Kurs: IV fənn: Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum Müəllim


Münasibətlərin özünüdərketməyə təsiri



Yüklə 147,85 Kb.
səhifə87/117
tarix11.01.2022
ölçüsü147,85 Kb.
#110807
1   ...   83   84   85   86   87   88   89   90   ...   117
Münasibətlərin özünüdərketməyə təsiri. Yaşlılarla ünsiyyət və qarşılıqlı münasibətlərin pozitiv təcrübəsi nəticəsində ilk növbədə şəxsiyyətin mənəvi məzmunu : hissləri, münasibətləri və keyfiyyətləri formalaşır.

Uşağın yaşıdları ilə ünsiyyətində kommunikativ tələbatlar əsas inkişafetdirici amillərdən biri kimi özünü göstərir. Bu tələbatlar daim dəyişir. Bununla əlaqədar iki yanaşma mövcuddur. Əgər kommunikativ tələbatın məzmunu uşağın həyatının hər bir dövründə aparıcı olan fəaliyyət növü ilə əlaqədardırsa, deməli bu tələbatın məzmunu dəyişmir. Çünki bu dövrdə əsas fəaliyyət növü oyundur. Lakin, məlumdur ki, oyunun xarakteri mütəmadi olaraq yeniləşir.

Məktəbə hazırlıq ərəfəsində uşaqları ünsiyyətə sövq edən inkişafetdirici qüvvələrdən biri də uşaqlıq dövrünün ən çətin əlaqələrini yaratmağa istiqamətlənmiş - əməkdaşlığa olan ehtiyacdır. Əvvəlki dövrlərdə olduğu kimi bu əməkdaşlıq da praktiki, işgüzar xarakter daşıyır və birgə oyun fəaliyyəti nəticəsində yaranır. Amma tədricən oyunun məzmunu dəyişir. Sujetli – rollu oyunların əvəzinə qaydalı oyunlar prioritet olur. Böyük məktəbəqədər yaşlı uşaqlar üçün bu başqa adamlarla münasibətlər yaratmaq təcrübəsi, ictimai qaydaların mənimsənilməsi prosesidir, çünki qaydalı oyunlar ümumi qaydalar şəklində öz vəzifəsini, borcunu dərk etməyə kömək edir.


Yüklə 147,85 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin