiklinal və sinklinal zonaları eləcədə şelfdəki strukturların böyük əksəriyyəti Ümum Qafqaz istiqamətindən xeyli cənuba meyl edir və şimal, şimali- qərb, cənub , cənub –şərq istiqamətində uzanır. Cənub Xəzər əyilməsinin dibində və şərq qanadında isə strukturlar əsasən cənub- qərb , şimal –şərq , qərb, şərq, şimal , cənub istiqamətlidir.
Kiçik Qafqaz ətəyi əyilmə zonası Orta Kür əyilməsi ilə Kiçik Qafqaz meqantiklinoriumu arasında sanki keçid təşkil edir. Bu zona Orta Kür əyilməsindən fleksur ilə , Kiçik Qafqaz qalxmasından qərbdə bastırılmış dərinliyin qalması üzrə, cənub- şərqdə isə əsasən pliostesen və mezazoy çöküntülərinin təması boyu ayrılır. Kiçik Qafqaz ətəyi əyilmədə çöküntü örtüyünün qalınlığı 600-800m –dən artıq deyil . Dağ ətəyi zonada kaynazoy çöküntülərinin qalınlığı , Dəliməmmədli , Qazanbulaq, Naftalan sahələrini çıxmaq şərti ilə yuxarıda göstərilən rəqəmlərdən artıq deyil. Əksər sahələrdə mezazoy çöküntüləri üzərində bir başa yuxarı pliosenin və eopleystosenin dəniz və kontinental çöküntüləri , yaxud pliostesinin qaba çöküntü örtüyü yatır. Burada bir sıra gömülmüş antiklinal strukturların olması müəyyən edilmişdir. Kiçik Qafqaz ətəyi əyilmə zonası cənubda olan perpendikulyar istiqamətdə uzanan və qərbdən – şərqə açılaraq Kür çökməsinə qovuşan Aşağı Araz əyilməsinə qovuşur.
Kür-Araz ovalığı dağ arasında neft və su axtarışı məqsədi ilə qazılan quyularda bu çöküntülər ovalığın müxtəlif sahələrində aşkar edilmişdir.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin