Əlaqəlrin müəyyənləşdirilməsi. Bu addımda lokal təsvirdəki mahiyyətlər arasında əlaqələr müəyyənləşdirilir. Müəyyənləşdirilən əlaqələrin xarakteristikaları təyin edilir və hər bir «mahiyyət-mahiyyət» əlaqəsinə ad verilir.
Bəzən mahiyyətin nüsxələrini atributlara görə yox, digər mahiyyətin nüsxələri ilə əlaqələrə görə bir-birindən fərqləndirirlər. Məsələn, tərkibində bir neçə müəssisə olan şirkət üçün yaradılan verilənlər bazasında hər bir işçinin birmənalı təyini üçün onun işlədiyi müəssisədəki tabel nömrəsi ilə yanaşı, müəssisənin adından və ya kodundan yəni, «İŞCİ» mahiyyəti ilə «MÜƏSSİSƏ» mahiyyəti arasındakı əlaqədən də istifadə olunur.
Lokal təsvirin qurulması formalaşdırılan mahiyyətlərin və atributların, həmçinin onlar arasındakı əlaqələrin qrafiki təsviri ilə nəticələnir.
Misal1. Müəssisənin kadrlar uçotu üzrə verilənlər bazasının layihələndirilməsi üçün lokal təsvirlərin qurulması.
Verilənlər bazasında saxlanan informasiya İŞCİ adlı mahiyyət tipi ilə təsvir olunur. İŞCİ mahiyyəti üçün müəyyənlişdirilən atributların tam olmayan siyahısı şəkil 1-də göstərilmişdir.
İşci mahiyyətinin təyinedici atributu, yəni açar kimi, TABEL NÖMRƏSİ götürülə bilər. Digər atributlar TABEL NÖMRƏSİ atributundan asılıdır, yəni həmin atributların qiymətləri TABEL NÖMRƏSİ atributunun qiyməti ilə təyin olunur. Bundan əlavə atributlar arasında digər asılılıqlar da mövcuddur. ALİ MƏKTƏBİN ÜNVANI atributunun qiyməti ALİ MƏKTƏBİN ADI atributu ilə, UŞAĞIN DÖĞUM TARİXİ atributunun qiyməti isə UŞAĞIN ADI atributu ilə təyin olunur. Odur ki, bu informasiyanı ayrıca mahiyyətlər kimi (ALİ MƏKTƏB və UŞAQ) təsvir etmək məqsədə uyğundur. Beləliklə, İŞÇİ mahiyyətinin ilkin lokal təsviri 3 mahiyyəti əks etdirən diaqramla ifadə olunur (şəkil 2). İŞÇİ mahiyyətinin ALİ MƏKTƏB mahiyyəti ilə əlaqəsi 1:1 tipli, UŞAQ mahiyyəti ilə əlaqəsi isə 1:M tiplidir.
Шякил 1 . Локал тясвиря аид мисал
Шякил 2. Чеврилмиш локал тясвирин график диаграмы
Dostları ilə paylaş: |