967) Bu üsullardan hansı toksoplazmozun diaqnozu zamanı tətbiq edilir?
A) Analətrafı müayinə
B) Zənginləşdirmə üsulları
C) Qanda İg G vəİg M anticismlərinin aşkar edilməsi
D) Nəcisin müayinəsi
E) Bəlğəm müayinəsi
Toksoplazma hüceyrədaxili parazitdir. Onun həqiqi və yalançı sistaları müxtəlif daxili orqanlarda və limfada əmələ gəlir Qanda İg G vəİg M anticismlərinin aşkar edilməsi toksoplazmozun əsas diaqnostik göstəricisidir.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 234.
968) Tükbaş qurdun diaqnozu zamanı tətbiq edilən üsullar bunlardan hansı ola bilər?
A) Kato üsulu, zənginləşdirmə üsulları
B) Berman üsulu
C) Qoryaçev üsulu
D) Şulman-fırlatma
E) Yapışqanlı lent üsulu
Tükbaş qurd yoğun bağırsaqda yaşayır. Trixosefalyoz xəstəliyini əmələ gətirir. Diaqnozu ancaq nəcisin müayinəsinə əsasən qoyulur. Preparatın hazırlanması zamanı qliserindən doymuş duz məhlullarından və s. istifadə olunur. Əsas müayinə üsulu Kato və zənginləşdirmə üsullarıdır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 238
969) Tünd sarı zülal təbəqəli, mayalanmış, düzgün dalğavari kontura malik yumurta hansı helmintə məxsusdur?
A) Klanorx
B) Nekator
C) Şistosom
D) Askarid
E) Kiçik lent qurdu
Askaridin yumurtaları müxtəlif quruluşa malikdir. Yumurtalar zülal qatlı olmaqla, mayalanmış və mayalanmamış olur. Zülal qatın olmasına görə də yumurtalar tünd sarı və qonur rəng alır. Zülal təbəqəsiz yumurtalar rəngsiz-şəffaf olur. Bir dişi fərd sutka ərzində 200000 yumurta qoyur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 103
970) Helmintozlara görə qanın müayinəsi zamanı hansı qan elementinin normadan artıq olduğu müşahidə edilir?
A) Eritrosit
B) Eozinofil
C) Monosit
D) Trombosit
E) Limfosit
Əksər helmintozlar zaman müxtəlif klinik əlamətlərlə yanaşı qanın yüksək eozinofilliyi müşahidə edilir. Bu xüsusiyyətin dianostikada çox böyük əhəmiyyəti vardır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 238
971) Askaridozun bağırsaq stadiyasını aşkar etmək üçün hansı materialın müayinəsi aparılır?
A) Sidik
B) Limfa mayesi
C) Nəcis
D) Mədə möhtəviyyatı
E) Qan
Askarid askaridoz xəstəliyini əmələ gətirir. Xəstəliyin ilk mərhələsi-ağciyər fazası adlanır.Bu zaman parazitin sürfələri ağciyərə miqrasiya edərək alveolalara daxil olur və orada O2 –lə qidalanaraq inbazion mərhələyə keçir. Inbazion sürfələr tənəffüs yolları ilə hərəkət edərək insanın udlağına çatır. Xəstə tərəfindən udularaq mədəyə, sonra bağırsağa düşür. Bu andan onun bağırsaq stadiyası başlayır. Sürfə inkişaf edərək yetkin parazitə çevrilir və yumurta qoyur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 106
972) Stronqiloidin miqrasiya etmiş sürfələri hansı materialın müayinəsinə əsasən qoyulur?
A) Bəlğəmin
B) Nəcisin
C) Ödün
D) Sidiyin
E) Mədə şirəsinin
Stonqiloid stonqiloidoz xəstəliyini əmələ gətirir. Qurdun sürfələri ayaqyalın gəzərkən dəridən və çirkli meyvə-tərəvəzlə ağızdan insan orqanizminə düşür. Qan vasitəsilə sürfələr ağ ciyərlərə miqrasiya edir. Daha sonra bronxlara və ağıza, sonra isə bağırsağa düşür. Stronqiloidozun ağ ciyər stadiyasını aşkar etmək üçün bəlğəmin müayinəsi aparılır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitologiya”. Səh 113
Dostları ilə paylaş: |