3.Cədvəllərin əlaqələndirilməsi.
Relyasiya modeli cədvəllər (fayllar) arasında əlaqələr yaradılması üçün bütün imkanlara malikdir. Relyasiya modelli müasir VBİS-lərdə cədvəllər arasında əlaqələr yaradılması üçün əlaqələndirmə əməliyyatı yerinə yetirilir.
Cədvəllər arasında əlaqələr yaradılması verilənlərin təkrarlanmasını aradan qaldırmaqla, VB-yə daxil edilən verilənlərin tamlığına nəzarət etməyə və bununla da informasiyanın doğruluğunun təminatına imkan yaradır və həmçinin verilənlərə müraciəti asanlaşdırır.
İki cədvəlin əlaqələndirilməsi zamanı onlardan biri əsas, digəri isə əlavə və ya tabeli cədvəl hesab olunur. Cədvəllərin əlaqələndirilməsi əlaqə acarı vasitəsilə aparılır. Əlaqə acarı adi acar kimi əlaqə sahələri adlanan bir və ya bir necə sahədən ibarət olur.
Cədvəllərin əlaqələndirilməsi əsas və əlavə cədvəllərdə əlaqə sahələri arasında uyğunluğun yaradılması ilə əldə edilir. Əsas cədvəldə əlaqə sahələri kimi adi və ya açar sahələrindən istifadə oluna bilər, əlavə cədvəldə isə əlaqə sahələri kimi adətən açar sahələrində istifadə olunur.
Əsas və əlavə cədvəllərdə açar sahələrinin əlaqə sahələri ilə necə uyğunlaşdırılmasından asılı olaraq, iki cədvəl arasında ümumi halda aşağıdakı əlaqə növləri ola bilər:
- birin-birə (1:1) əlaqəsi;
- birin-coxa (1:M) əlaqəsi;
- çoxun birə (M:1) əlaqəsi;
- çoxun-çoxa (M:N) əlaqəsi;
Cədvəllərin əlaqə növlərinin xarakteristikaları
Bu əlaqə növlərinə ayrılıqda baxaq.
Dostları ilə paylaş: |