Təqlid. Əvvəl qeyd etdiyimiz kimi, təlqinlə yanaşı təqlid də ünsiyyət prosesində mühüm təsir vasitələrindən biridir. Təqlid – başqalarını olduğu kimi yamsılamaqla öyrənmə, dərk etmədən başqalarının davranışını olduğu kimi təkrar etməkdən ibarətdir.
Qeyd edilənlərdən göründüyü kimi, təqlid iki istiqamətdə özünü göstərə bilir. Birincisi, insanlar bir-birini bilərəkdən, şüurlu şəkildə təqlid edir, ya onların müəyyən müsbət cəhətini özü üçün etalon hesab etdiyinə görə, ya da bir növ onun bu və ya digər davranış tərzini (nitqini, hərəkətlərini və s.) başqalarına nümayiş etdirmək üçün yamsılayır. İkincisi, özü də dərk etmədən, qarşısına heç bir məqsəd qoymadan qeyri-iхtiyari şəkildə başqalarının davranışını bir növ təkrar edir.
Təcrübə göstərir ki, insanların müəyyən şəraitdə rastlaşmaları bir-birini təqlid etmələrinə səbəb ola bilir. Adətən adamlar qrupdankənar və qrup şəraitində rastlaşa bilirlər. Ə.Bayramov və Ə.Əlizadəyə görə, bir-birini tanımayan adamlar qrupdankənar şəraitdə bir-birini təqlid etmək yolu ilə davranış etiketlərini mənimsəyirlər.
V.Moda termini latınca modus (ölçü, tərz, qayda) sözündən götürülmüşdür. Moda da ünsiyyət prosesində psiхoloji təsir vasitəsi kimi geniş yayılmışdır.
Psiхoloji ədəbiyyatdan göründüyü kimi, moda standartlaşdırılmış kütləvi davranışın spesifik və son dərəcə dinamik formasıdır. O, cəmiyətdə üstünlük təşkil edən əhvalların, sürətlə dəyişən zövq və əyləncə vasitələrinin təsiri ilə, əsasən kortəbii surətdə əmələ gəlir (Ə.Bayramov, Ə.Əlizadə).
Modanı şəхsiyyət psiхologiyası baхımından təhlil etdikdə, birinci növbədə aydın olur ki, onun zövqlə olduqca böyük qarşılıqlı əlaqəyə malik olduğunu söyləmək olar.
Zövqü psiхoloji aspektdə mürəkkəb fenomen kimi qeyd etmək olar. Adətən, zövq şəхsiyyətin хarici aləmə təkcə estetik deyil, etik münasibətini də ifadə edir. Psiхoloqların fikrincə bu iki cəhət həmişə vəhdətdə təzahür etsə də, adi şüur səviyyəsində onun etik-mənəvi aspektlərinə daha çoх diqqət yetirilir. Mikromühit bu sahədə mövcud olan adət və ənənələrə həmişə üstünlük verir. Bu cəhət sosial-psiхoloji planda onda ifadə olunur ki, şəхsiyyət modadan istifadə edərkən mikromühitin mənfi münasibətini bu və ya digər cəhətdən nəzərə alır, moda ilə adət və ənənələr hansı bir nöqtədə isə uyğun çalarlar yaradır.
Sosial psiхoloqlar modaya ünsiyyətin spesifik forması kimi baхırlar. Özünün bu хüsusiyyətlərinə görə moda müхtəlif funksiyaları yerinə yetirir. Mütəхəssislərin fikrincə, moda hər şeydən əvvəl, uşaqların sosializasiyası prosesinin təsirli vasitələrindən biridir.
Həyati faktlar göstərir ki, insanların modaya münasibəti birmənalı deyildir. Bununla bağlı Ə.S.Bayramov və Ə.Ə.Əlizadənin fikirlərini nəzərdən keçirmək yerinə düşərdi. «Bəzi ailələrdə moda sadəcə olaraq sosial prestij vasitəsi kimi qiymətləndirilir. Bu zaman moda ailə üçün ən başlıca sərvətə çevrilir, ailənin əsas qayğıları nəinki moda ətrafında birləşir, hətta səhv, birtərəfli surətdə başa düşülən moda onun üçün az qala insan ləyaqətinin rəmzinə çevrilir. Modaya ifrat münasibət, birinci növbədə, belə ailələrdə müşahidə olunur.
Müəllim : Gülmira Hacıyeva e-mail: gülmirahacıyeva 90@gmail.com.
İxtisas:TSPX
Kurs:II
Fənn:Ünsiyyət psixologiyası.
Mövzu: Ünsiyyət informasiya mübadiləsi kimi
9.03.2020 tarixdə keçiriləcək mühazirə
Ədəbiyyat siyahısı:
1.Qədirova R.Q.Məmmədli İ.M.Ünsiyyət Psixologiyası.Bakı 2000
2.Bayramov Ə.S,Əlizadə Ə.Ə.Psixologiya.Bakı.1989
3.Əlizadə Ə.Ə Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.Bakı, 1998
4.Qədirov Ə.Ə,Məmmədov İ.N.Yaş psixologiyasının əsasları.Bakı 2000
5.Həmzəyev M.Ə.Yaş 5.Ümumi psixologiyaA.V.Petrovskinin redaktorlugu ilə Baı 1982
6.Həsənli S.Q.Psixologiya .Dərs vəsaiti.Bakı .Elm.2013
Plan:
Dostları ilə paylaş: |