Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikumun tədqiqat metodları.
Psixoloji metod – dedikdə bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yollar və vasitələrin məcmusu nəzərdə tutulur. Psixoloji metod-insan psixikasının, şəxsiyyət və şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi və korreksiyası yoludur. Bu yollar müxtəlif olmaqla psixika və psixoloji kateqoriyalar haqqında sistemləşdirilmiş, konkret, etibarlı məlumatların toplanması, üzə çıxarılması, ümumiləşdirilməsi, kimi vəzifələrin həllinə xidmət edir. Onlar tarixilik və quruluş baxımından iki qrupa bölünür.
Empirik metodlar.
Müasir metodlar.
Müşahidə, özünümüşahidə (özünütəhlil – introspeksiya) və müsahibə empirik metodlardır. Onlardan hələ elmi psixologiyanın yaranmasına qədər də geniş istifadə edilmişdir. XIX əsrin II yarısında yeni tədqiqat metodlarının yaranması ilə bağlı olaraq empirik metodların yaranması ilə bağlı olaraq empirik metodların nəticələri psixodiaqnostik yollarla, xüsusi ekspermentlərlə yenidən yenidən yoxlanılmağa başlandı. Bu yolla əldə olunmuş psixoloji fakt (dəlil) daha etibarlı sayılır.
Elmi psixologiyanın yarandığı ilk (oxu-strukturfunsional) mərhələdə istifadə olunan metodların predmeti konkret psixi hadisələr idi. İlk dəfə belə metodlar Halton, Helmhols, Vundt, Jane, Ebbinhauz və b. tərəfindən işlənilərək duyğular, qavrayış, hafizə və intelektin öyrənilməsində tətbiq olunmuşdur (anket-sorğu, doldurma, eksperiment). Həmin metodların tətbiqi nəticəsində yeni nəzəriyyələr irəli sürüldü (strukturalizm, funksionalizm, assosionizm və b).
Bu nəzəriyyələrin işlənilməsində eksperimental baxımdan kifayət qədər etibalı psixoloji nəticələrə etibar edilmir, ciddi qaydalarla tənzimlənən metodlar əsasında yaranmırdı. Bir sıra hallarda psixoloji faktlar təhrif olunurdu. Çünki praktik psixologiyada tətbiq edilən ilk psixoloji metodlar qeyri-normal davranışın müalicəsi, qaydaya salınması və şərhi cəhdi kimi yaranırdı. Aparılan tədqiqatlarda introspeksiyaya (özünüanalizə) geniş yer verildi.
Kliniki mərhələdə Krepelin, Kreçmer, Lazurski, Seçenov, Freyd, Adler və b. məlumatları mühüm yer tuturdu. Bu nəzəriyyələr XIX əsrin sonu, XX əsrin ortalarına qədər geniş yayılmaqla psixoloji xidmət sahəsində çalışanların maraq obyektinə çevrilmişdi.
II mərhələdə müxtəlif psixodiaqnostik metodların sürətli inkişafı ilə şərtlənən, testologiyanın praktik sahəyə gətirildiyi gətirildiyi dövrdür. Testləşdirmə empirik metodlara xüsusilə də kliniki psixoloji metodlara reaksiya olaraq yaradıldı. Uşaq praktik psixologiyasında bu mərhələ J.Piajenin adı ilə baglıdır. Onun tədqiqatlarında istifadə olunmuş, intellektin (nitq və təfəkkürün) öyrənilməsi üçün hazırlanmış ölçmə metodlarının yaranması ilə psixoloji metodların yeni və daha mürəkkəb variantları meydana çıxdı. A.Bine, B.Skinner və b. intellekt, H.Ayzenk, C.Kelli və b. şəxsiyyət testləri testləşdirmə metodunu daha etibarlı etdi.
Azərbaycanda intellekrin öyrənilməsi məqsədilə F.İbrahimbəyov tərəfindən XX əsrin 40-cı illərində intellekt testləri yaradılmışdı, lakin o zaman dövlətin ideoloji maraqlarına uyğun gəlmədiyina görə həmin testlərin tətbiqi dayandırıldı. Halbuki, belə testlər sonralar Amerika psixoloqları tərəfindən işlənilərək dünyada geniş şöhrət tapmışdır.
XX əsrin 60-cı illərində praktik psixologiya elmi sosimetriya (C.Moreno) kimi yeni metodla zənginləşdirildi. Bu metod şəxsiyyətlərarası (qrup) münasibətlərini öyrənmək üçün əhəmiyyətli idi.
Göründüyü kimi hazırda psixoloji metodların çoxsaylı mürəkkəb formaları yaranmışdır və tədqiqatçılar tərəfindən həmin metodların təkmilləşdirilməsi davam edir. Praktik psixologiya sahəsində tətbiq olunan bu metodların bir qismini nəzərdən keçirməklə onların mahiyyəti daha yaxından tanış ola bilərik.
Dostları ilə paylaş: |