15
Mürəkkəb pul bazarında əməliyyatları kommersiya bankları və qiymətli
kağızlarla işləyən dilerlər aparır. Bu bazarlar ümummilli olsa da, mərkəzi Nyu-Yorkda
yerləşir. Pul bazarının alətləri üzrə faiz stavkaları daima dəyişilən tələb və təklifə qarşı
çox həssasdır. Yeni məlumat tez işlənilir və onun əsasında qiymət tənzimlənir. Vəsaitlər
satıcıdan alıcıya elektron şəbəkələri vasitəsilə
keçirilir, odur ki, sazişlər də tez ödənilir.
Səmərəli pul bazarı millətin likvidliyə olan tələbatını ödəyir. Pul bazarının alətləri
kimi xəzinədarlıq vekselləri, qısamüddətli
kommersiya vekselləri, bank akseptləri,
ötürülən depozit sertifikatları çıxış edir.
Kapital bazarı pul bazarına
nisbətən daha dəyişkəndir, çünki orada istifadə
olunan qiymətli kağızlar müxtəlif xarakteristikaya malikdir; xəzinədarlıq vekselləri və
istiqrazlar bazarı yaxşı təşkil olunub. Dilerlərin böyük
təcrübəsi olduğundan bu
qiymətli kağızlar kifayət qədər likvid olur. ABŞ-nın xəzinədarlığı dünyada ən iri borc
verən sayılır və daima vəsaitlərin cəlb olunması üzrə sazişlər bağlayaraq onların maliyyə
kimi tətbiqini yerinə yetirir. Bir halda ki, dövlət qiymətli kağızları üzrə risk sıfıra
bərabərdir
və onlar yüksək
likvid hesab olunur. Bu aktivlər üzrə ən az gəlir ödənilir.
Girov kağızları üzrə likvidlik xəzinədarlıq qiymətli kağızlarına nisbətən aşağıdır.
Baxmayaraq ki, kağızlar yerli xarakterdə olur, bəzi hallarda ayrı-ayrı yaşayış evlərinə
olan girov kağızları toplanaraq, qiymətli kağız kimi satıla bilir.
Bələdiyyə qiymətli
kağız bazarı kapital bazarının xüsusi növüdür. Bələdiyyə istiqrazları üzrə gəlirlər vergi
tutulan mənfəətdən çıxıldığına görə, onlara maraq adətən yüksək vergi ödəyən fiziki
şəxslər, gəlirləri tam stavka ilə korporativ gəlir vergisi ödəyən firmalar tərəfindən olur.
Bələdiyyə qiymətli kağızlar üzrə ödənməmək riski müxtəlifdir və emitentdən asılıdır.
Kapital bazarının son növü korporativ istiqrazlardır ki,
onlar üzrə gəlir vergisi
tam ödənilir. Bu istiqrazlar həm xəzinədarlıq, həm də bələdiyyə istiqrazlarına görə az
likvidlidir.
Son iyirmi il müəyyən maliyyə innovasiyaları ilə əvvəlcə ABŞ-da,
sonra isə
Avropada və Uzaq Şərqin inkişaf etmiş ölkələrində xarakterizə olunur. Bunlara: sıfır
gəlir faizi olan istiqrazlar pul bazarının imtiyazlı səhmləri, opsuon və fyuçers bazarları,
faiz stavkalarının svome, multi-valyuta ssudaları, ticarət nöqtəsi terminalında olan
sazişlər və s. aid edilir.
Aydındır ki, sabit dövlətdə bazarı daha səmərəli və universal etmək o qədərdə
asan deyil. Mənfəət əldə edilməsi imkanlarının çoxu istifadə olunmuşdur.
Səmərəsizlikdən mənfəət əldə etmək üçün ətraf mühit dəyişilməlidir. Bu dəyişiklikləri
yaradan bir sıra səbəblər vardır:
1. Faiz stavkaları və böhranın daimi olmaması;
16
2. Tənzimolunma xarakterinin dəyişilməsi;
3. Vergiqoyma sferasındakı dəyişikliklər;
4. Texnologiyanın təkmilləşdirilməsi;
5. İqtisadi aktivlik.
Dostları ilə paylaş: