Kurs: IV fənn: Verilənlər bazası


Təsviredici atributların müəyyənləşdirilməsi



Yüklə 5,49 Mb.
səhifə27/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   23   24   25   26   27   28   29   30   ...   65
Təsviredici atributların müəyyənləşdirilməsi. Açar kimi istifadə olunan atribut və ya atributların zənciri seçildikdən sonra mahiyyətin xassələrini təsvir edən digər atributlar müəyyənləşdirilir. Açar kimi seçilən atribut (və ya atributlar zənciri) mahiyyəti tam təyin etdiyindən, təsviredici atributlarla açar arasında funksional asılılıq olmalıdır. Təsviredici atributlar tərkibli ola bilməz, yəni onlar birqiymətli olmalıdır. Nisbət baxımından bu o deməkdir ki, mahiyyət 1-ci normal formada olmalıdır və atributlar təkrarlana bilməz.

Məsələn, məvacibin hesablanması məsələsinin həlli üçün istifadə olunan və TABEL NÖMRƏSİ atributundan ibarət açarla təyin olunan XİDMƏTÇİ mahiyyəti SOYADI, ADI, ATASININ ADI, VƏZİFƏSİ, DOĞUM TARİXİ, TƏHSİLİ, ÜNVANI, MAAŞI, İŞCİ GÜNLƏRİN SAYI, MƏVACİB və s. kimi təsviredici atributlara malik ola bilər. Əgər XİDMƏTÇİ mahiyyəti bir neçə tətbiq üçün istifadə olunursa, onda təkrarlanan qruplar yarandığından normallaşma şərti pozulur. Bu halda ÜMUMİ MƏLUMAT adlı yeni mahiyyət tipi yaratmaqla vəziyyətdən çıxmaq mümkündür. ÜMUMİ MƏLUMAT mahiyyətinə TABEL NÖMRƏSİ, SOYADI, ADI, ATASININ ADI, VƏZİFƏSİ, DOĞUM TARİXİ, TƏHSİLİ, ÜNVANI atributlarını daxil etmək olar. Bu halda XİDMƏTÇİ mahiyyətində TABEL NÖMRƏSİ, MAAŞI, İŞCİ GÜNLƏRİN SAYI, MƏVACİB atributlarını göstərmək kifayətdir.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin