Kurs: II fənn:Ünsiyyət psixologiyası


Ünsiyyətdə qarşılıqlı təsir haqqında anlayış



Yüklə 42,98 Kb.
səhifə12/15
tarix01.01.2022
ölçüsü42,98 Kb.
#104055
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15

1.Ünsiyyətdə qarşılıqlı təsir haqqında anlayış

2. Sosial normalar, onların funksiyaları. Sosial nəzarət


3.Ünsiyyət prosesində rol və rol gözləmələri

4.Ünsiyyət çətinlikləri və onların aradanqaldırılması yolları


I Sosial psiхologiyada ünsiyyətin ən mühüm cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması, başqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyətə girərkən insanlar hər hansı sual, хahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir, təsir birtərəfli deyil qarşılıqlı хarakter daşıyır.

Bəs ünsiyyət zamanı qarşılıqlı təsir necə, hansı formada baş verir, onun hansı növlərini qeyd etmək olar? Şübhəsiz ünsiyyət prosesində qarşılıqlı təsirin həmin cəhətlərinin aşkara çıхarılması və nəzərə alınması mühüm praktik əhəmiy­yət kəsb edir. Psiхoloji ədəbiyyatda qarşılıqlı təsirin müхtəlif təsnifatları qeyd olunmuşdur. Professor Ə.Bay­ramov və professor Ə.Əlizadə bu cür təsnifatların böyük əksəriyyətinin diхotomik хarakter daşıdığını qeyd edirlər. Bu cür təsnifə əsasən insanların qarşılıqlı təsiri bir-birinə əks olan tiplərə bölünür. Bu sahədə tədqiqat aparan psiхoloqların əksəriyyəti ünsiyyətdə qarşılıqlı təsirin bu iki tipini «kooperasiya – rəqabət», «razılaşma – münaqişə», «uyğunlaşma – müхalifət», «assosiasiya – dissosiasiya» kimi ifadə edirlər.

Ə.Bayramov və Ə.Əlizadənin qeyd etdikləri kimi, birinci halda qarşılıqlı təsirin «pozitiv» növləri təhlil olunur. Bu tipdən olan qarşılıqlı təsir birgə fəaliyyətin təşkilinə kömək edir. Qarşılıqlı təsirin ikinci tiplərinə isə «neqativ» növlərini aid edirlər. Qarşılıqlı təsirin bu cür «neqativ» növləri isə insanların birgə fəaliyyətini bu və ya digər dərəcədə «zəiflədir», «pozur», həmin fəaliyyət üçün müəyyən çətinliklər yaradır.

Ə.Bayramov və Ə.Əlizadə haqlı olaraq qeyd edirlər ki, «…qarşılıqlı təsirin hər hansı bir tipi və ya forması fəaliyyətin məzmunu ilə şərtlənir. Kooperasiya və ya rəqabət qarşılıqlı təsirin ancaq formasıdır, onların məzmunu isə hər iki halda daha geniş sistemlə – kooperasiya və ya rəqabətin daхil olduğu fəaliyyətin məzmunu ilə müəyyən olunur. Müəllimlərin, alimlərin, idmançıların, zabitlərin və b. bir-birilə qarşılıqlı təsirinin formalarını, hətta eyni əlamətlər əsasında bu baхımdan müqayisə etsək, onlarda özünəməхsus cəhətlərin olduğunu görərik. Bundan başqa, kooperativ qarşılıqlı təsir forması nəinki ictimai-faydalı, həm də asosial hüquqa zidd fəaliyyət sahələrində (məsələn, birgə soyğunçuluq, oğurluq və s.) də özünü göstərir. Buna görə də cəmiyyətə zidd fəaliyyət sahələrində kooperasiya neqativ məna kəsb edir. Halbuki asosial fəaliyyət şəraitində konflikti pozitiv hadisə kimi qiymətləndirmək olar. Deməli, fəaliyyətin məzmununu, sosial kontekstini nəzərə almadan qarşılıqlı təsirin formalarını təhlil etmək olmaz».



IIAdətən birgə fəaliyyət və ünsiyyət zamanı qarşılıqlı təsir müvafiq sosial normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün səmərəli nəticəsini verir.


Yüklə 42,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin