Fərdi – psixoloji xüsusiyyətlər. Temperament əlamətləri daxili tənzimləmədə mühüm əhəmiyyət kəsb edir. Uşaq özünüreallaşdırma tələbatını ödəmək üçün özünün psixoloji tempini tələblərə uyğunlaşdırmaq məcburiyyəti ilə üzləşir. Əlbəttə, bu zaman uşaın tam müvəffəqiyyət əldə etməsi qənaətinə gəlmək düzgün olmazdı. Müşahidələr də göstərir ki, beşyaşlıların cəhdi çox zaman uğursuzluqla nəticələnir.
Fiziki müvazinətlilik və antropometrik göstəricilər. Məktəb təliminə hazırlıq dövründə fiziki tərbiyənin düzgün qurulması sağlam psixi fəaliyyətə zəmin yaradır. Ona görə də uşağın məktəb təliminə hazırlanmasında fiziki dayanıqlıq bacarığının – refleksiyanın yaradılması həlledici məsələdir. Çünki, bədən müvazinətinin düzgün tarazlaşmasının mahiyyəti böyükdür. Uşağın bacarığından asılı olaraq bədən çəkisi dayaq nöqtəsi üzərində düzgün paylanır. Nəticədə o, fiziki və əqli proseslərin mütəhərrikliyini təmin edir. İradi – emosional sferanın formalaşması məhz uşağın bədən tarazlığını təmin etmək bacarığı ilə şərtlənir.
Uşağın məktəb təliminə iradi hazırlığı da bu sahədə aparmalı olan işlərin mühüm tərkib hissəsidir. Çünki onu gərgin iş rejimi gözləyir. Artıq 5 yaşda uşaqda iradi hərəkətlərin əsas elementlərinin qurulması gedir. O, məqsəd qoymaq, qərar qəbulu, hərəkət planı qurmaq və yerinə yetirmək, çətinliyin dəf olunmasında xüsusi səy göstərmək, öz hərəkətini qiymətləndirmək bacarığına yiyələnməlidir.
Dostları ilə paylaş: |