Əmrahlı L.Ş. Məktəb psixoloqu. B.,2014.
Məmmədov İ.Ə. Məktəb psixoloqunun məlumat kitabı B.,2003.
Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikumun əsas prinsipləri.
Hər bir elm sahədində olduğu kimi psixoloji xidmətin metodları da onun metodologiyası ilə bağlıdır. Bəs metodologiya nədir? Müasir elmdə metedologiya termini üç mənada işlədilir: ümumi, xüsusi, konkret.
1.Ümumi metodologiya – dedikdə tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur. Psixoloji xidmətin metodologiyasını müasir genetik, fizioloji, psixoloji, pedaqoji nəzəriyyələr və onların metodları təşkil edir.
Hazırda dünyada təhsilə psixoloji xidmət sahəsində Z.Freydin - psixoanalitik, J.Piajenin - genetik, L.S.Viqotskinin - “yaxın inkişaf zonası”, A.Adlerin - fərdiyyət, C.Kellinin - “şəxsi konstruktlar”, Q.Ollport, A.Maslou və K.Rocersin – humanistik (şəxsiyyətəyönəlik) və digər nəzəriyyələrə əsaslanan metodlar aktualdır. Praktik psixoloqlar həmin metodlar əsasında öz metodikasını müəyyənləşdirir.
2.Xususi metodologiya ümumi metodologiyadan törəyir. O, psixologiyada tətbiq olunan metedoloji prinsipilərin məcmusudur. Hər bir praktik psixoloqun qəbul etdiyi metodologiyaya və onun fəaliyyət göstərsiyi sosial mühitin tələblərinə uyğun olaraq xüsusi metodologiya yaranır. K.Rocers (kliyentəyönəlik korreksiya), V.Frankl (loqoterapiya), A.Ellis (rasional-emitiv terapiya-RET), A.Beka (konqitiv terapiya), U.Qlasser (real terapiya), C.Bujental (ekzistensial terapiya), D.Devidson (davranış terapiyası), E.Bern (transaktların analizi), F.Perlz (geştalt-terapiya), A.Mallon (rəng terapiyası) və digər mütəxissilər psixoloji xidmət sahəsində xüsusi korreksiyaedici metodlar yaratmışlar.
3.Konkret metodologiya hər bir psixoloq tərəfindən şəxsi təcrübəsində onun özü tərəfindən formalaşdırılır. Bu metodlar yaranmış problemlərin aradan qaldırılması üçün ona müraciət edən kliyentlərin spesifik xüsusiyyətlərinə uyğun olaraq psixoloqun psixoloqun istifadə etdiyi vasitələrdir.
Psixoloq hansı psixoloji nəzəriyyənin (cərəyanın) metodologiyasını daha yaxşı mənimsəyirsə, dərk edirsə, onun rəsirlərinə inanırsa onun ideya istiqamətlərini, metodikasını qəbul edir. İnsanlara həmin metodlar əsasında psixoloji xidmət göstərir. Bu prosesdə o özünün də konkret metodikasını müəyyənləşdirir. Psixoloji xidmətin metodikası prinsiplər və metodlar üzərində qurulur.
Dostları ilə paylaş: |