91
Çox zaman dövlətin struktur siyasəti selektiv (seçmə)
xarakter
daşıyır. Bu istehsalın məqsədyönlü quruluşunun dəyişdirilməsi,
məhsulun namenklaturasının və istehsalın texniki səviyyəsinin
iqtisadi artımının yüksəlməsi hesabına nail olunur. Selektiv sturuktur
siyasətinin əsas istiqamətlərinə aşağıdakılar aiddir:
1) Neft emalı, neft-kimya və yanacaq-enerji kompleksinin
inkişafı.
2) Əhalinin yerli ərzaq məhsulları ilə təmin etmək və ən zəif
ə
hali təbəqəsinin sosial müdafiəsinə nail olmaq.
3) Hərbi sənayenin maliyyə təminatını həyata keçirmək.
4) Elm, təhsil və ölkənin elmi-texniki potensialının saxlanması
və ona himayədarlıq.
5) Elmtutumlu məhsulların ixrtacını inkişaf etdirmək.
Proqressiv sturuktur siyasəti innovasiya fəaliyyəti ilə sıx əlaqəli
olub onun inkişafından asılıdır.
Bazar iqtisadiyyatı şəraitində struktur dəyişikliklərini həyata
keçirmək üçün dövlət iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını
stimullaşdırmağa çalışır. Bu zaman dövlətin həyata keçirdiyi
tənzimləmə metodlarına aiddir:
1)
Birbaş
a metodlara aiddir: dövlət büdcəsindən ayırmalar edil-
məsi, investisiya qoyuluşlarının artırılması, məqsədli proqramların
tətbiqi, bu sahələrin inkişafının proqnozlarının hazırlanması, dövlət
sifarişləri və sahə indekativ planlarının tətbiqi,
dövlət bölməsində
imperativ planlarda inkişaf etmənin gözlənilməsi və s.
2)
Dolayı metodlara aiddir:
Vergi, gömrük tariflərində güzəştlər.
Uzunmüddətli, zəmanətli və güzəştli kreditlərin verilməsi, amor-
tizasiya ayırmaları fazlərinin artirilması və s.
Dövlət struktur siyasətinin həyata keçirilməsi formaları və
metodları şərti olaraq dörd bloka bölünür: I-
makroiqtisadi blok
ə
sas makroiqtisadi proporsiyalara və struktur əlaqələrə təsir göstərən
metodları – proqnozlaşdırma, proqramlaşdırma, normativ-hüquq,
proteksionizm tədbirləri, fərqli vergitutma, prioritetlər sisteminin
hazırlanması və həyata keçirilməsi, dövlət investisiyaları, birbaşa
subsidiyalar,
fərqli gömrük tarifləri, idxalın məhdudlaşdırılması,
dövlət təminatları və investisiya sığortası, dövlət subvensiyaları,
92
məqsədli kreditlər və s. əks etdirir; II- regional blok regionların
sosial-iqtisadi inkişaf səviyyəsini bərabərləşdirməyə imkan verən
metodları – ölkədə regionların inkişafının hüquqi bazasının təşək-
külü, vergilər, dövlət investisiyaları, regional elmi-texniki priori-
tetlərin maliyyələşdirilməsi, regional məşğulluğun səviyyəsinin qo-
runub saxlanması, işçi qüvvəsinin və kapitalın hərəkətliliyinin yük-
səldilməsi, mülkiyyətin strukturlaşdırılması,
sərbəst iqtisadi zo-
naların yaradılması və s. əks etdirir; III blok
iqtisadi sabitliyin, əsas
bazar subyektlərinin, yəni müəssisələrin, korporasiyaların, elmi
idarələrin, digər ilkin təsərrüfat sistemlərinin bütün proseslərində
xüsusi fəallığın
yüksə
ldilmə
si ilə
əlaqədar metodları əks etdirir ki,
bu
metodlar sırasına indikativ planlaşdırma, vergitutma, birbaşa sub-
sidiyalar, dövlət subvensiyaları, müflisləşmənin aradan qaldırılması
üzrə tədbirlər, antiinhisar fəaliyyəti tədbirləri, dövlət investisiyaları,
təminatları və qorunması, məqsədli beynəlxalq kreditlər, beynəlxalq
təsərrüfat kooperasiyasının inkişaf etdirilməsi, müxtəlif normativlər,
sürətli amortizasiya,
müvəqqəti proteksionizm, güzəştli kreditləş-
dirmə, beynəlxalq lizinq, qiymətlərin tənzimlənməsi, nəzarət funksi-
yalarının həyata keçirilməsi, qiymətli kağızlarla və hər şeydən əv-
vəl, səhmlərlə iş, dövlət sifarişi, kiçik sahibkarlığa yardım üzrə hər
cür tədbirlər, rəqabət qabiliyyəti olan maliyyə sektorunun formalaş-
dırılması və inkişaf etdirilməsi tədbirləri daxildir; IV institusional
blok struktur dəyişiklikləri üçün əlverişli şəraitin yaradılması, o cüm-
lədən əlverişli investisiya iqlimi formalaşdırılması üçün normativ-
hüquqi metodları, investisiya axınlarının
tənzimlənməsi və inves-
tisiya resurslarının formalaşdırılması metodları, bazar özünütəşkil
vasitələrinin (rəqabət, qiymətlər, tələbat) təsirini gücləndirmək üçün
çərçivə şərtlərin məcmusu, antiinhisar tədbirlərin, təsərrüfat və ma-
liyyə təsərrüfatı üzərində cəmiyyətin sosial nəzarət metodları, əmə-
yin ayrı-ayrı növlərinin (elmi, muzdlu, sahibkarlıq, idarəetmə və s.)
fərqli qaydada stimullaşdırılması metodları, məşğulluq səviyyəsinin
saxlanması tədbirləri, regionlarda, sahələrdə rəqabət şəraitinin
yaxınlaşması metodları, dövlət təminatları, informasiya təminatı,
idarəetmə kadrlarının hazırlanması, innovasiyanın inkişaf etdirilməsi
metodları və s. özündə cəmləşdirir.
93
Bazar iqtisadiyyatında dövlət struktur dəyişiklikləri həyata keçirmək
üçün və texnika texnologiyanın yeniləşdirilməsini,
məhsulun
keyfiyyətinin artırılmasının və rəqabət qabiliyyətini gücləndirmək
üçün amortizasiya siyasətini tətbiq edir. Sahibkarlar istehsal prose-
sində istifadə etdikləri əsas fondlarının qiymətlərini (dəyərini) təd-
ricən ilbəil istehsal etdikləri məhsulun qiymətinə daxil edir. Dövlət
texnika texnologiyanın dəyərinin birdəfəlik olaraq silinməsinə və
qiymətlərin kəskin artırılmasına yol verməmək üçün amortizasiya
siyasətində amortizasiya ayırmalarının həddini müəyyənləşdirir.
Dostları ilə paylaş: