Müşahidə yazılması. Müşahidənin etibarlı nəticə verməsi üçün qarşıya dəqiq və aydın məqsəd qoymaqla yanaşı , müəyyən sxemdən də istifadə etmək lazım gəlir.Bu müşahidə nəticələrini aydin ifadə etməyə imkan verir.Müşahidə matearialarını təsbit etmək üçün müxtəlif texniki vasitələrdən istifadə edilir.
Diaqnostik və korreksiya nəticələrinin protokolları.
Belə protokollar psixoloqun istifadəçi ilə qarşılıqlı təsirinin prosessual gedişini ifadə edir. Çox hallarda protokollar şablon formalarda, cədvəl, başlıq, bölmə, və s. hissələrlə tərtib olunur. Protokola bunlar daxil edilə bilər:
Istifadəçinin davranış reaksiyaları;
Fəaliyyətin verbal və qeyri verbal nəticələri;
Emosional vəziyyətin dinamilliyi;
Konstisusional vəziyyət, hərəkət və jestlər.
Bir çox digər dillər kimi bədənin dili də “sözlərdən” , “frazalardan” , “ifadə və işarələrdən “ ibarətdir. Musahibin hansı hisslər keçirdiyini , nə hiss etdiyini onun bədən hərəkətləri ilə anlamaq mumkundur. Onun bu hissərlə sözlərini, fikrini qarşı- qarşıya qoymaq söhbətin aparıldığı kontekst və şəraitdə diqqət yetirmək . aparılmış təhlil nəticəsində musahibin fikirlərini aydınlaşdşrmaq olar. Xrestomatiyada heç vaxt bədənin dili onun hissələrindən ayrı halda oxunmur , ona yalnız eyniyyətlə, asosiasiyalarla yanaşılır. Baş verənləri qeydə almaq üçün diktofon , lent yazıları və videokameradan da istifadə edilir.
Dostları ilə paylaş: |