M.C.ATAKİŞİYEV
N.M.ŞIXƏLİYEVA
R.N.NURƏLİYEVA
MALİYYƏ MENECMENTİ
(Dərslik)
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi
tərəfindən
təsdiq edilmişdir
Bakı-“Azərnəşr”-2010
BBK 6.1
N-89
Atakişiyev Mürşüd Cəmil oğlu
Şıxəliyeva Nailə Mehdi qızı
Nurəliyeva Rəhimə Nurəli qızı
Maliyyə menecmenti. Dərslik. Bakı-“Azərnəşr”-2010
Kitabda maliyyə menecmentinin təzahür və sualları müasir biliklər tələbdən tədqiq
edilmiş, tələbə və magistrlərin biliklərini zənginləşdirən nəzəri məsələlər, onlara aid
təcrübi həllərin nümunələri verilmişdir.
3
GiRiŞ
1920-ci illərdən başlayaraq bizim ölkəmizdə təsərrüfat fəaliyyətinin təhlil (bəzən
də bu iqtisadi təhlil adlandırılırdı) kursu geniş öyrənilməyə başlanmışdı. Bütün iqtisadi
ali məktəblərində kafedralar yaranır, böyük tirajlarla ədəbiyyat çap edilirdi. Lakin
təsərrüfat fəaliyyətinin təhlili, müəssisənin maliyyə fəaliyyətinin
idarəedilməsi ilə
əlaqədar məsələləri demək olar ki, öyrənmirdi. Odur ki, məhz maliyyə təhlili sahəsində
iqtisadi inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək çox vacib hesab edilir .
Maliyyə təhlili, həm ayrıca götürülmüş müəssisə, kompaniya, həm də bütünlükdə
ölkə iqtisadiyyatında maddi, əmək və maliyyə ehtiyatlarının əlverişli bölüşdürülməsini
təmin edir. Aydındır ki, hər bir ehtiyat məhduddur və maksimum səmərə, təkcə onların
həcmlərinin tənzimlənməsi hesabına deyil, həm də müxtəlif ehtiyatların səmərəli
nisbəti yolu ilə alına bilər.
Maliyyə təhlili üzrə ədəbiyyat müəssisə və kompaniya rəhbərləri, investorlar və
mühasiblər, statistiklər və iqtisadçılara, ən başlıcası isə maliyyə direktorlarına lazımdır.
Müasir kompaniyanın inkişafında maliyyə direktorunun rolu artmaqdadır. Əgər
XX əsrin birinci yarısında maliyyə direktoru əsasən fondların artırılması
və maliyyə
hesabatları ilə məşğul olurdularsa, 50-ci illərdə cari dəyər konsepsiyasının (fondların
müasir qiymətləndirilməsi) kapital qoyuluşlarının layihəsinin seçilməsi üzrə həllərin
qəbulu hesabına yayılması maliyyə direktorunun cavabdehlik dairəsini genişləndirdi.
Xarici
amillərin, rəqabət, texnoloji dəyişikliklər, böhran və faiz stavkaların
dəyişkənliyi, iqtisadi vəziyyətin qeyri-müəyyənliyi gündəlik məlumatların təhlilini
tələb edir. Maliyyə direktoru bu dəyişilən vəziyyətə həmişə uyğunlaşmalıdır,
çünki
istənilən firmanın yaşaması bunu tələb edir.
Müasir maliyyə menecmenti, aktivlərin alınması, birləşməsi, maliyyələşməsi və
idarəedilməsilə əlaqədar olan fəaliyyəti öyrənir. Buna uyğun olaraq, maliyyə
menecmentinin əsas funksiyaları üç istiqamətdə həllərin qəbuluna yönəldilir:
investisiyalar, maliyyə qərarları və aktivlərin idarəedilməsilə əlaqədar qərarlar.
Beləliklə o, aktivlərin quruluşunun nə cür olması sualına cavablar axtarır: pul resursları
və əmtəə
material qiymətlərinin nisbəti, onların firma bölmələri arasında
bölüşdürülməsi qaydaları, divident siyasətinin müəyyən edilməsi, dövriyyə vəsaitləri və
pul aktivləri ilə işləməyin xüsusi metodlarının formalaşması, firma və banklar
arasındakı münasibətlər.
Bu kitab maliyyə idarəedilməsi əsasları ilə tanış edir, odur ki, çox sadə metodik
üsullardan istifadə olunur.
4
Maliyyə menecmenti həm nəzəriyyə, həm də təcrübədə tez dəyişilir.
Vergi
qanunçuluğundakı dəyişikliklər korporasiyanın fəaliyyətindən əmələ gələn maliyyə
xəbərdarlığı səmərəli, bazara, korporasiyalar tərəfindən nəzarət edilməsi mümkünlüyü,
böhranın davametməsi şəraitində faiz normaları və valyuta kurslarının
dəyişilməsi,
bazardakı fasiləsiz maliyyə yenilikləri, qiymətləndirmənin yeni metodikası, işgüzar
riskin azaldılması və ya bölüşdürülməsinin yeni üsulları
və başqa hallar belə
dəyişikliklərə səbəb olur.