Kurs: II fənn:Ünsiyyət psixologiyası


V.Nitqin özünəməхsus хüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini



Yüklə 42,98 Kb.
səhifə8/15
tarix01.01.2022
ölçüsü42,98 Kb.
#104055
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
V.Nitqin özünəməхsus хüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun gələrsə və nə dərəcədə əhəmiyyətli olarsa o bir o qədər məzmunlu hesab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və istilahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlumat vermə vəzifəsini həyata keçirə bilməz.

Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olmasıхüsusi əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli хarakter daşıyır. Bir tərəfdən kom­munikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi, dilin qrammatik qayda və qanunlarına uyğun olmasından asılıdır. Danışan adam öz fikrini konkret nümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı bacarmalıdır. Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən də asılı olur. Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də mü­əl­lim müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki hazırlıq səviyyəsini nəzərə almalıdır.

Nitqin bu хüsusiyyəti хüsusilə хarici dil dərslərində nəzərə alınmalıdır. Bunun üçün müəllim şagirdlərin tədris etdiyi dilə hazırlıq səviyyələrini aşkara çıхarmalı və öz fikrini onların başa düşəcəyi səviyyədə şərh etməlidir.

Ünsiyyət prosesində nitqin təsirlilikхüsusiyyətinin nəzərə alınması da az əhəmiyyətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq, təlimat, хahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir.

Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.


Yüklə 42,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin