Kurs: IV fənn: Verilənlər bazası


Hər bir nisbətdə bir və ya bir necə atributdan açar kimi istifadə oluna bilər



Yüklə 5,49 Mb.
səhifə30/65
tarix01.01.2022
ölçüsü5,49 Mb.
#104740
1   ...   26   27   28   29   30   31   32   33   ...   65
Hər bir nisbətdə bir və ya bir necə atributdan açar kimi istifadə oluna bilər.

Açar- elə atribut və ya atributlar birləşməsidir ki, onun qiyməti ilə nisbətin hər bir korteji (faylın yazısı) birmənalı təyin olunur.

Nisbət bir neçə açara malik ola bilər. Onlara mümkün və ya potensial açarlar deyilir. Baxılan halda onlardan biri seçilir və ona birinci  və ya əsas açar deyilir. Açarlardan aşağıdakı məqsədlər üçün istifadə olunur.:

1) nisbətin kortejlərinə (yazılara) müraciəti sürətləndirmək;

2) nisbətlər arasında əlaqələri təşkil etmək;

3) açar atributlarda qiymətlərin təkrarlanmasını aradan qaldırmaq;

4) kortejləri nizamlamaq.

Relyasiya modeli nəzəriyyəsində xarici açar anlayışı da var. Fərz edək ki, R1 nisbətində açar olmayan A atributu var və həmin atribut Rnisbətində əsas açar rolunda çıxış edir. Onda R1 nisbətinin A atributuna xarici açar deyilir. Xarici açarlar vasitəsilə nisbətlər arasında əlaqələr yaradılır.

Relyasiya modeli verilənlərin istinad tamlığı adlanan tamlığını təmin etmək üçün xarici açarlara müəyyən məhdudluqlar qoyur. Bu o deməkdir ki, xarici açarın hər bir qiymətinə əlaqələndirilən nisbətlərdə sətirlər uyğun gəlməlidir.

Nisbətin cədvələ uyğün gəlməsi üçün cədvəl aşağıdakı şərtlərə cavab verməlidir:

- cədvəlin hər bir sətri unikal olmalıdır, yəni təkrarlanan sətirlərə icazə verilmir;

- sütunların adları müxtəlif, qiymətləri isə sadə (bölünməz) olmalıdır, yəni eyni sətrin eyni sütununda yalnız bir qiymət ala bilər;

- cədvəlin bütün sətirləri sütunların adlarına və tipinə uyğun gələn eyni struktura malik olmalıdırlar;

- cədvəldə sətirlər ixtiyari ardıcıllıqla yerləşdirilə bilərlər.

Verilənlər cədvəli adətən xarici yaddaşda əməliyyat sisteminin ayrıca faylında saxlanır. Odur ki, onun adına məhdudluqlar qoyula bilər. Sahələrin adları cədvəlin içərisində saxlanır. Onların tərtibatı VBİS tərəfindən aparılır. Sahələrin adlarına və istifadə edilən əlifbaya məhdudluq qoyulmur.

Əgər nisbət açara malikdirsə, ona uyğun cədvəlin də açarı olmalıdır. Bu cür cədvələ açarlı və ya açar sahəli cədvəl  deyilir.
Relyasiya verilənlər bazasının məntiqi təşkilinin təsviri onun qurulu­şunu müəyyən etməlidir. Burada cədvəlin tərkibinin müəyyən edilməsi və hər bir nisbətin quruluşunun təsvirinin verlməsi nəzərdə tutulur.

Relyasiya modelinin elementləri


Təsvir Forması



NİSBƏT

CƏDVƏL (FAYL)

NİSBƏTİN SXEMİ


NİSBƏTLƏRİN ADI VƏ ATRİBUTLARIN SİYAHISI


NİSBƏTİN SXEMİ

(Relyasiya sxemi)


VB-dəki NİSBƏTLƏRİN SXEMLƏRİ VƏ ONLAR ARASINDAKI ƏLAQƏLƏR

MAHİYYƏT

İNFORMASİYA OBYEKYİ

KORTEJ

CƏDVƏLİN SƏTRİ (yazı)

ATRİBUT

CƏDVƏL SÜTUNUNUN BAŞLIĞI (ADI)

DOMEN

CƏDVƏLİN SÜTUNU

AÇAR

BİR VƏ BİR NEÇƏ ATRİBUT

VERİLƏNLƏRİN TİPİ


DOMENDƏKİ ELEMENTLƏRİN QİYMƏTLƏRİNİN TİPİ



İxtisas: Riyaziyyat-informatika müəllimliyi

Kurs: IV

Fənn: Verilənlər bazası

Mövzu: Nisbətlərin normallaşdırılmasıri

Ədəbiyyat: S.Q.Kərimov. İnformasiya sistemləri. Bakı 2008.

Müəllim: Vüqar Salmanov

E-mail: vuqars69@mail.ru


Plan

  1. Nisbətlərə qoyulan tələblər

  2. Funksional və tam funksional asılılq

  3. Cədvəllərin əlaqələndirilməsi



1. Nisbətlərin  tərtibi məsələnin həllində aşağıdakı tələblər nəzərə alınmalıdır:

1) nisbət üçün seçilmiş əsas acar izafi olmamalıdır, yəni o minimal sayda atributlardan ibarət olmalıdır;

2) relyasiya sxeminə daxil edilən nisbətlərin sayı və nisbətlərdə atributların təkrarlanması minimum olmalıdır;

3) verilənlərin daxil edilməsi, xaric edilməsi və dəyişdirilməsi əməliy-yatlarının aparılmasında çətinlik olmamalıdır;

4) VB-yə yeni tip verilənlər və yeni cədvəllər əlavə edilərkən relyasiya sxeminin dəyişdirilməsi minimum olmalıdır;

5) sistemin müxtəlif tipli sorğulara reaksiya vaxtları arasında fərq minimal olmalıdır.




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin