M. C. AtakiŞİyev n. M.ŞIXƏLİyeva r. N. NurəLİyeva maliYYƏ menecmenti (Dərslik)


Şəkil 3.2. 5,10 və 15% diskont stavkası olduqda



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix22.03.2023
ölçüsü0,96 Mb.
#124247
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
kitabyurdu org-maliyye-menecmenti

Şəkil 3.2. 5,10 və 15% diskont stavkası olduqda 
100 manatlıq cari dəyəri 
Cədvəlin tərtibi prosesini göstərməkdən ötrü, diskont stavkasını 10% qəbul 
edəcək bəzi hesabatları aparaq. 1 manatın PV-sinin bir ildən sonra necə
olacağını hesablayaq: 
PV
1
= 1/(1 +0,10) =0,90909
İki ildən sonra isə 
PV
2
= 1/(1 + 0,10)
2
= 1/1,21 = 0,82645 
Cari dəyər (PV) cədvəlləri hər dəfə hesabat aparmaqdan bizi azad edir. Belə 


22 
cədvəldən görünür ki, 10%-li diskont stavkasında 1-ci və 2-ci illərin diskont əmsalları 
uyğun olaraq 0,90909 və 0,82645-dir. 
Əgər pul axını sabit olmazsa, yəni 1 manat 1 ildən sonra, 3 manat 2 ildən sonra 
və 2 manat ildən sonra daxil olarsa, 10% diskont stavkasında belə olacaqdır: 
PV 1 manat, 1 ildən sonra alınacaq məbləğ = 1*(0,90909) = = 0,90909 manat 
PV 3 manat, 1 ildən sonra alınacaq məbləğ = 3*(0,82645) = = 2,47935 manat
PV2 manat, 1 ildən sonra alınacaq məbləğ = 2*(0,75131) = = 1,50262 manat 
PV seriya = 4,89106 manat 
PV cədvəlindən istifadə edərək, gələcək pul axınlarının istənilən seriyasını 
hesablamaq mümkündür. 
Əgər gələcək dövrlərdə pul vəsaitləri axını bir cinsli olarsa seriyalar üçün 
hesablama sadələşir. Təsəvvür edək ki, gələcək pul axınları seriyasında hər bir sonrakı 3 
ilin axırında 1 manatın necə alındığı hesablanmalıdır. 
Bu axının cari dəyəri (PV) belə olacaq: 
PV 1 manat, 1 ildən sonra alınacaq məbləğ = 0,90909 manat 
PV 1 manat, 2 ildən sonra alınacaq məbləğ = 0,82645 manat 
PV 1 manat, 3 ildən sonra alınacaq məbləğ = 0,75131 manat 
PV seriya = 2,48685 manat 
Diskont əmsalı - 1 manatın cari dəyəri olub, uzaq gələcəkdə alınacaq məbləğdir. 
Əgər faizlər ildə bir dəfədən tez ödənilərsə, PV hesablamaqdan ötrü formulaya 
yenidən baxılmalıdır. 
PV = x
n
(1 + k/m) 
mn
(3.5)
Burada x
n
- n il keçdikdən sonra pul vəsaitləri axını;
m - ildə ödəniləcək faizlər
k-diskont stavkası.
Tutaq ki, 3 ildən sonra 100 manat alınacaq, diskont stavkası 10%, faiz isə hər 
kvartal hesablanır: 
PV = 100 manat / (1 + 0,10/4)
(4)(3)
= 74,36 manat 
Əgər faiz yarım ildə verilirsə: 
PV = 100 manat / ( 1 + 0 , 10/2)
3
= 75,13 manat 
Beləliklə faizlərin hesablanması nə qədər gec-gec olarsa, PV bir o qədər çox olar. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin