Verilənlərin daxil edilməsi, xaric edilməsi və dəyişdirilməsi zamanı aşağıdakı anomaliyalar yarana bilər.
Məsələn, fərz edək ki, VB aşağıdakı nisbət sxemindən ibarətdir:
TƏDARÜK (Tədarükçünün kodu, Adı, Ünvanı, Mal, Miqdarı, Qiyməti)
Göründüyü kimi, tədarükçünün ünvanı hər mal üçün təkrar olunur. Bu halda verilənlərin dəyişdirilməsində anomallıq yarana bilər. Bunun səbəbi ondan ibarətdir ki, tədarükcünün ünvanı dəyişdikdə həmin verilənin daxil olduğu bütün kortejlərdə dəyişikliklər aparılmalıdır. Müəyyən səbəbdən həmin verilən kortejlərin hamısında dəyişdirilməyibsə, VB-də ziddiyyətlər yaranır, yəni verilənlərin tamlığı pozulur.
Baxılan misalda verilənlərin bazadan xaric edilməsində anomallıq o vaxt yarana bilər ki, müəyyən tədarükçüyə aid olan kortejlərin hamısı kənar edilsin (məsələn, tədarükcü baxılan vaxtadək heç bir mal göndərməyib). Bu halda VB-də həmin tədarükçünün adı və ünvanı qalmır, baxmayaraq ki, bir müddətdən sonra həmin tədarükçü mal tədarük edə bilər (ola bilər ki, müqaviləyə görə onun mal tədarükü vaxtı ilin sonuna düşür). Bu halda sistem «hansı tədarükçülərlə müqavilə bağlanıb» sorğusuna düzgün cavab verməyəcək.
Bazaya verilənlərin daxil edilməsi zamanı o vaxt anomallıq yaranar ki, tədarükçü ilə yenicə müqavilə bağlansın, lakin hələ mal tədarükü olmasın. Bazaya «Tədarükçünün kodu», «Adı», «Ünvanı» verilənlərini daxil etmək mümkün deyil, ona görə ki, tədarük haqqında verilənlər hələ yoxdur.
Bütün bu göstərilən anomaliyaların aradan qaldırılması üçün nisbətlərin ilkin sxemləri normallaşdırılmalıdır. Nisbətlərin normallaşdırılması onların kompozisiyası və ya dekompozisiyası və hər nisbət üçün normallaşdırma qaydalarına uyğun olaraq açarların təyin edilməsi ilə əldə edilir.
Normallaşdırma metodları funksional və çoxmənalı asılılıqlar anlayışlarına əsaslanırlar.
2. Funksional asılılıq atributlar arasındakı asılılıq növlərindən biridir. Funksional asılılıq bir tərəfdən onu göstərir ki, nisbətin açar olmayan hər bir atributunun qiyməti acar atributunun qiyməti ilə təyin olunur (məsələn, müh. 3 İŞCİ nisbətində İŞCİNİN ADI, ATASINİN ADI, SOYADI açar kimi istifadə olunan SN (sıra nömrəsi ) atributunun qiyməti ilə təyin olunur), digər tərəfdən isə açarın hər bir qiymətinə açar olmayan atributun yalnız bir qiyməti uyğün gəlir.
Fərz edək ki, X və Y R nisbətinin atributlarıdır. R nisbətində Y atributu X atributundan o vaxt funksional asılı olur ki, X atributlarının hər bir qiymətinə (x) Y atributunun yalnız bir qiyməti (y) uyğun olsun, Y atributunun X atributundan funksional asılılığını (f) belə göstərirlər:
f: X Y
Adətən X əsas açar rolunda çıxış edir.
Əgər X Y və YX olarsa, onda X və Y atributları arasında birmənalı tam uyğunluq mövcuddur.
X Y işarəsi X və Y atributları arasında funksional asılılığın olmadığını göstərir.
Tam funksional asılılıq anlayışı əsas açarın (X) bir neçə atributun birləşmə- sindən ibarət olduğu hallarda tətbiq olunur.
Əgər atributu X atributlar çoxluğundan bütövlükdə funksional asılıdırsa və eyni zamanda X - in heç bir altcoxluğundan asılı deyilsə, onda Y atributu X - dən tam funksional asılı hesab olunur. Məsələn, FƏHLƏNİN İŞİ (Tabel nömərsi, İşin nömrəsi, Fəhlənin soyadı, İşin adı, İş saatlarının sayı) nisbətində «İş saatlarının sayı» atributu («Tabel nömrəsi», «İşin nömrəsi») tərkibli açarından tam funksional asılıdır, çünki həmin atribut baxılan fəhlənin konkret işə sərf etdiyi saatların miqdarını göstərir. Həm də «Tabel nömrəsi» və «İşin nömrəsi» atributlarından heç biri ayrılıqda «İş saatlarının sayı» atributunu müəyyən etmir. Bu atribut baxılan nisbətdə tərkibli açardan tam funksional asılı olan yeganə atributdur. «Fəhlənin soyadı» təkçə bir atributdan – «Tabel nömrəsindən» tam funksional asılıdır. Həmçinin «İşin adı» atributu «İşin nömrəsi» atributundan tam funksional asılıdır.
Beləliklə, əgər X atributlar dəsti R nisbətinin əsas tərkibli açarıdırsa, A atributu X-in bir hissəsidirsə (AX) və Y atributu əsas acara daxil deyilsə (YX), onda
X Y və A Y
olduqda Y atributu X-dən tam funksional asılı olur, əks halda, yəni
X Y və AY
olduqda, R nisbətində qismən (natamam) funksional asılılıq mövcuddur.
Dostları ilə paylaş: |