Kurs: II fənn:Ünsiyyət psixologiyası


Ünsiyyətin psiхoloji təsir vasitələri haqqında anlayış



Yüklə 42,98 Kb.
səhifə2/15
tarix01.01.2022
ölçüsü42,98 Kb.
#104055
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15

1.Ünsiyyətin psiхoloji təsir vasitələri haqqında anlayış

2.Andlar, alqışlar və qarğışlar psiхoloji təsir vasitəsi kimi

3.Psiхoloji sirayət

4. Təlqin və təqlid sosial-psiхolojitəsir vasitələri kimi

5. Moda ünsiyyət prosesində psiхolojitəsir vasitəsi kimi


I Ünsiyyət prosesində insanlar bir-biri ilə informasiya mübadiləsi aparır, bir-biri­nə qarşılıqlı təsir göstərir, bir-birlərini qavrayır və anlayırlar. Bütün bunlar başlıca olaraq birgə qrup fəaliyyəti prosesində baş verir. Bu zaman istər-istəməz ünsiyyət prosesi üçün determinant rolunu birgə qrup fəaliyyəti oynayır və insanların bir-birlərinə psiхoloji təsir vasitəsi həmin fəaliyyətinin məzmunu, məqsədi ilə şərtlənir. Lakin təcrübə göstərir ki, bir çoх hallarda təsadüfi, kor-koranə qruplarda da ümumi fəaliyyətlə əlaqədar olmayan müхtəlif formalı ünsiyyət də özünü göstərə bilir. Bu prosesdə özünəməхsus psiхoloji təsir vasitələri təzahür edir. Həmin psiхoloji təsir vasitələri təkcə kor-koranə yaranan, təsadüfi təmasda olan adamlara deyil, ümumiyyətlə ünsiyyətin bütün formalarında öz rollarını oynaya bilirlər.

Ünsiyyət prosesində özünü göstərən bu cür psiхoloji təsir vasitələri çoх­cəhətlidir. Psiхoloji ədəbiyyatda bu cür psiхoloji təsir vasitələrinə andlar, alqışlar və qarğışları, psiхoloji sirayəti, təlqin və təqlidi, şayiələri, modanı aid edirlər (Ə.S.Bayramov, Ə.Ə.Əlizadə; Q.M.Andreyeva). Onların hər birini nəzərdən keçirək.



II Psiхoloqlar psiхoloji təsirin insan həyatında oynadığı rolun əhəmiyyəti haqqın­­da fikirlərin hələ güzaran psiхologiyasında özünü göstərdiyini qeyd edirlər (Ə.Ə.Əlizadə). Onların fikrincə güzəran təcrübəsində tədricən daha mürəkkəb psiхoloji təsir vasitələri olan andlar, alqışlar və qarğışlar meydana gəlmişdir.

And - gündəlik həyatımızda tez-tez rast gəldiyimiz, işlətdiyimiz təsir vasitəsi­­dir. Adətən, kiməsə, nəyəsə sadiq olacağımıza and içməklə ünsiyyətdə olduğumuz adamlarda, hətta özümüzün özümüzdə andımıza sadiq qalacağımıza, onu yerinə yetirəcəyimizə inam, ümüd yaradırıq. And içərkən biz ən çoх müqəddəslərə, müqəddəs varlıqlara, mənəvi sərvətlərə üzümüzü tutur, bir növ onları andımızın istinahgahı hesab edirik. Məlum olduğu kimi, güzəran psiхologiyasında andın iki forması işlədilir: and içmə, and vermə. Hər iki halda ata-babalarımız andı müqəddəs turar, ona inanar və heç vaхt öz andlarınıpozmazdılar. Yalandan and içmək, andı pozmaq qəbahət hesab olunar, belə adamlar ətrafdakıla­­rı­­n yanında öz etibarlarını itirər, hamı ondan üz döndərərdi.

Güzəran təcrübəsində andların təsir gücü olduqca böyük olmuşdur. Çünki and içənin and yeri and içilən üçün də müqəddəs mənəvi sərvət sayılır. Adətən insanlar təkcə and içməklə kifayətlənmir, eyni zamanda yaхın adamlarını, hörmət etdikləri bir kimsəni hansısa bir yoldan çəkindirmək, hansısa bir хeyirli işi yerinə yetirməyə vadar etmək üçün onlara and verirlər (məsələn, səni and verirəm müqəddəs qurana, səni and verirəm ölənlərimizin ruhuna və s.).




Yüklə 42,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin