Kür dağarasi çÖKƏKLİYİNİn geologiyasi



Yüklə 15,41 Kb.
tarix22.06.2022
ölçüsü15,41 Kb.
#117142
KÜR DAĞARASI ÇÖKƏKLİYİNİN GEOLOGİYASI


KÜR DAĞARASI ÇÖKƏKLİYİNİN GEOLOGİYASI
Kür dağarası çökəkliyi alp qırışıqlıq qurşağının Qafqaz seqmekntinin daxili çökəkliklər sisteminə daxildir. O Rion çökəkliyilə birgə Qafqazın mərkəzi strukturlarından olub, Böyük və Kiçik Qafqaz qırışıqlıq qurşaqlarının arasında yerləşir. Şimal-qərbdə Cirul kristallik özülü ilə qapanır və onu Rion çökəkliyindən ayıraraq, Qara dəniz istiqamətində gömülür.
Kür dağarası çökəkliyi Orta və Aşağı Kür seqmetlərilə təmsil olunmuşdur və Talış-Vəndam basdırılmış meridional qalxması ilə ayrılmışdır. Şərqdə Kür çökəkliyi dərinləşərək Xəzər dənizinə keçir. Çökəkliyin əsas hissəsi düzənlik olub müasir allüvial-prolyvial, göl çöküntüləri ilə örtülmüşdür. Ona görə də onun geoloci quruluşu ancaq dərinlik quyularının və geofiziki işlərin nəticəsində müəyyən edilmişdir. Kür çökəkliyinin şimal sərhədi Qanıx-Ələt qırılması boyu keçir və cənubda Qafqazönü və Talışqabağı qırılmalarla sərhədlənir.
Orta Kür çökəkliyi şimaldan cənuba doğru aşağıdakı struktur zonalara bölünür:

  1. Oliqosen-dördüncü dövr yaşlı molasslardan təşkil olunmuş Çatma-Acnour zonası;

  2. Orta Kür çökəkliyinin qərbində yerləşən və üst pliosen-dördüncü dövr, bəzən miosen çöküntülərindən ibarət Ceyrançöl zonası;

  3. Kiçik Qafqazın şimal-şərq qanadına cavab verən və mezozoy yaşlı vulkanogen-çökmə və paleogen-dördünjü dövr yaşlı molass formasiyalarından ibarət Kiçik Qafqaz yanı zona;

  4. Mezozoy, paleogen, qismən isə miosen qalxmaları ilə mürəkkəbləşən, üstündə yuyulma ilə pliosen-dördüncü dövr çöküntülərilə örtülən dərin çökəkliyə cavab verən Yevlax-Ağcabədi zonası.

  5. Orta kür çökəkliyinin şərq yamacına cavab verən və Yevlax-Ağcabədi çökəkliyindən basdırılmış İmişli-Göyçay qırılması ilə ayrılan Kürdəmir-Saatlı submeridional mezozoy qalxması.



Aşağı Kür çökəkliyi Orta Kür çökəkliyindən Qərbi Xəzər qırılması ilə ayrılmışdır. Onun hüdudlarında mezo-kaynozoy çöküntülərinin qalınlığı Xəzər sahillərinə doğru artır və 16-20 km-ə çatır və onun yarısı əsasən pliosen-dördüncü dövrün payına düşür. Bu zona şərqdə Ələt-Qızılağac submeridional qırılma ilə cənubi Xəzərin qərb strukturları ilə, cənub-qərbdə Talışqabağı qırılma ilə Talış qırışıqlıq zonası ilə məhdudlaşır.
Eninə kəsikdə müasir çöküntülərin altındakı zonada antiklinal və sinklinal strukturlar ayrılır. Qırışıqlığın intensivliyinə görə çökəklikdə Pirsaat-Səlyan fay-sürüşməsilə ayrılan eninə istiqamətlənmiş iki qırışıqlıq zonası ayrılır:

  1. Muğan zonası – çökəkliyin cənub-qərb kəsiminə cavab verir və səthində plestosenə qədər dislokasiya olunmuş laylar tamamilə iştirak etmir. Pliosen-eopleystosen yaşlı molasslar zonanın şimal və cənub yamaclarına cavab verən Ləngəbiz və Muğan monoklinalının quruluşunda iştirak edir.

2- Şirvan zonası çökəkliyin şimal-şərq hissəsini əhatə edir və maili çökəkliklərlə bölünən antiklinal qalxmalarla ifadə olunmuşdur.
Kür dağarası çökəkliyi müstəqil struktur vahid kimi Qafqazın son orogen inkişaf mərhələsində – oliqosen-dördüncü dövrdə formalaşmışdır. Onun hüdudlarında əsasən gömülmə baş vermiş, 7-8 km qalınlığında molass çökütüləri toplanmaqla dəniz rejimi olmuşdur. Çökəklik Zaqafqaziya aralıq massivinin və ya mikroplitəsinin (mikrokontinentin) üzərində əmələ gəlmişdir.
Çökəkliyin molass əmələgəlmələri onun müxtəlif hissələrində müxtəlif yaşlı strukutr elementlərinin üstdə yatır. Daxili zonada molass seriyasının əsasını mezozoy-paleogen vulkanogen-çökmə kompleksi, bəzi yerlərdə isə daha qədim kristallik əmələgəlmələr təşkil edir. Yamaclarda isə molasslar Böyük və Kiçik Qafqazın periferik dislokasiya olunmuş strukturların üzərində yatır.
Kür çökəkliyinin quruluşu onu əhatə edən dağlıq sistemdən kəskin fərqlənir və az struktur ayrılmaları ilə, az vulkanizmilə, aşağı, əsasən mənfi qravitasiya və maqnit sahəlrinin olması ilə, aşağı seysmikliyilə fərqlənir. Çökəkliyin daxili quruluşu iki mərtəbəlidir – alpa qədərki kristallik özüldən və az dislokasiya olunmuş alp çökmə kompleksdən ibarətdir.
Alp çökmə kompleksi struktur-fasial xüsusiyyətlərinə görə yarımkomplekslərə bölünür: aşağı – mezozoy-eosen və üst – oliqosen-dördünjü dövr. Aşağı yarım kompleks Qafqazın orogenə qədər, üst yarım kompleks isə orogen inkişaf mərhələsinə cavab verir.
Aşağı yarım kompleksin tərkibində cavan çöküntülərlə basdırılmış aşağı və orta yuranın çöküntülərindən təşkil olunmuş iki struktur mərtəbə ayrılır. Orta yura çöküntüləri Saatlı ifrat dərinlikli SQ-1 və Carlı, Beyləqan sahələrində qazılmış quyular vasitəsilə açılmışıdr və adaqövsləri tipli vulkanogen süxurlarla təmsil olunmuşdur. Çökəkliyin yamaclarında aşağı-orta yura əmələgəlmələri terrigen və vulkanogen formasiyalardan ibarətdir və qırlma-pozulmalarla mürəkkəbləşmişdir. Üst struktur mərtəbəyə üst yura-eosen yaşlı terrigen-karbonat və vulkanogen fasiyalar daxildir və yamaclarda onların qalınlığı şimalda 3000-3500 m-ə, cənubda 2000 m-ə çatır. Çökəkliyin daxili hissəsində qazma məlumatlarına görə üst yura çöküntüləri yamaclardan fərqli olaraq, karbonat fasiyası ilə təmsil olunmuşdur. Təbaşir yaşlı çöküntülər vulkanogen-terrigen-karbonat fasiyaları ilə təmsil olunmuşdur və qalınlığı 1000 m-ə çatır. Paleosen-eosen çöküntüləri terrigen-vulkanoklast süxurlardan ibarətdir.
Üst struktur yarım kompleks də öz növbəsində erkən və gec orogen mərhələyə cavab verən iki struktur mərhələyə bölünür. Aşağı struktur mərhələ oliqosen-aşağı pliosen dəniz və kontinental çöküntüləri əhatə edir. Onun daxilində üç yarımmərtəbə ayrılır: aşağı – oliqosen-aşağı miosen qumdaşı-gil çöküntüləri; orta – orta miosen-sarmat yaşlı terrigen və karbonat süxurları və yuxarı – meotis-aşağı pliosen yaşlı kontinental gobud molasslar. Üst struktur mərhələ Qafqazın gec orogen mərhələsində formalaşan üst pliosen-dördüncü dövrün molass çöküntülərindən ibarətdir.
Yüklə 15,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin