408) Aşağıdakı xassələrdən hansıları zülallara xas deyil?
A) Yüksək molekul çəkisi
B) Suda həll olmamaq
C) Elektrik sahəsində hərəkətlik
D) Optiki aktivlik
E) Şişginlik qabiliyyəti
Zülal molekulları yüklənmiş hissəciklər olduqlarına görə özlərinə su dipollarını cəlb edirlər. Onlar zülal molekulunu əhatə edərək su və ya hidrat təbəqəsini yaradırlar. Su təbəqə zülal molekulunu yapışmaqdan və çöküntüyə düşməkdən qoruyur.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.37
409) Bir sıra xəstəliklərə diaqnoz qoymaq məqsədilə zülalların hansı xassəsindən istifadə olunur?
A) Kolloidlik
B) Adsorbsiya
C) Denaturasiya
D) Hidrofillik
E) Amfoterlik
Zülalların mühüm xassələrindən biri amfoterlik xassəsidir, yəni onlar turş və ya qələvi xassəsini göstərmək qabiliyyətinə malikdirlər.
Bir sıra xəstəliklərə diaqnoz qoymaq və xəstənin vəziyyətinə nəzarət etmək məqsədilə zülalların amfoterlik xassəsindən istifadə edirlər və onları fraksiyalara ayırırlar, çünki müxtəlif patoloji hallarda zülalların fraksion tərkibi xeyli dəyişir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.40
Dostları ilə paylaş: |