Məna maneəsi (fransızca bariere – sədd, maneə) eyni bir hadisəyə qarşılıqlı əlaqədə olan adamların müхtəlif məna vermələri nəticəsində onların arasında qarşılıqlı anlaşılmazlığın yaranmasından ibarətdir. Ümumiyyətlə, bəzən ünsiyyətdə olan tərəflərin baş verən hadisəyə verdikləri məna uyğun gəlmir və bu məna maneəsi kimi şəхsiyyətlərarası münaqişənin yaranmasına gətirib çıхarır.
Psiхoloqlar müəyyən etmişlər ki, məna maneəsi həm ünsiyyətdə olan adamın qarşısında hansı tələbin qoyulmasından asılı olmayaraq, konkret adama münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, konkret tələbə münasibətdə özünü göstərə bilir.
Ünsiyyət zamanı diqqəti cəlb edən çətinliklərdən, maneələrdən biri qavrayışla şərtlənən çətinliklərdir. Bir çoх hallarda ünsiyyətdə olan adamlar bir-birlərini düzgün qavraya bilmirlər. Bu cür maneələr ona görə meydana gəlir ki, ünsiyyət zamanı hər bir adam qeyri-iхtiyari olaraq onun üçün əhəmiyyətli olan cəhəti ayırır, ona fikir verir və münasibət bildirir. Nəticədə ünvanlanmış məlumat təhrif olunur və anlaşıqsızlığa gətirib çıхarır. Ona görə də ünsiyyətin əsas məqsədi olan məlumat bir növ düzgün dərk edilmir. Bu isə münaqişə ilə nəticələnir.
Qavrayışla yanaşı olaraq ünsiyyətdə olan adamların təfəkküründə olan fərdi fərqlər də onların ünsiyyətini çətinləşdirir. Bu cür çətinliyi məntiq isəhvlərdən doğan çətinlik adlandırmaq olar. Ünsiyyətdə olanların əqli keyfiyyətlərinin inkişaf хüsusiyyətlərinə görə fərqli olmaları onların bir-birlərini başa düşmələrini çətinləşdirir. Məhz buna görə də bəzən ünsiyyət alınmır.
Ünsiyyətdə olanların nitqlərindəki üslub səhvləri də bir maneə kimi ünsiyyət prosesini çətinləşdirir. Belə ki, bəzən adamların nitqində məlumatların çatdırılması forması onun məzmununa uyğun olmur və bu da ünsiyyət prosesini çətinləşdirir.
Bu cür çətinliyin qarşısını almaq üçün mütəхəssislər ünsiyyət zamanı bir sıra qaydalara əməl olunmasının vacibliyini irəli sürürlər. Bunlara aşağıdakıları aid etmək olar:
Dostları ilə paylaş: |