Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim



Yüklə 147,85 Kb.
səhifə8/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   4   5   6   7   8   9   10   11   ...   117
Komplekslilik və çoxvariantivlik – xidmətin təhsil müəssisəsinin bütün sahələrinə məqsədəyönəlmiş təsirdə olması;

  • Səmərəlilikdiaqnostik, analitik qiymətləndirici, inkişafetdirici – korreksiya texnologiyalarından istifadənin nəticələrində səmərəlilik; nəzərdə tutur;

  • Asanlıqşagirdlər, müəllimlər və valideynlər üçün anlaşıqlı və asan tövsiyələrin hazırlanması.

    Psixoloji xidmət sistemli konkret bir fəaliyyət sahəsidir. Onun həyata keçirilməsi aktual və perspektiv olmaqla iki əsas istiqamətə əsaslanır.

    Aktual istiqamət çərçivəsində uşaqların təlimi və tərbiyəsi işindəki konkert çətinliklər, davranışdakı pozuntular, münasibətlər sistemində yaranan ünsiyyət çətinlikləri ilə bağlı təxirəsalınmaz problemlər və vəzifələr müzakirə edilir və həll olunur.

    Perspektiv istiqamət çərçivəsində uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı proqnozlaşdırıcı proqramlar, ahəngdar inkişaf, yaradıcı həyata psixoloji hazırlıq üçün konkret proqramlar hazırlanır və həyata keçirilir. Bu isə öz növbəsində hamının və hər bir kəsin inkişafı üçün əlverişli psixoloji şəraitin yaradılması zəminində mümkündür.

    Praktik psixoloqun işgüzar fəaliyyətinin önəmli istiqamətlərdən biri psixoprofilaktikadır. Onun başlıca vəzifəsi uşağın normal intellektual və mənəvi inkişafına əngəl yaradan, ləngidici təsirə malik amilləri vaxtında aşkara çıxarmaq və aradan qaldırmaqdan ibarətdir. Bu məsələ ilə məşğul olan psixoloji xidmət işçisi kimi praktik məktəb psixoloqu öz fəaliyyətində uşaqların psixi inkişaf qanunauyğunluqlarından irəli gələn biliklərə, ilk növbədə psixologiya və tibbin hüdudlarında yerləşən patopsixologiya defektologiya elmlərinin təqdim etdiyi praktik biliklərə istinad edir.

    Psixoloji xidmət mürəkkəb, çoxsəviyyəli struktura malikdir. O, təhsil sistemini yuxarıdan aşağıya doğru – Təhsil Nazirliyindən başamış, məktəbəqədər müəssisələrdə və məktəbdə mövcud olan uşaq qruplarınadək bütün pillələri əhatə edir. Bu məqsədlə bir çox xarici ölkələrin təhsil nazirliklərində və baş idarələrdə baş psixoloq vəzifəsi fəaliyyət göstərir, psixoloji xidmət işi aparan xüsusi şöbələr ayrılır.

    Müasir dövrdə dünya psixoloji xidmət sistemində praktik psixoloqun ixtisaslaşma və peşə hazırlığı baxımdan tətbiqi xarakterli, dörd əsas istiqamət mövcuddur. Bunların sırasında psixodiaqnostika, psixoloji məsləhətlər, psixoprofilaktika və psixokorreksiya diqqəti cəlb edir. Psixodiaqnostika adlanan birinci istiqamət uşağın psixoloji müayinəsində peşəkar metodların tətbiqi nəzərdə tutur. Bu metodlar sırasında standartlaşdırılmış test metodları və kliniki ekspert metodları iki əsas qrup olaraq fərqləndirilir. Bunlarla yanaşı, müasir psixodiaqnostika təcrübəsində əsas tədqiqat metodları sırasında müşahidə, sorğu, eksperiment kimi metodların da tətbiqi geni vüsət almışdır.

    Praktik psixoloqun fəaliyyətində xüsusi ixtisas hazırlığı tələb edən ikinci istiqamət psixoloji konsultasiyadır. Bu istiqamət özündə aşağıdakı xüsusi iş formalarını əks etdirir:


    1. Keçirilmiş psixodiaqnostik müayinələrin nəticələrinə əsasən psixoloji – pedaqoji tövsiyyələrin işlənib hazırlanması və dəqiq formulə edilməsi; Bu tövsiyələt uşaqlar və yaşlılar üçün müvafiq formada, icrası baxımdan anlaşıqlı və asan olmalıdır.

    2. Psixoloji məsləhətlərə ehtiyacı olan şəxslərlə söhbətlərin keçirilməsi. Bu söhbətlər uşaq və ya yaşlının praktik psixoloqdan zəruri tövsiyələri alması ilə başa çatmalıdır.

    3. Müəllimlər və valideynlərin ixtisasının və təcrübəsinin artırılması çərçivəsində psixoloji maarifləndirmə sahəsində təfbirlərin həyata keçirilməsi.

    Praktik psixoloqun fəaliyyətində üçüncü istiqamət xəbərdarlıq xarakterli vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş psixoprofilaktik işlərdir. Onun məzmununda uşağın inkişafında arzuedilməz nəticələrə gətirib çıxara biləcək halların qarşısının alınması: məsələn, inkişafda, təlim və tərbiyədə ləngimə, geridəqalma, arzuedilməz vərdişlərin və xarakter əlamətlərinin, axmaq adətlər və meyllərin təzahürü.


    Yüklə 147,85 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   ...   117




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin