Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Kompyuter diaqnostikası məsələləri



Yüklə 147,85 Kb.
səhifə54/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   50   51   52   53   54   55   56   57   ...   117
5. Kompyuter diaqnostikası məsələləri

Müasir dövrdə sürətlə inkişaf etməkdə olan yeni texnologiyalardan biri informasiya –kommunikasiya texnologiyalarıdır. Bu texnologiyaların əsas vasitəsi olan kompyuterlər geniş aydivizual imkanlara malik olmaqla, psixoloji diaqnostikada yeni yanaşmalar bazasında yeni metodların işlənib hazırlanmasına stimul yaradır. Informasiyanın operativ işlənməsini təmin edən müasir geniş imkanlı kompyuterlər elm və texnikanın, ictimai praktikanın bütün sahələrinə dərindən nüfuz etmiş, yeni diaqnostik metodikaların işlənib hazırlanmasında böyük uğurların etibarlı təminatçısına çevrilmişdir.

Dünyanın bir çox ölkələrində uyğunlaşdırılmış kompyuter testlərindən genişmiqyaslı layihə və proqramların həyata keçirilməsində, xüsusilə, sənaye, dövlət müəssisələrinə və orduya seçim zamanı istifadə olunur. Belə testlərdən istifadənin zəruriliyi və onun nəticələrinin etibarlılığı aşağıdakı arqumentlərlə əsaslandırılır:


  • Bu gün dünyada sürətlə artmaqda olan peşələrlə tanışlığın zəruriliyi;

  • Bu və ya digər peşə sahələrinə namizədlərin sayının artması ilə əlaqədar seçim texnologiyalarının təkmilləşdirilməsi zərurəti;

  • Müxtəlif peşə fəaliyyəti sahələrində tələb olunan uğurlu fəaliyyət üçün zəruri olan qabiliyyətlərin səviyyəsinin müəyyənləşdirilməsinə olan tələbat;

Bu gün kompyuter texnologiyaları diaqnostik müayinəsnin təkmilləşdirilməsinin bir çox sahələrində yeni və geniş imkanlar açmaqdadır və onun böyük perespektivləri vardır. Son illər inkişaf etmiş bir sıra ölkələrdə ictimai həyatın və praktikanın müxtəlif sahələrində psixoloji diaqnostika üzrə yüksək ixtisas hazırlığına malik psixoloqlar çalışırlar. Bununla belə, bu mütəxəssislər diaqnostik praktikada psixometrik tələblərlə uzlaşmayan bir sıra xətalara yol verirlər. Onların sırasında:

  • Sınanılan şəxslərin təlimatlandırılmasına verlən qaydaların pozulmasını;

  • Test tapşırıqlarının yerinə yetirilməsində vaxt standartlarının gözlənilməməsini;

  • Şüurlu və ya şüursuz olaraq sınanılan şəxslərə müəyyən yönəldici köməyin (replika, jertlərlə yönəltmə, pıçıldama və s.) və bir çox digərlərini göstərmək olar.

Diaqnostik testləşdirmə zamanı kompüterlərdən istifadə isə, bu qüsurları aradan qaldırmaq və ya onların minimum həddə endirməyə imkan yaradır.

Təhsil sahəsində geniş yayılmış verbal metodikaların tətbiq test tapşırıqları vasitəsilə sınanılmış şəxslərdə analogiya, təsnifat, ümumiləşdirmə və s. kimi əqli əməliyyatların formalaşması səviyyəsini aşkar etməyə xidmət edir. Belə testlərdə çox vaxt təfəkkürlə sıx bağlı olan məsələ həllinə lazımınca yer ayrılır, verilən variantlardan doğru olan birini seçmək təklif olunur. Əslində diaqnostika sınalınan şəxslər intellektual imkanlarının aşkara çıxarılmasına yönəlməlidir ki, burada da bu məsələ həllinin şübhəsizdir. Psixoloqların qənaətinə görə, təhsil sahəsində hal-hazırda geniş tətbiq olunan ənənəvi test- sınaq texnologiyaları təkmilləşdirilməklə insan təfəkkürünün kompyuterlərin imkanları bazasında öyrənilməsinə gətirib çıxaracaqdır.




Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin