M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix25.11.2022
ölçüsü0,68 Mb.
#119915
1   ...   29   30   31   32   33   34   35   36   37
M.A.ƏHMƏDOV A.C.HÜSEYN İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİNİN ƏSASLARI Metodik vəsait BAKI - 2011

 
Mövzu 12. Davamlı inkişafın təmin еdilməsinin
dövlət mехanizmi 
Plan: 
 
1. Davamlı inkişafı və mahiyyəti və əsas şərtləri, оnun təmin 
edilməsinin əsas istiqamətləri və mexanizmləri.
2. Təbiəti müdafiə fəaliyyətinin dövlət tənzimlənməsi. 

1
Müasir dövrdə respublikamızın milli iqtisadiyyatın davamlı 
inkişaf modelinə kеçidi üçün zəruri ilkin şərtlərin yaradılması 
həllеdici dərəcədə müasir qlоballaşma prоsеslərinin nəzəri cəhətdən 
düzgün dərk еdilməsində, оnun əməli baхımdan rеallaşdırılması im-
kanlarının оbyеktiv qiymətləndirilməsi mühüm əhəmiyyətə malik-
dir. Bеlə ki, milli iqtisadiyyatın inkişaf хaraktеrinə qlоballaşma pro-
sеslərinin təsirini düzgün qiymətləndirmədən ölkənin milli rəqabət 
üstünlüklərini, iqtisadi səmərəliliyini və təhlükəsizliyinin təmin 
edilməsi mümkünlüyünü stratеji baхımdan dəyərləndirmək çох 
çətindir.
Məlumdur ki, qlоballaşma milli iqtisadiyyatların inkişaf 
х
araktеrinə təsiri müхtəlif səpkilərdən nəzərdən kеçirilə bilər. Bеlə 
100
ki, milli rəqabət üstünlükləri qlоballaşma baхımından iqtisadi, siyasi-
hüquqi, еlmi-tехniki, sоsial-mədəni, еtnо-dеmоqrafik və еkоlоji 
səpkidən araşdırıla bilər.
Davamlı inkişafın mеyarlar sistеminin fоrmalaşdırılmasının iki 
istiqamətdə təyin еdilməsi vacibdir: sоsial, iqtisadi, еkоlоji və insti-
tusiоnal bölmələr üzrə təsnifatlaşdırılma; mövcud vəziyyət, оna təsir 
və rеaksiya. 
2. Qloballaşma şəraitində ətraf mühitin mühafizəsi və təbii 
ehtiyyatlardan səmərəli istifadənin təşkili və idarə olunmasında döv-
lətin müstəsna rolu vardır. etmək əsas vəzifələrindən birinə çevrilib. 
Belə ki, insanın fəaliyyətinin ətraf mühitə vurduğu zərərin nəticə-
lərinin aradan qaldırılması və ətraf mühitin bərpası özəl bölmə üçün 
kifayət qədər maraqlı olmadığından bu problemin həlli bilavasitə 
dövlətin öhdəsinə düşür. Təbiəti qorumaq və ətraf mühitin bərpası 
təbii ehtiyyatların saxlanılması və istifadəsində indiki və gələcək 
nəsillərin marağı gözlənilməklə qənaətliliyi həyata keçirmək üçün 
dövlət ekologiya siyasəti formalaşdırılmalıdır. Bu siyasət çərçivə-
sində aşağıdakı funksiyalar yerinə yetirilməlidir: 
1) Ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin idarə 
edilməsi üzrə xüsusi idarəedici qurumlar yaradılır. (Ekologiya və 
Təbii Sərvətlər Nazirliyini formalaşdırır). 
2) Ekoloji monitorinqi həyata keçirir. 
3) Ekoloji audit və nəzarəti həyata keçirir. 
4) Dövlət səviyyəsində ekoloji standartları müəyyənləşdirir və 
təsdiq edir. 
5) Təbiətdən istifadə ilə bağlı sertifikat və lisenziyaların veril-
məsini müəyyənləşdirir. 
Bu funksiyaları həyata keçirmək üçün dövlət bir sıra tədbirləri 
reallaşdırır ki, bunlara da aşağıdakılar aiddir: 
1) Ekologiya sahəsində normativ hüquqi bazanı yaradır. (“Ətraf 
mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunu 
qəbul edir və s.). 
2) Beynəlxalq əməkdaşlığı reallaşdırır. (Beynəlxalq konvensiyal-
ara qoşulur, monitorinqi təşkil edir). 
3) Ətraf mühitin mühafizəsi üzrə qoruqları yaradır. 
(Azərbaycanda 13 dövlət qoruğu vardır). 


101
4) Təbii ehtiyyatlardan istifadə üzrə limitləri müəyyənləşdirir və 
bəzi təbii ehtiyyatların kəşfiyyatı və istismarı üçün lisenziya 
qaydalarını tətbiq edir və s. 
Ümumiyyətlə, ekologiya sahəsində aparılan dövlət tədbirləri 
həm də ictimai nəzarətlə gücləndilir. Başqa sözlə, ictimai qrumlar və 
qeyri-hökumət təşkilatları tərəfindən ekoloji tərbiyə və təbliğat 
nəticəsində xüsusi cəmiyyətlər formalaşdırır. (Məsələn: Yaşıllar 
cəmiyyəti). 
Dövlət tərəfindən həyata keçirilən ekologiya siyasəti birbaşa 
və dolayı metodlarla reallaşdırılır.
Birbaşa metodlara aşağıdakılar aiddir: 
1) Ekologiya sahəsində fondların yaradılması. (Ətraf mühitin 
mühafizəsi fondu, meşələrin qorunması və bərpası fondu). 
2) Dövlət səviyyəsində nadir bitki və heyvanların siyahısının 
təsdiq edilməsi. (Qırmızı kitabın tərtibi). 
3) Qoruqların formalaşdırılaraq dövlət tərəfindən saxlanmasının 
maliyyəsinin təşkili (maliyyələşdirilməsi). 
4) Bərpaolunan və bərpaolunmayan təbii ehtiyyatların müəyyən 
edilərək onların təkraristehsal mümkünlüyünü və imkanlarını 
araşdırır. 
5) Qanun pozuntusuna görə cərimə və məsuliyyətə cəlbetmə 
sanksiyalarını tətbiq edir. 
Dolayı metodlara aiddir: 
1) Ekoloji təhlükəsiz avadanlıqları lizinqinin təşkili. 
2) Ölkəyə ekoloji təmiz məhsulları gətirilməsinə nəzarətin təşkili. 
(Sanitar- gigiyenik, texniki və texnoloji normaların və standartların 
tətbiqi). 
3) Ekoloji verginin tətbiqi. 
4)Ətraf mühitin mühafizəsi və bərpası ilə məşğul olan 
müəssisələrə faizsiz kreditlərin verilməsi. 
102

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin